Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 28-09-2015, 13:11
ABŞ İranla birgə Rusiyanı aldadıb - İddia


Butov.az Axar.az-a istinadən xəbər verir ki, dünya siyasətində baş verən son proseslər Dağlıq Qarabağ münaqişəsinə hiss olunan dərəcədə təsir göstərməyə başlayıb. Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə deyib. Ekspertə görə, beş rayonun azad olunması qarşılığında bölgəyə rus qoşunlarının yeridilməsi çox mübahisəli görünür: “Rusiya Yaxın Şərqdə həyata keçirdiyi strategiya üçün yeni etibarlı tərəfdaşlar axtarışındadır. Bu tərəfdaşlar arasında Azərbaycan və Türkiyə mühüm yer tutur. Eyni zamanda Qərb də çalışır ki, bu iki ölkə onun öz planlarında yer alsın. Qarabağ münaqişəsinin həll yolunun bu vəziyyətdə qalması həm Qərb, həm Rusiya üçün əngəllər yaradır. Lakin vəziyyətin köklü dəyişməsi üçün ciddi addımlar atılmalıdır. İndi bu addımların atılması böyük siyasi alver predmetinə çevrilməkdədir. Ermənistan mövqeləri əldən verir. Bunu Sərkisyan da anlayır. Lakin Rusiyadan çox şey asılıdır. Moskvanın mümkün şərtləri isə birmənalı görünmür”. Analitik hesab edir ki, Sərkisyan təşviş içindədir: “Ona görə də ağılasığmaz bəyanatlarla çıxış edir. Lakin bu çıxışlar çətin ki, onu düşdüyü vəziyyətdən xilas edə bilsin”.

Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!