İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 6-05-2015, 18:52
Qarabağa erməni axını Azərbaycan ordusuna nə vəd edir?

Azərbaycanın işğal edilmiş ərazilərinə Livan, Suriya və s. ölkələrdən ermənilərin köçürülməsi ölkəmizdə rəsmilər səviyyəsində də etiraf olunmaqdadır. Maraqlıdır, Qarabağda məskunlaşdırılan “gəlmələr” anti-terror əməliyyatları zamanı Azərbaycan ordusu üçün əlavə problemə çevrilə bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki, işğaldakı torpaqlara köçürülən ermənilərin hərbi əməliyyatlar zamanı Azərbaycan ordusuna müqavimət göstərib-göstərməyəcəyi Sərkisyan hökumətinin mövqeyindən asılı olacaq. Ekspert, gəlmələrin müharibə və münaqişələrdən kifayət qədər yorğun düşdüyünü vurğulasa da, rəsmi Bakının köçürülmə prosesini əngəlləmək üçün ciddi addımlar atmasının vacibliyini vurğuladı:
“Hər şey Ermənistan hökumətinin, Sərkisyan hakimiyyətinin mövqeyindən asılı olacaq. Bir də ki, bu insanlar müharibədən yorulmuş insanlardır. Sadəcə olaraq, Azərbaycan Dağlıq Qarabağ ərazisində məskunlaşan gəlmə ermənilərə bəyanat verərək bildirməlidir ki, sizin hərəkətlər sizin özünüz üçün çox böyük fəlakətə səbəb ola bilər. Çünki sizin məskunlaşdığınız bu ərazi Azərbaycan torpaqlarıdır. Biz bu torpaqları gec-tez, hətta qanımız bahasına da olsa azad edəcəyik. Mənə elə gəlir ki, bu məsələdə həm beynəlxalq təşkilatlara müraciət eləmək, həm də digər vasitələrdən yararlanmaq lazımdır. Cəbhədə atəşkəs rejiminin yoxlanılması və işğal edilən ərazilərdəki vəziyyətlə bağlı hesabat aparan beynəlxalq təşkilatlara, onların yetkililərinə də bildirmək lazımdır ki, əgər işğaldakı torpaqlarda məskumlaşma prosesi sürətlə getsə, biz torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlayacayıq. Hərbi əməliyyatlar nəticəsində işğaldakı ərazilərdə məskunlaşan ermənilər də ciddi problemlə üzləşəcəklər. Onları indidən xəbərdar etmək lazımdır”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!