Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 8-10-2015, 13:44
Ekspert: Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq xəbərdarlığı sarsaqlıqdır


Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq imkanı barədə növbəti xəbərdarlığı sarsaqlıqdır. Bunu politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.

Butov.az Trend-ə istinadən xəbər verir ki, ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar təqdirində, Ermənistan Dağlıq Qarabağın "təhlükəsizliyinin təminatı" kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun "müstəqilliy"ini tanıyacaq.

Politoloq bildirib ki, E.Nalbandyan elementar həqiqəti anlamır: "Əgər Azərbaycan ərazilərini azad etmək qərarına gəlsə, Yerevanın Dağlıq Qarabğı "tanıması" boş səsdən başqa bir şey olmayacaq, Ermənistan beynəlxalq arenadakı ləkələnmiş nüfuzuna daha da xələl gətirəcək və dünya ictimaiyyətində gülüşdən başqa bir şey yaratmayacaq. Belə ki, həmin ərazilərin Azərbaycana mənsubiyyəti beynəlxalq strukturların müxtəlif qətnamələri və qabaqcıl dünya ölkələrinin bəyanatları ilə təsdiq edilib".

F.Sadıxov qeyd edib ki, Ermənistana aydın başa salmaq lazımdır ki, hərbi əməliyyatlar başlayarsa, Yerevanın Dağlıq Qarabağı tanıması və ya tanımaması faktının heç bir əhəmiyyəti olmayacaq: "Ermənistan Xarici İşlər Nazirliyinin qarşıya qoyduğu siyasi “məqsədlər” hətta bu ölkənin ekspertləri arasında mənfi reaksiya doğurur. Vəziyyəti ayıq başla qiymətləndirmək və Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək lazımdır”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!