Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                        Distant iş əmək müqaviləsi ilə olacaq .....                        Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                       
Tarix : 8-10-2015, 13:44
Ekspert: Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq xəbərdarlığı sarsaqlıqdır


Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq imkanı barədə növbəti xəbərdarlığı sarsaqlıqdır. Bunu politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.

Butov.az Trend-ə istinadən xəbər verir ki, ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar təqdirində, Ermənistan Dağlıq Qarabağın "təhlükəsizliyinin təminatı" kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun "müstəqilliy"ini tanıyacaq.

Politoloq bildirib ki, E.Nalbandyan elementar həqiqəti anlamır: "Əgər Azərbaycan ərazilərini azad etmək qərarına gəlsə, Yerevanın Dağlıq Qarabğı "tanıması" boş səsdən başqa bir şey olmayacaq, Ermənistan beynəlxalq arenadakı ləkələnmiş nüfuzuna daha da xələl gətirəcək və dünya ictimaiyyətində gülüşdən başqa bir şey yaratmayacaq. Belə ki, həmin ərazilərin Azərbaycana mənsubiyyəti beynəlxalq strukturların müxtəlif qətnamələri və qabaqcıl dünya ölkələrinin bəyanatları ilə təsdiq edilib".

F.Sadıxov qeyd edib ki, Ermənistana aydın başa salmaq lazımdır ki, hərbi əməliyyatlar başlayarsa, Yerevanın Dağlıq Qarabağı tanıması və ya tanımaması faktının heç bir əhəmiyyəti olmayacaq: "Ermənistan Xarici İşlər Nazirliyinin qarşıya qoyduğu siyasi “məqsədlər” hətta bu ölkənin ekspertləri arasında mənfi reaksiya doğurur. Vəziyyəti ayıq başla qiymətləndirmək və Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək lazımdır”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!