Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 21-06-2016, 12:32
Sahib Alıyev: “Prezidentlərin birgə bəyanatının özü ortalıqda hansısa planın varlığını göstərir”


Sankt-Peterburqdakı Dağlıq Qarabağ danışıqları sona çatdı və verilən açıqlamalardan görmək olar ki, deyilənlər öz təsdqini tapdı, yəni, problemin həllində əhəmiyyətli irəliləyiş baş vermədi.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

Onun sözlərinə görə, ancaq prezidentlərin birgə bəyanatının özü, orada görüşlərin bu formatda davam etdiriləcəyinin anons olunması, xarici işlər naziri Elmar Məmmədyarovun danışıqların konsrtuktiv keçdiyini vurğulaması, onun substantiv xarakter daşıması yaxın gələcəkdə belə bir irəliləyişin mümkünlüyünü və ortalıqda hansısa planın varlığını göstərir.

O, deyib ki, cəbhədə beynəlxalq izləyicilərin sayının artırılmasına razılıq verilməsi isə o deməkdir ki, erməni tərəfi aprel döyüşlərində itirdikləri torpqaları geri qaytaracaqları haqda səsləndirdikləri gurultulu vədlərin üstündən artıq möhkəm bir xətt çəkilib və bunun mümkünsüzlüyü onlara başa salınıb.

“İzləyicilərin sayının artırılması eyni zamanda həm də o deməkdir ki, Azərbaycan apreldə yaşananlarla üzləşməmələri, məsələnin sülh yoluyla çözümü üçün ermənilərə qısa sürətli bir şans verir.

Verir ki, torpaqların azad edilməsi yönündə bundan sonra da əhəmiyyətli addımlar atılmadığı təqdirdə, erməni havadarlarının deməyə daha sözləri qalmasın.

Deməyə söz qalmayanda isə ordu nə etməli olduğunu bilir...” - deyə, millət vəkili daha sonra bildirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!