Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 13-04-2017, 12:11
Moskvada aprel döyüşlərinə həsr olunmuş film göstərildi

“Döyüş Gündəliyi.Talış” sənədli filmi Rusiyada yaşayan Qarabağ müharibəsi qazilərini bir araya gətirdi.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, hərbi bloger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi.Talış” sənədli filmi Moskvada təqdim edilib. Təqdimetmə mərasimi filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçrilən təqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.

Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı. Tədbirin təşəbbüskarı olan tanınmış jurnalist salamlama nitqində filmin niyə Moskvada keçrilməsini Rusiyadakı icmamızın bu kimi mövzuda tədbirlərə ehtiyac duyması və bu sahədə illərlə müşahidə olunan boşluğu doldurmaq niyyəti ilə izah etdi. Onun fikrincə, 2016-ci il aprel doyushlerinde elde edilən hərbi- siyasi uğurlar barədə melumatlandirma, tebliqat ve dushmen tebliqatina qarshi eks-tebliqat fealiyyetinde Rusiyadakı diaspor qurumları passivlik gostermishler. Jurnalist hesab edir ki, Qələbəmizi shubhe altına almaqa cəhd edən erməni təxribatçılarının qarşısıni almaq, ölkədən kənardakı soydaşları melumatlandirmaq, birləşdirmək və Azərbaycan Ordusuna diqqəti artırmaq niyyətilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır. Bu meqsedle Anar Hesenov icma üzvlərinə Rusiyanın bütün şəhərlərində Qarabağ həqiqətləri ilə bağlı mühazirələrin, görüşlərin, film təqdimetmələrinin ictimai işdə ön sıraya çəkməyi zeruri hesab etdiyini bildirdi. Və toplaşanları “Döyüş gündəliyi-Talış” filminə baxmağa dəvət etdi.

25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevincqarışıq qürur hissi ilə izlədilər.

“Döyüş Gündəliyi. Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016 cı ilin aprel ayında Ağdərə istiqamətindəki əkshücüm əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 muhum yukseklik, o cumleden, dushmenin 21 mohkemlendirilmish hərbi postlarini göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir. Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb. Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən Azərbaycanın Müdafiə Naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd etdi.


Tədbir zamanı filmin hərbi məsləhətçiləri, Qarabağ müharibəsi iştirakçıları, hərbi ekspertlər Nazim Bayram və Abuzər Abilovun çıxışları xüsusi maraqla qarşılandi. Onlar Azərbaycan icmasını maraqlandıran sualları cavablandırdilar. Azerbaycan ordusunun yeni qelebelere imza atmaq uchun ne mane olur sualina cavab vererken, herbi ekspert Nazim Bayram bildirdi ki, Ermenistanin danishiqlar prosesindeki destruktiv movgeyi munaqishenin sulh yolu ile helli imkanlari azaldir. Onun fikrince, dunyada ve regionda elverishli beynelxalq sheraitin yarandigi halda Azerbaycan oz erazi butovluyunu herb yolu ile temin edecek. Hazirda her bir azerbaycanlinin vezifesi torpaqlarimizin azadliqi uqrunda muharibeye hazirlashmaqdir.
Hərbi ekspert Abuzer Abilov novbəti suali cavablandirarkən, Prezident, Azərbaycan Silahli Quvvələrinin Ali Bash Komandani cənab Ilham Aliyevin olkənin əerazi butovluyunun berpasi istiqametinde apardiqi siyasetin, ordu quruculuqu, orduya diqqeti ve qayqisi neticesinde bu gun ordumuzun regionun en muasir ordusuna cevrildiyini ve dushmen uzerinde tam herbi-texniki ustunluk qazanildiqini qeyd etdi.

Tədbirdə birinci Qarbağ müharibəsinin iştirakçısı olmuş 30 a yaxın qazi iştirak edirdi. Onlar tədbirə Rusiyanın müxtəlif regionlarndan qatılımishdilar.Rusiyanın hər tərəfindən tədbirə qatılan soydaşlarımız onları düşündürməkdən daha çox əndişələndirən, qayğılandıran suallara cavab tapdıqlarını dedilər. “Bu tipli görüşlər Vətəndən uzaqda yaşayan soydaşlarımızın arasında hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Belə görüşləri tez-tez təşkil etmək gərəkdir”.

Birinci Qarabağ savaşının döyüşçüsü Mircamal Ağarəhimli isə keçmiş Qarabağ döyüşçülərinin veteran adlandırılmasından narazı olduğunu bildirdi. “ Biz döyüş, torpaq deyiləndə təcrübəsi olan və cəngavərə dönən 40 yaşında gənc insanlarıq. Bizə veteran kimi baxmaq deyil, döyüşçü kimi ön sıralara göndərmək və potensialımızdan istifadə etmək lazımdır”.

Tədbirdə çıxış edən Rusiya Xalqlar Dostlugu Universitetinin professoru, iqtisad elmleri doktoru Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər. Gecə “Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini gözləyirik”- notu ilə bitdi.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!