Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 11-09-2015, 12:36
Çingiz Abdullayev danışdı: “Öz nazirliyimizə yox, fırıldaqçı ingilisə inanırlar?”


Butov.az Lent.z-a istinadən xəbər verir ki, bir neçə gündür mətbuatda Beynəlxalq Pen-Klubun Azərbaycanda nümayəndəliyi olmadığı barədə məlumatlar dolaşır. Məsələ ilə bağlı Azərbaycan Pen-Klubunun rəhbəri, xalq yazıçısı Çingiz Abdullayevlə əlaqə saxladıq. Onunla qısa müsahibəni təqdim edirik.

- Çingiz müəllim, Azərbaycan Pen-Klubu Beynəlxalq Pen-Klubun nümayəndəsidirmi?

- Pen-Klub Azərbaycan 21 ildir fəaliyyət göstərir. Bizim təşkilat 21 il əvvəl qeydiyyatdan keçib, şəhadətnaməsi var. Axı bunu öyrənməyə nə var? Ədliyyə Nazirliyinə zəng vurub öyrənsinlər. Nazirlik də bizim qeydiyyatdan keçib-keçmədiyimizi deyəcək. Bu qalmaqalı yaradan bizim jurnalistlərdir, milli xainlərdir. Bir dənə sənədə görə Londona zəng ediblər, onlar da Azərbaycana qarşı tədbir görüblər.

- Pen-Klubun internet səhifəsində müxtəlif ölkələrdəki PEN mərkəzlərinin adları qeyd olunub. Azərbaycan PEN-Klubunun adı bu siyahıda yoxdur.

- Var. Siz yalan deyirsiz. Sadəcə biz onlarla Qarabağ məsələsində razı deyilik deyə bizi dəstəkləmirlər.

- Axı Beynəlxalq PEN-klubun nizamnaməsində yazılıb ki, onlar heç bir dini, irqi, milli ayrı-seçkilik eləmirlər.

- Maqsud İbrahimbəyov 20 il bu təşkilatın rəhbəri olub. Bütün başqa mərkəzlərlə biz əlaqə saxlayırıq. Yenə də deyirəm, biz 1994-cü ildə qeydiyyatdan keçmişik.

- Amma Beynəlxalq PEN-Klubun rəsmi saytında Ermənistanın, Gürcüstanın, hətta Çeçenistan PEN-Mərkəzinin adı var... Bizimki isə yoxdur.

- Çünki onlar Qarabağ məsələsində erməniləri dəstəkləyirlər. Buna görə biz də Beynəlxalq PEN-Klubla əlaqə saxlamırıq. Belə şeyləri yazanlar Azərbaycanı sevməyən insanlardır. Azərbaycanın pislənməsinə sevinirlər. Guya mənim yalanımı çıxarıblar deyə sevinirlər. Mənim dediklərim necə yalan ola bilər, axı bu təşkilat var və orda 70 adam işləyir. Qoy zəng vursunlar, Ədliyyə Nazirliyinə, öyrənsinlər. Ay qurban olum, axı biz azərbaycanlıyıq, belə olmaz. Azərbaycan qanunları ilə bu təşkilat qeydiyyatdan keçib.

- Belə çıxır ki, Azərbaycan PEN-Klubunun Beynəlxalq PEN-Kluba və ya PEN İnternational-a aidiyyatı yoxdur, müstəqil təşkilatdır.

- Əlbəttə, aidiyyatı var.

- Bu əlaqəni təsdiq edən sənəd varmı?

- Bizim Ədliyyə Nazirliyindən qeydiyyat şəhadətnaməmiz var. Azərbaycan qeydiyyatsız təşkilat ola bilməz.

- Beynəlxalq PEN-Klub açıqlama verərək bildirib ki, Azərbaycan PEN-Klubu bizim təşkilatımız deyil.

- Bəli, düz deyir. Sadəcə mən bunu deyə bilmirəm, çünki onda bəzi axmaq jurnalistlər yazacaqlar ki, PEN-Klub yoxdur. Mən yenə deyirəm, biz filial ola bilmərik. Ona görə ki, biz müstəqil təşkilatıq və Azərbaycana xidmət edirik. Vəssalam. Bizim bəzi jurnalistlər isə Londona zəng vurub ara qarışdırırlar, düşmən dəyirmanına su tökürlər. Çünki xaindirlər. Azərbaycan PEN-Klubu yoxdursa, bəs iki şairin İrandan azad edilməsində necə iştirak etmişdi?

- Azərbaycan PEN-Klubu bu 21 il ərzində İranda həbs edilmiş şairlərin azad edilməsindən başqa hansı işləri görüb?

- Bizim Rabitə Nazirliyi ilə layihəmiz var idi. Bütün Azərbaycan yazarlarının əsərlərini elektronlaşdırmışıq, elektron kitabxana yaratmışıq. Bundan sonra yazarlar o sayta öz əsərlərini qoyanda pul ala bilərlər. Bu layihə üçün 3 il iş aparmışıq. Yenə deyirəm, kim inanmırsa Ədliyyə Nazirliyinə zəng vurub soruşsun ki, qeydiyyatdan keçmişik, ya yox. Axı nəyə görə öz nazirliyimizə yox, fırıldaqçı ingilisə inanırlar? Bunlar azərbaycanlıdır, ya erməni? Niyə görə bunlar erməniləri dəstəkləyən adama inanırlar, amma Azərbaycanın sənədlərinə inanmırlar? Belə olmaz axı.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!