“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 2-10-2015, 10:50
"ADA” Universitetinin magistratura səviyyəsinə sənəd qəbulu başlanıb


Butov.az Apa-ya istinadən xəbər verir ki, oktyabrın 1-dən etibarən "ADA” Universitetində 2016-2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə sənəd qəbulu başlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təklif edilən proqramlar Diplomatiya və Beynəlxalq münasibətlər (MADIA), İctimai siyasət (MPP), Təhsil üzrə menecment (MAEM), Biznesin idarəedilməsi (Full-time, International MBA) və Executive MBA-dır.

Bu proqramlar arasında Executive MBA "ADA" Universitetinin Niderland Krallığının Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə təklif edilən və modullarla tədris olunan proqramdır. Bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.

"ADA" Universitetinin magistratura proqramlarında təhsil ingilis dilindədir və iki ilə qədərdir. Dərslər yerli və xarici professorlar tərəfindən aparılır. Təhsil müddətində tələbələr bir sıra akademik mübadilə səfərlərində də iştirak edirlər. Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında tam və ya qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, "ADA" Universiteti Azərbaycanda ilk dəfə olaraq uzunmüddətli aşağı faizli təhsil kreditləri təklif edir.

"ADA" Universitetinin tədris proqramlarında yerli tələbələrlə yanaşı dünyanın 40 ölkəsindən 100-dən çox xarici tələbə də təhsil alır. Müxtəlif sosial layihələr, tələbə klubları, mütəmadi beynəlxalq konfranslar "ADA" Universitetində tələbə həyatını zənginləşdirir.

Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə daxil olaraq elektron ərizə formasını doldurmaqla müraciət edə bilərlər. Sənəd qəbulu 1 aprel 2016-cı il tarixinə qədər davam edəcək.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!