Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 4-03-2016, 09:48
Şəfqətli əllərin sahibləri- Əməlisaleh həkim


İnsan hansı vəzifədə, hansı işdə çalışırsa çalışsın gərək öncə insanlıq, sonra vəzifə borcunu şərəflə yerinə yetirsin. O, öz işini sevməklə yanaşı, ona can yandırmalı və işin məsuliyyətini dərindən dərk etməlidir. Yalnız belə olan halda gördüyü işin nəticəsi yüksək səmərə verə bilər.
Şükürlər olsun ki, yaşadığımız dünyada və ölkəmizdə belə insanların sayı çoxdur və bizim yaşayışımızda- təhsilimizdə, sağlamlığımızda və s. onların rolu böyükdür.
Bu cür insanlardan biri də Abşeron rayon Qobu qəsəbəsinin baş həkimi Günəş Mikayıl qızı Gülməmmədovadır. O, uzun illərdir ki, Qobu xəstəxanasına rəhbərlik edir. Vaxtilə anası rəhmətlik Sona xanım da bu xəstəxananın baş həkimi işləyib. Qəsəbədə hamı Sona xanımı savadlı, səmimi, mehriban bir həkim kimi sevə-sevə xatırlayır.
Günəş həkim də anasının tutduğu yolla gedir və daşıdığı şərəfli, məsuliyyətli həkimlik peşəsinin öhdəsindən böyük əzmlə, inamla gəlməyə çalışır.
Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur ki, “Təbəssüm də sədəqədir”. Haqqında söhbət açdığımız tibb müəssisəsinə gələn xəstələr həmişə səmimi və mehribanlıqla qarşılanır, isti, doğma münasibətlə yola salınır. Günəş həkimin haqqında söhbət açılanda isə xəstəxana işçiləri gülümsəyərək, onun necə qayğıkeş, səmimi, eyni zamanda tələbkar bir rəhbər olması haqqında söyləyirlər.
Onun rəhbərlik etdiyi sağlamlıq ocağında çalışan tibb işçilərindən- Şükürova Sahibə (baş tibb bacısı), Əlihəsənova Xədicə, Əliyeva Zülfinaz, Hüseynova Ümmleyla, Babayeva Kəmalə, Əliyeva Zenfira, Zalova Xəyalə, Nuriyev Ramin (stomatoloq) və b. göstərmək olar. Onlar öz işlərinin məsuliyyətini hiss edir, işin öhdəsindən ustalıqla gəlməyə şalışırlar.

Günəş həkim 1952-ci ildə anadan olub. Bu yaxınlarda o, 64 yaşını qeyd elədi. Onu ad günü və qarşıdan gələn Beynəlxalq Qadınlar Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq. Fikrimi iki bənd şeirlə bitirmək istərdim:

[b]Şam kimi əriyir öz peşəsində,
Dənizdi, dəryadı, ümmandı həkim.
Xəstəykən ümidin son nöqtəsində
Dyaqdı, davadı-dərmandı həkim,
Tanrı göndərdiyi loğmandı həkim!

Gecəni gündüzə qatan da odur,
Çağırsan hayına çatan da odur.
Tutduğu ən böyük şərəfli yoldur,
Ümiddi, arzudu, gümandı həkim.
Tanrı göndərdiyi loğmandı həkim!
Yamən Orucova


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!