Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
Tarix : 3-06-2016, 17:14
Çörək oğurluğuna görə həbs edilən uşaqlar sərbəst buraxıldı


Bəzi KİV-lər və sosial şəbəkələrdə Cəlilabadda iki yeniyetm oğlanın guya, çörək oğurladığına görə saxlandığına dair məlumat, eləcə də onların əli qandallı şəkli yayılıb. Daxili İşlər Nazirliyi (DİN), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu olayla bağlı rəsmi açıqlama versələr də, cəmiyyətdəki müzakirələr səngimək bilmir. Böyük ajiotaja səbəb olan hadisəilə bağlı əksəriyyət “çörək oğruları”na haqq qazandıraraq, onların əlinə qandal taxan polisləri günahlandrır.

Məsələ ilə bağlı hadisənin baş verdiyi Biləsuvar rayonu Bəydili kənd icra nümayəndəliyinin sədri Adil Cəfərov da açıqlama verib. O deyib ki, hadisəyə səbəb həmin yeniyetmələrin aclığı və çörəksiz qalmaları deyil:

“O uşaqlardan biri bizim kəndin sakini, 16 yaşlı Fərid Mirzəyev Əliağa oğludur. Cəlilabaddan olan ikinci oğru isə onun 15 yaşlı dayısı oğludur. Fərid Mirzəyevin atası çoxdan vəfat edib, anası isə narahat, əsəbi, aqressiv, xəstə qadındır. Bunlar valideyn himayəsindən, valideyn diqqətindən, təlim-tərbiyədən kənarda qalıan özbaşına uşaqlardır. Bizim kəndin sakini olan Fərid internat məktəbində oxuyur. Gündəlik dərslərə gedir, günorta saat 2-3-də evə qayıdır. Cəlilabaddan Bəydiliyə qonaq gələn dayısı oğlu onu yoldan çıxarıb və birlikdə bu oğurluğu ediblər. 2 gün həbsdə qaldıqdan sonra buraxılıblar. Fərid Mirzəyev anasının himayəsinə verilib”.

A.Cəfərov deyib ki, Fərid Mirzəyevin ailəsi heç də çörək oğurlayacaq qədər kasıb durumda deyil:

“Ailədə 3 nəfərdilər: ana, oğul və 17 yaşlı bir qız övladı. Fəridin anası özünə görə 146 manat, ailə başçısını itirdiyinə görə də 245 manat da pensiya alır. Aylıq 411 manat gəliri olan ailə haqqında “çörəkləri yoxdur”, “acından ölürlər” fikirləri doğru deyil. Özlərinin evi, geniş həyətləri var”.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan 15 və 16 yaşlı iki yeniyetmə qabaqcadan cinayət əlaqəsinə girərək, cari il aprelin 21-dən 22-nə keçən gecə Biləsuvarın Bəydili kəndində yaşayan Zemfira Xanışovaya məxsus ərzaq mağazasına tavandan daxil olub və oradan təqribən 782 manat dəyərində müxtəlif ərzaq məhsulları oğurlayıblar.


Modern.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!