İki nazirlik əhaliyə birgə müraciət etdi .....                        Klintonlar məhkəməyə çağırıldı .....                        Hindistanla Pakistan arasında atəşkəs pozuldu .....                        Bu nekroloqu oxumaq çox ağır idi.. .....                        Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü .....                        Zelenski Trampla danışdı .....                        Fransalı futbolçu Azərbaycan klubunda .....                        ChatGPT-də yenilik! .....                        Şahin Şıxlinski təkadamlıq kameraya salınıb .....                       
Tarix : 14-08-2013, 16:15
Antisanitar vəziyyətdə çörək bişirilən sex aşkarlanıb


Göranboyda çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan sexdə reyd keçirilib.

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsi tərəfindən aparılan reyd zamanı Dəliməmməd şəhər sakini Cümşüd Cabbarova məxsus çörək bişirmə sexində xeyli nöqsan müəyyən edilib.

Qurumun məsləhətçisi Fərid Namazovun verdiyi məlumata görə, reydin keçirilməsində əsas məqsəd fərdi vətəndaşlara məxsus çörəkbişirmə sexləri və xüsusi üsulla hazırlanan çörəkbişirmə yerlərindəki vəziyyəti müşahidə etmək və mövcud problemləri aradan qaldırmaqdır. Müsahib yoxlamalar zamanı istehsal obyektində antisanitar vəziyyət və standartların tələblərinin kobud şəkildə pozulması hallarına rast gəlindiyini bildirib. Yoxlamalar zamanı sexdən çörəyin bişirilməsində avtomobil mühərriki üçün nəzərdə tutulan yağlardan istifadə olunduğu üzə çıxıb.
Bundan başqa, sexdə istismar müddəti başa çatmış avadanlıqlarla çörək bişirilmə hallarına da rast gəlinib. Sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, məhsulların gigiyenik və uyğunluq sertifikatları da yoxdur.


Paylaş



Bölmə: Xəbər / Köşə / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!