Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Daha iki tiktoker azadlığa buraxıldı .....                       
Tarix : 22-08-2013, 12:21
“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)

“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)

“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)

“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)

“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)

“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)

“Ağ Saray” şadlıq sarayında ciddi nöqsanlar aşkar olunub (FOTO)


“Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında standartların tələblərinin pozulduğu müəyyən edilib və hazırlanan salatlarda bakteriyalar aşkar olunub.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küç.14 ünvanında fəaliyyət göstərən “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, şadlıq sarayındakı zallarda istifadə olunan 14 nəfərlik masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartının tələblərinə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi və personalın keyfiyyətli xidməti üçün müvafiq şərait yoxdur.

Yeməklərin hazırlanması zamanı sanitariya norma və qaydalara riayət olunmur. İstehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxdə mənşəyi məlum olmayan toyuq, bildirçin və balıq məhsulları da aşkar olunub. Şadlıq sarayının anbarında xammalların saxlanma şəraitinə və rejiminə riayət olunmur.

Araşdırma zamanı məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqları aparılıb. Yoxlanılmış məhsulların müayinəsi göstərir ki, şadlıq sarayında istehlakçılara təqdim olunan “paytaxt” salatı tərkibində mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarına, bağırsaq çöpləri və E.coli mikroorqanizminin aşkar edilməsinə, maya göbələklərinin sayına görə, “mimoza” salatı isə tərkibində maya göbələklərinin sayına görə ГОСТ 30390-95 dövlətlərarası standartının tələblərinə uyğun deyildir.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilib, “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında “paytax” və “mimoza” salatlarının hazırlanması və satışı qadağan edilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!