Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 29-06-2016, 15:37
Xəzərdə nərə ovuna moratorium davam edəcək


21-23 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində öz işinə başlayan Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı Sessiyası başa çatıb.

Butov.az xəbər verir ki, ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edib. Tədbirdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyanın gündəliyində ənənəvi xarakter daşıyan bir neçə məsələ müzakirəyə qoyulub, Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunub.

İclasda 2016 və 2017-ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratoriumun davam etdirilməsi, yalnız cüzi həcmdə balıqartırma və elmi-tədqiqat məqsədləri üçün kvotaların mənimsənilməsi haqqında ümumi qərar qəbul edilib.

Eyni zamanda ''Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş''ə uyğun olaraq Rusiya Federasiyasının təqdim etdiyi bildiriş əsasında bu Sazişin 24 may 2016-cı il tarixindən etibarən qüvvəyə minməsi barədə məlumat verilib. Sazişin ratifikasiyasının bütün Xəzəryanı ölkələrdə başa çatmasını nəzərə alaraq, Komissiyanın statusunun təsisatlararası səviyyədən yüksələrək hökumətlərarası status səviyyəsinə qaldırılması haqqında elan verilib. Yeni Komissiyanın 1-ci təsisedici hökumətlərarası sessiyasının rotasiya qaydasına uyğun olaraq cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!