Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-05-2016, 12:11
 DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN 96-CI SESSİYASI BAŞA ÇATIB


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ MÜTƏXƏSSİSLƏRİNDƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ
DƏNİZ TƏŞKİLATININ DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN 96-CI SESSİYASINDA İŞTİRAK ETMİŞDİR


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında cari ilin 11-20 may tarixlərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında iştirak etmişdir.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq Dəniz Təşkilatnın Baş Katibi cənab Kitak Lim sessiyada iştirak edən üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini salamlayaraq Beynəlxalq Dəniz Təşkilatının dünyada dəniz üzgüçülüyünün təhlükəsiziliyinin təmin edilməsində mühüm rolunu qeyd etmiş, dəniz mühitinin mühafizəsi, dənizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması məqsədi ilə müvafiq tövsiyələrin hazırlandığını sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.
Cənab Kitak Lim, həmçinin gələcəkdə dəniz qəzalarının qarşısının alınması məqsədi ilə üzv dövlətlər tərəfindən baş vermiş dəniz qəzaları barədə məlumatların ətraflı şəkildə Beynəlxalq Dəniz Təşkilatının Qlobal inteqrasiya edilmiş gəmiçiliyə dair məlumat sisteminə daxil edilməsinin vacibliyini xüsusi ilə qeyd etmişdir.
Sessiya zamanı 2016-cı il üçün “Dənizçilik dünya üçün əvəzedilməzdir” şüarı altında “Dünya Dənizçilik Günü”nə həsr olunacaq tədbirin 29 sentyabrda Beynəlxalq Dəniz Təşkilatının baş qərargahında, paralel tədbirin isə noyabr ayında Türkiyədə keçiriləcəyi barədə məlumat verilmişdir.
Eyni zamanda sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə”yə, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra digər mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilmişdir.
 DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN 96-CI SESSİYASI BAŞA ÇATIB

Bununla yanaşı yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərdə qəbul edilmiş standartların tətbiqinin və nəzarət mexanizminin gücləndirilməsi barədə sessiya iştirakçıları arasında ümumi müzakirələr aparılmışdır.
Sessiyada, həmçinin Beynəlxalq Təsnifat Cəmiyyəti Assosiasiyasının 12 üzvünün təqdim etdiyi audit hesabatların üzv dövlətlər tərəfindən nəzərə alınması qeyd edilmiş və Türkiyə Respublikasının “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya”nı ratifikasiya etməsi barədə məlumat verilmişdir. Sessiya müddətində Dövlət Dəniz Administrasiyasının mütəxəssislərindən ibarət nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşləri keçirilmiş və fikir mübadiləsi aparılmışdır.
Dünyanın 171 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırmışdır.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!