Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQMartın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.