Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 7-04-2017, 11:43
Nazirlik: I rübdə 1226 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə işsiz və işaxtaran vətəndaşlar üçün rəqabətədavamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işləri davam etdirilir.

Butov.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin I rübündə qurumun xətti ilə 1 226 nəfər şəxs kompüter istifadəçisi, kompüterçi-dizayner, kompüter mühasibliyi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, qənnadçı, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, qazanxana maşinisti, toxucu, xalçaçı, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Həmin şəxslərdən 1 192 nəfəri (o cümlədən 48 nəfər əlilliyi olan şəxs) Dövlət Məşğulluq Xidməti tərəfindən, 34 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən kurslara qəbul olunublar. Mərkəzdə peşə hazırlığı dövründə sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin ediliblər.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərdən 82 nəfərini əlilliyi olan şəxslər təşkil edib. Kursları başa çatdıran şəxslərə peşə sertifikatları təqdim edilib.
Nazirlik gənclərin gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya olunmaları üçün onların əmək bazarının tələblərinə uyğun şəkildə düzgün peşə və ixtisas seçimi etmələri məqsədilə peşəyönümü tədbirlərini də davam etdirir. Cari ilin yanvar-mart aylarında nazirliyin məşğulluq orqanları tərəfindən əsasən orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri arasında təşkil olunan peşəyönümü tədbirlərində 32 053 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!