Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
Tarix : 12-06-2017, 10:40
Sumqayıtdakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır. Onların vəziyyəti orta ağır və yüngül qiymətləndirilir.

Butov.az xəbər verir ki, bunu Azvision.az-a Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib.

Onun sözlərinə görə, xəstəxanaya daxil olan uşaqların çoxu bu gün evə buraxılacaq. N.Baxşəliyev qeyd edib ki, ötən gün ərzində 11 uşaq xəstəxanaya gətirilib.

Şöbə müdiri hesab edir ki, uşaqlarda işləmə və qusmanın baş verməsinin səbəbi mövsümlə əlaqədardır.

“Havaların isti olması ilə bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlardan soruşuram, deyirlər ki, tut, gilas yeyib, üstündən soyuq su içiblər. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümü xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər”.

N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər Xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib.

“Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Narahatçılığa əsas yoxdur”.

Xatırladaq ki, son bir neçə gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər uşaqların sudan zəhərləndiyini bildiriblər.

Azərsu Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!