Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
Tarix : 29-11-2016, 11:43
Uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı


2016-cı ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçirilib.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair keçirilən tədbirdə deyib.

O qeyd edib ki, tibbi müayinədən keçirilmiş uşaqların 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. "Sağlamlığında müxtəlif problemlər aşkarlanmış 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9 %) hospitalizasiya olunub, 4569 nəfəri isə sanator müalicəyə göndərilib".

Nəsib Quliyev dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlərdən bəhs edib. O bildirib ki, 2013-cü ilin martında “Uşaqların İcbari Dispanserizasiyası haqqında” qəbul edilmiş qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir.

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər.

Qeyd olunub ki, hazırda Azərbaycanda 0-18 yaşadək uşaq əhalisinin sayı –2 588 959 nəfərdir.

"Uşaq ilk doğulduğu andan bir aya qədər 3 dəfə, 1 yaşa qədər hər ay, 1yaşdan 2 yaşa qədər uşaqlarda rübdə bir dəfə, 2 yaşdan 3 yaşa qədər uşaqlarda ildə 2 dəfə, 3 yaşdan 18 yaşa qədər olan uşaqlar isə ildə bir dəfə kompleks müalicələrı cəlb olunur.

Bizim bu prosesdə çətinliyiniz ilk növbədə valideynlərin bu işə cəlb etməklə bağlıdır. Xüsusilə rayonlarda bu sahədə problemlər yaşanır. Valideynlər uşaqları müayinədən keçirməyə çəkinirlər. Ona görə də hələ uşaqların kompleks müayinəsini 100 faizə çatdıra bilmirik".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!