Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 2-06-2016, 10:45
Nazirlik: "39 min 700 nəfər məcburi tibbi müayinədən keçib"

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna əsasən nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən tibbi müayinədən keçməlidirlər. Qaydaların qüvvəyə mindiyi vaxtdan 2016-cı il mayın 1-dək 139 min 700 nəfər məcburi tibbi müayinədən keçib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva iyunun 1-də institutda keçirilən “dəyirmi masa”da məlumat verib.

Bildirilib ki, Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxsin yaşayış yeri üzrə pulsuz tibbi müayinədən keçməsi üçün dövlət tibb müəssisəsi təyin edir.

Tibbi müayinədən keçənlərin çoxunun sağlamlıq durumu qənaətbəxşdir.

Məlum olub ki, mayın 30-dək müayinə olunanların 458 nəfəri sifilis virusunun, 85-i İÇV infeksiyasının, 7171-i talassemiyanın daşıyıcısıdır.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və başqaları nikaha qədər tibbi müayinənin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, tibb müəssisələri müalicə məqsədi ilə qan və onun komponentləri ilə təmin edilir.

Qan xidmətini dinamik inkişaf etdirmədən cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslı tibbi yardımı müvəffəqiyyətlə həyata keçirmək olmaz.

Ailə qurmaq istəyənlər arasında talassemiya daşıyıcılarını aşkara çıxarmaq, onlara tibbi-genetik məsləhətlər vermək üçün respublikanın bütün şəhər və rayonlarında hematoloji kabinetlər yaradılıb.

Son illər respublikamızda qan xəstəliklərinin müalicəsi istiqamətində ciddi addımlar atılıb, bu xəstəliklərdən əziyyət çəkən insanların müayinəsi və müalicəsinə diqqət artırılıb.

Bildirilib ki, qan xəstəlikləri ölkəmizdə ən geniş yayılan xəstəliklərdəndir. Məhz bu səbəbdən belə xəstələr dövlətimizin diqqət mərkəzindədir. Hematologiya və transfuziologiyaya dair iki qanun və üç dövlət proqramı qəbul edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının güclənməsinə, əhali arasında maarifləndirmə işinin genişlənməsinə və bütövlükdə talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzi yaradılıb. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib.

Respublika Talassemiya Mərkəzinin Mərkəzi Qan Bankının yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsində yüksək nailiyyətlər əldə olunub, onların donor qanına və zəruri preparatlara tələbatı tam təmin edilib. Talassemiyanın radikal müalicə metodu – sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin edilir, bu xəstəlikdən əlillik faktlarının və ölüm hallarının sayı azalır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!