"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 4-08-2017, 10:35
Cəmiyyət! Sənsən günahkar, yoxsa MƏN?


Dünyanın sonu deyəndə öncə ağlımıza hansısa təbiət hadisəsi gəlir. Düşünürük ki, qlobal hər hansısa bir təbiət hadisəsi davamlı şəkildə baş verərsə, deməli, dünyanın sonu gəlir. Amma bir şeyi düşünmürük ki, elə dünyanın sonunu gətirən insanlar öz aramızda yaşayır. Cəmiyyətimizdə son zamanlarda elə bir hadisələr baş verir ki, insan hər hansısa bir xəbəri eşitdiyi zaman sözün əsl mənasında dərin bir stress və şok yaşayır. Bunu deməyə isə təbii ki, əsas var.

Bir özünüz düşünün. Hər səhər yerimizdən oyandığımız zaman ilk olaraq sosial şəbəkələrə daxil olub gündəlik xəbərlərə göz atırıq. Oxuduğumuz xəbərlər isə heç də hər zaman ürəkaçan olmur. Kimisi qaynanasını öldürür, kimisi atasını, kimisi anasını, qızını zorlayır, kimi ev talan edir, kimisi isə...

4 yaşlı bir qızın başına gələnlər və onu ölümün pəncəsinə sürükləyən bir “adam” haqqında danışmaq nə qədər ağır olsa belə gəlin razılaşaq ki, cəmiyyətimizdə uşaqbazlıq eşqinə düşən üzdə mələk daxildə iblis olan “adam” lar var.

Uşaqbazlıq nədir?

Pedofiliya (yunanca q.yun. παῖς, παιδός — "uşaq" və φιλία — "sevgi" sözlərindən) (digər adlandırma: infantoseksualizm, paderoziya) — psixi pozğunluq, çoxsaylı seksual deviasiyalardan biri. Bu xəstəliyin daşıyıcılarını pedofil adlandırırlar.

İslamda pedofiliya pislənir və bu insanın yaradılışında eybəcər qəbul olunan məsələ sayılır. İran, Somali və Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrdə bu tip əməlləri təşkil etmək və ya həyata keçirmək ölüm hökmü ilə nəticələnir.

Əslində bu müalicəsi olmayan bir xəstəlik sayılsa belə məncə hər hansısa günahsız bir körpəni zorlayıb onun ölümünə səbəb olan insana ümid edirəm ən ağır cəza veriləcək. Oxuduğum xəbərin hələ də təsirdə olsam belə ümüdvaram bunu törədən o namussuz cavan “adam” a layiqli cəza veriləcək. Bəs siz hakim olsaydınız ona hansı cəzanı kəsərdiniz?

Bilirəm, çoxlarınız ona ölüm hökmünün cəzasını verərdiniz. Amma bununla məncə, iş bitmir. Bir anlıq özümüzü o uşağın ailəsinin yerinə qoyaq və təhlil edək. Onların keçirdiyi hisslər, uzun illərdən sonra övlad sahibi olmaq və......

"Və"lər çoxdur. Sualla rda çox ola bilər, amma veriləcək suallara cavab yoxdur. Hələ bu son deyil. Dünya dəyişdikcə nələrin baş verməsi hər birimizdə bir ikrah hissi oyadır. Hələ bu azmış kimi öz övladını su quyusuna atıb onun canına qəsd edən “ ata” lara nə ad vermək olar? Qatil, ya ata?

Biri övladını öldürür, digəri övladını zorlayır, digər tərəfdən isə... Hər nə isə. Olanlar çoxdur. Ancaq bu baş verənlərə nə ad vermək olar?

Sonda baş verənlərdə günahkar kimi görürük? Cəmiyyəti, özümüzü, yoxsa bizə verilən tərbiyəni?

Yazmaqla bu məsələr bitib tükənmək bilmir. Əslində gəlin razılaşaq ki, cəmiyyətdə formalaşan insan olmaq lazımdır, azğın və heyvani psixologiyaya tutulmuş hər hansısa bir məxluq yox.

Home Cəmiyyət Cəmiyyət! Sənsən günahkar, yoxsa MƏN?
Cəmiyyət! Sənsən günahkar, yoxsa MƏN?
Jia.az 2017-08-03 - 19:23:34 Cəmiyyət! Sənsən günahkar, yoxsa MƏN? 424 nəfər oxuyub 2370_24c54a7b3ee6458d9b0824bf7d24135c-110749.jpg
Dünyanın sonu deyəndə öncə ağlımıza hansısa təbiət hadisəsi gəlir. Düşünürük ki, qlobal hər hansısa bir təbiət hadisəsi davamlı şəkildə baş verərsə deməli dünyanın sonu gəlir. Amma bir şeyi düşünmürük ki, elə dünyanın sonunu gətirən insanlar öz aramızda yaşayırlar. Cəmiyyətimizdə son zamanlarda elə bir hadisələr baş verirki, insan hər hansısa bir xəbəri eşitdiyi zaman sözün əsl mənasında dərin bir stress və şok yaşayır. Bunu deməyə isə təbii ki, əsas var.

Bir özünüz düşünün. Hər səhər yerimizdən oyandığımız zaman ilk olaraq sosial şəbəkələrə daxil olub gündəlik xəbərlərə göz atırıq. Oxuduğumuz xəbərlər isə heç də hər zaman ürəkaçan olmur. Kimisi qaynanasını öldürür, kimisi atasını, kimisi anasını, qızını zorlayır, kimi ev talan edir, kimisi isə...

4 yaşlı bir qızın başına gələnlər və onu ölümün pəncəsinə sürükləyən bir “adam” haqqında danışmaq nə qədər ağır olsa belə gəlin razılaşaq ki, cəmiyyətimizdə uşaqbazlıq eşqinə düşən üzdə mələk daxildə iblis olan “adam” lar var.

Uşaqbazlıq nədir?

Pedofiliya (yunanca q.yun. παῖς, παιδός — "uşaq" və φιλία — "sevgi" sözlərindən) (digər adlandırma: infantoseksualizm, paderoziya) — psixi pozğunluq, çoxsaylı seksual deviasiyalardan biri. Bu xəstəliyin daşıyıcılarını pedofil adlandırırlar.

İslamda pedofiliya pislənir və bu insanın yaradılışında eybəcər qəbul olunan məsələ sayılır. İran, Somali və Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrdə bu tip əməlləri təşkil etmək və ya həyata keçirmək ölüm hökmü ilə nəticələnir.

Əslində bu müalicəsi olmayan bir xəstəlik sayılsa belə məncə hər hansısa günahsız bir körpəni zorlayıb onun ölümünə səbəb olan insana ümüd edirəm ən ağır cəza veriləcək. Oxuduğum xəbərin hələ də təsiri altında olsam belə ümüdvaram bunu törədən o namussuz cavan “adam” a layiqli cəza veriləcək. Bəs siz hakim olsaydınız ona hansı cəzanı kəsərdiniz?

Bilirəm çoxlarınız ona ölüm hökmünün cəzasını verərdiniz. Amma bununla məncə iş bitmir. Bir anlıq özümüzü o uşağın ailəsinin yerinə qoyaq və təhlil edək. Onların keçirdiyi hisslər, uzun illərdən sonra övlad sahibi olmaq və......

Vələr çoxdur. Suallarda çox ola bilər amma veriləcək suallara cavab yoxdur. Hələ bu son deyil. Dünya dəyişdikcə nələrin baş verməsi hər birimizdə bir ikrah hissi oyadır. Hələ bu azmış kimi öz övladını su quyusuna atıb onun canına qəsd edən “ ata” lara nə ad vermək olar? Qatil, ya ata?

Biri övladını öldürür, digəri övladını zorlayır, digər tərəfdən isə... Hər nə isə. Olanlar çoxdur. Ancaq bu baş verənlərə nə ad vermək olar?

Sonda baş verənlərdə günahkar kimi görürük? Cəmiyyəti, özümüzü,yoxsa bizə verilən tərbiyəni?

Yazmaqla bu məsələr bitib tükənmək bilmir. Əslində gəlin razılaşaq ki, cəmiyyətdə formalaşan insan olmaq lazımdır, azgın və heyvani psixologiyaya tuitlmuş hər hansısa bir məxluq yox.


Aydın Ulusoy

Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!