Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 6-10-2016, 16:55
Zəncir vurmaq, qan çıxarmaq lazımdırmı?

Fazil Mustafa


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Azərbaycanda Məhərrəm ayı başlayıb.
Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf etdi.
Fətvada Məhərrəm ayının 10-nun – Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilir.
Məhərrəmlik ayının tarixi
Hər il Hicri təqviminin Məhərrəm ayında yad edilən Kərbəla hadisələrinin tarixi VII əsrə təsadüf edir. Şiə təriqətində qeyd edilən dini ayinlər 680-ci ildə Kufədə başlayan qiyamla bağlıdır. Belə ki, qiyama qalxanlar Həzrəti Əlinin kiçik oğlu İmam Hüseyndən yardım istəyir və ondan gəlib Kufədə atasının düşməni olan Əməvi sülaləsinə qarşı üsyana mənəvi dayaq olmağı, qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən (indiki Kərbəladan) keçəndə (oktyabr, 680-ci il) Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası «Kərb» yəni hüzn və «bəla» sözlərindən ibarətdir.
Şiə təriqətinə mənsub olanlar indiyə qədər də Aşurada məhz bu hadisəyə, yəni imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqdar olaraq bəzi ayinlər icra edir və qadağalara riayət edirlər. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Bəziləri isə Məhərrəm ayının 10-cü günü, yəni Qətl sınan gün, yaxud da başqa adla Aşura günü çimməyi, sabundan istifadə etməyi və s. günah hesab edirlər. Zəncir vurmaq və qan çıxarmaq tələbi isə öz yerində.
Bəs, bu adətlər haradan gəlir? Dinin tələbidir, yoxsa cahillikdir? İslam dini şəhidlərə yas saxlamağa, onlar üçün özünə zəncir vurmağa icazə verirmi?
Millət vəkili Fazil Mustafa hesab edir ki, Məhərrəm ayında icra olunan əməllərin əksəriyyəti cahillikdən irəli gəlir. Deputat Məhərrəm ayında yas saxlayanlara xatırladır ki, içki içmək təkcə bu ayda deyil, ümumiyyətlə haramdır.
“Məsələn, içki içməmək təkcə məhərrəmliklə bağlı deyil, Allahın əmridir. İçmirsənsə, ümumiyyətlə içməmək lazımdır. Yaxud da, pis işlərlə məşğul olmaq və digər qadağalar İlahi əməldir. Bunun Məhərrəmlikdə edilməsi Azərbaycan cəmiyyətində dinə saxtakar baxışın əsas göstəricisidir. Toy etmirlər, hansısa tədbir keçirmirlər, bunlar hamısı əsası olmayan hadisələrdir”.
F.Mustafa həmçinin qeyd edib ki, vəfat edən şəxslərin, şəhidlərin xatirəsi İslamda əziz sayılır, onlar uca tutulur, amma əbədi yas saxlamaq İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində yoxdur: “Bunu ancaq cəmiyyətin əslində islam dinindən uzaq olması ilə izah etmək olar. Cəmiyyətdə din anlayışının saxta əmələ dayanması ilə əsaslandırmaq olar”.
Zəncir vurmaq, qan çıxarmaq kimi adətlərə gəlincə isə deputat vurğulayıb ki, dində belə bir adət yoxdur:“Ümumiyyətlə, insanın özünə zəncir vurmağı, qan çıxarmağı axmaqlıqdır. Çünki bunun nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi zəki şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi. Çünki onlar peyğəmbər tərbiyəsi görmüş adamlardır. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi. Amma görünür ki, Azərbaycan özünə İrandan köçürülmə islam anlayışı əxz edib və bu anlayış da indiyə qədər Azərbaycan cəmiyyəti üçün ancaq cəhalət və nadanlıq yayılması üçün əsas alatə çevrilib”.
Millət vəkili hesab edir ki, cəmiyyət arasında dini cahilliyin aradan qaldırılması üçün ziyalılar dini maarifçiliyi gücləndirməlidirlər: “Dinin təməl əsasları haqqında məlumatlar verməlidirlər. Bildirməlidirlər ki, din tarixində baş verən onlarla hadisə var ki, bunları dinin əsası kimi göstərib onun əsas yolundan uzaqlaşdırırlar. Bu da dini gözdən salır. Fanatizm, cəhalət və dünyagörüşü məhdudluğu yaradır. İslam haqda təsəvvürlərin daha da pisləşməsinə gətirib çıxarır. Heç peyğəmbəri bu qədər xatırlamırlar, amma ondan sonra gələn 3-4-cü dərəcələi adamları xatırlayırlar. Bu, çox faciəvi yanaşmadır”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!