Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-10-2024, 18:30
Gürcüstan MSK: Səssayma başa çatıb, “Gürcü Arzusu” qalibdir


Gürcüstan MSK: Səssayma başa çatıb, “Gürcü Arzusu” qalibdir

Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs yığıb.
Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
27-10-2024, 17:56
Harris Trampı 2 faiz üstələyir


Harris Trampı 2 faiz üstələyir

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qeydə alınmış seçicilərin dəstəyinə görə Respublikaçı rəqibi Donald Trampı 2 faiz qabaqlayır.
Bunu bazar günü ABC telekanalının Ipsos sosioloji xidməti ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
Araşdırmaya görə, respondentlərin 49%-i Harrisin lehinə, 47%-i Trampa səs vermək niyyətindədir.
27-10-2024, 17:30
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə açıqlama


ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə açıqlama

Gürcüstanda parlament seçkiləri rəqabətli olub, çünki seçkilərdə 18 siyasi partiya iştirak edib.
Bunu Tbilisidə keçirilən mətbuat konfransında ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Pia Kauma deyib.
“Bu parlament seçkiləri rəqabətli olub, ona görə ki, seçicilər 18 seçki subyekti arasında seçim etmək imkanına malik olublar. Bu, iqtidarla müxalifət arasında seçki deyildi. Müxalifət partiyalarının özləri arasında da fəal rəqabət var idi” – o deyib.
27-10-2024, 17:15
Gürcüstanın yeni parlamentinin ilk sessiyasının vaxtı açıqlandı


Gürcüstanın yeni parlamentinin ilk sessiyasının vaxtı açıqlandı

Oktyabrın 26-da baş tutmuş seçkilərin nəticələrinə əsasən seçilmiş yeni çağırış parlament noyabrda ilk sessiyaya toplaşacaq, lakin hər şey MSK-nın səsvermənin yekun nəticələrini nə vaxt dərc edəcəyindən asılıdır.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.
“Bildiyiniz kimi, hazırda Mərkəzi Seçki Komissiyasında müəyyən prosedurlar həyata keçirilir, sayım, həmçinin şikayətlərlə bağlı digər proseslər başa çatmaq üzrədir. "Noyabrın ortalarında" artıq MSK-nın yekun protokolu olacaq, bundan sonra Konstitusiyaya əsasən parlament 10 gün ərzində ilk iclasına toplaşacaq”, – Papuaşvili qeyd edib.
27-10-2024, 16:47
Taksi sürücüləri üçün növbəti imtahan


Taksi sürücüləri üçün növbəti imtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 oktyabr 2024-cü il tarixində taksi sürücülərinin və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 1398 namizəd qeydiyyatdan keçib. Onlardan 1303 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1067 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 28-29 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

27-10-2024, 14:00
Gürcüstan seçkiləri: Sülh və inkişaf seçildi


Gürcüstan seçkiləri: Sülh və inkişaf seçildi

Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün həlledici anlardan biri oldu. Seçim yalnız daxili siyasi qüvvələrin deyil, həm də regional və qlobal qüvvələrin qarşı-qarşıya gəldiyi bir mərhələ idi. Gürcü xalqının öz iradəsini ortaya qoyduğu bu seçkilər, bölgədəki sülh və sabitlik üçün vacib bir addım olmaqla yanaşı, Qərbin Gürcüstana və geniş anlamda Cənubi Qafqaza olan təsirini yenidən qiymətləndirməsinə səbəb oldu.
Parlament seçkiləri əsnasında baş verən hadisələr Gürcüstanın daxili siyasi balansının necə dəyişəcəyini və ölkədə potensial etiraz dalğalarının yaranma ehtimalını göstərdi. Gürcüstanın siyasi səhnəsi və bu seçkilər ətrafında baş verən hadisələr, regionun gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Gürcüstan prezidenti Salome Zurabişvili seçki günü gərginliklərin qarşısını almağa çalışdığını iddia etsə də, əməlləri onun dediklərini tam əksini göstərdi.
Baş nazir İrakli Kobaxidze prezidentin bu sahədə heç bir səlahiyyəti olmadığını açıq şəkildə bildirdi. Bununla belə, seçkilərdən əvvəl xüsusi təhlükəsizlik tədbirləri görüldü və paytaxtda polis qüvvələri gücləndirildi.
Bu seçkilərdə jurnalistlərin iştirakı xüsusilə nəzərə çarpırdı. Lakin bununla yanaşı təşkilati məsələlərdə ciddi problemlər də özünü göstərdi. Gürcüstanın qeyri-rəsmi lideri, "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili səs verməyə gələndə yaşanan izdiham, onun çıxışını müşayiət edən jurnalistlər arasında yaranan həddindən artıq maraq və sıxlıq, seçki prosesinin nə dərəcədə hərarətli olduğunu göstərirdi.
Seçkilərdə elektron səsvermə sisteminin tətbiqi kimi texnoloji yeniliklər də diqqəti çəkdi. Bu sistem saxtakarlığın qarşısını almaq məqsədi daşısa da, prosesin gedişi və nəticələri ilə bağlı ciddi suallar yaranmağa başladı. Bu isə təkcə daxili deyil, həm də xarici siyasət müstəvisində Gürcüstanın qarşılaşdığı problemlərlə bağlıdır.
Seçkilərin xarici müstəvisinə gəldikdə isə, bu il Gürcüstanın Qərblə olan münasibətlərində böyük gərginliklər müşahidə olundu. Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə əlaqələri hakim partiyanın qəbul etdiyi "Xarici təsirin şəffaflığı" haqqında qanun səbəbindən ciddi şəkildə pozuldu. Bu qanuna əsasən, əgər hər hansı bir QHT və ya KİV öz gəlirlərinin 20%-dən çoxunu xaricdən alırsa, onlar "xarici agent" kimi tanınacaqlar. Gürcüstan prezidenti Salome Zurabişvili, bu qanuna veto qoymağa çalışsa da, partiyanın qərarı onun səylərini boşa çıxardı. Qərb bu qanunu avrointeqrasiya yolunda əngəl kimi gördü və Avropa İttifaqı Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları dayandırdı.
Hakim partiya bu addımları Gürcüstanın maraqlarına uyğun hesab edir və Qərb dövlətlərinin ölkəni Rusiyaya qarşı ikinci cəbhəyə çevirmək istədiklərini bildirir. Gürcüstanın Rusiyadan iqtisadi asılılığı bu ölkənin xarici siyasətində balansın saxlanılmasının əsas səbəblərindən biridir. İqtisadi sahədə Rusiyanın təsirini nəzərə almadan, Gürcüstanın ciddi iqtisadi çətinliklərlə üzləşə biləcəyi barədə hakim partiya dəfələrlə xəbərdarlıq edib. Müxalifət isə bu qanunun qəbulunun ölkənin avrointeqrasiya prosesinə böyük zərbə vuracağını və Gürcüstanın Qərbdən uzaqlaşmasına gətirib çıxaracağını iddia edir.
"Gürcü Arzusu"nun tərəfdarları seçkilərdə qalib gəldikləri təqdirdə ölkədə sabitliyin qorunacağını və müharibə riskinin olmayacağını vəd edirdilər. Bununla belə, müxalifət partiyaları, xüsusilə Qərbpərəst qüvvələr, Gürcüstanın bu seçkilərdə Avropa ilə Rusiya arasında seçim etməli olduğunu bildirirdilər. Seçkilərin nəticələri ölkədə böyük bir siyasi böhranın başlanğıcı ola bilər, çünki müxalifət artıq hakim partiyanın seçki nəticələrini saxtalaşdıracağını iddia edir.
Müxalifət liderlərinin və onların Qərbdəki tərəfdarlarının Gürcüstanda yeni bir inqilab cəhdinə hazırlıq gördüyü ehtimalları da mövcuddur. Bu narahatlıqlar, xüsusilə Avropa İttifaqının və ABŞ-ın Gürcüstandakı seçkilərə diqqətini artırması ilə bağlıdır. Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell seçkiləri Gürcüstan üçün demokratik gələcəyin sınağı kimi dəyərləndirib və Qərbin Gürcüstanın daxili siyasətində böyük rol oynadığını bir daha vurğulayıb. ABŞ tərəfdən isə, Gürcüstanın siyasi həyatına müdaxilə cəhdləri barədə məlumatlar yayılır, xüsusən də Dövlət Departamentinin Gürcüstan seçkilərinə təsir etmək üçün yeni metodlar axtardığı bildirilir.
Bütün bunlar göstərir ki, Gürcüstanın siyasi gələcəyi qeyri-müəyyəndir və ölkə həm daxili, həm də xarici təzyiqlərlə üzləşir. Seçkilərin nəticələri Gürcüstanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək: sabitlik və ya yenidən gərginlik və inqilabi proseslər. Gürcüstanın siyasi elitası və onun xarici müttəfiqləri arasında yaranan fikir ayrılıqları, ölkənin gələcəyinə dair ciddi narahatlıqlar doğurur. Gürcüstanın daxili sabitliyi, seçkilərin nəticələrinin nə qədər qəbul olunacağından və xarici təsirlərin necə dəyərləndiriləcəyindən asılı olacaq.
Bu arada MDB-nin baş katibi Sergey Lebedev bəyan edib ki, Gürcüstanda keçirilən seçkilərin nəticələri seçicilərin müstəqil kursun və qonşularla əməkdaşlığın əhəmiyyətini başa düşdüyünü göstərir.
"Nəticə özü-özünə aydın olur, bu, məntiqlidir: insanlar Gürcüstan xalqı üçün müstəqil kursun qorunmasının vacibliyini anlayırlar, bu kurs isə xalqın maraqlarına cavab verir," - deyə o vurğulayıb.
O əlavə edib ki, qonşular və Cənubi Qafqaz regionu, eləcə də Rusiya ilə əməkdaşlığın Gürcüstan xalqının maraqlarına cavab verdiyinə heç bir şübhə ola bilməz.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə bəyan edib ki, Gürcüstan vətəndaşları xarici müdaxilə cəhdlərinə baxmayaraq, keçirilmiş parlament seçkilərində öz iradələrini açıq şəkildə ifadə ediblər. O, Macarıstanın, həm Avropa İttifaqına sədrliyi müddətində, həm də ondan sonra Gürcüstanın Avropa inteqrasiyasını dəstəkləməyə davam edəcəyini vurğulayıb.
"Xarici müdaxilə cəhdlərinə baxmayaraq, Gürcüstan xalqı nə istədiyini açıq şəkildə göstərdi. Ailəni dəstəkləyən və vətənpərvər olan hakim partiya seçkilərdə böyük üstünlüklə qalib gəldi. Bravo, təbrik edirik!" - cənab Siyyarto sosial şəbəkədə yazıb.
Gürcüstanda "Dəyişikliklər uğrunda Koalisiya" və Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası parlament seçkilərinin rəsmi nəticələrini tanımaqdan imtina etdi. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, milyarder Bidzina İvanişvilinin 2012-ci ildən hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası qalib gəlib. Müxalifət etiraz aksiyaları keçirməyi planlaşdırır.
"Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nika Qvaramiya öz brifinqində bildirib ki, "seçkilər oğurlanıb. Hakimiyyət zəbt edilib. Bu, konstitusiya çevrilişidir" (Rusiya 2 telekanalına əsasən sitat). Onun partiyası 27 oktyabr tarixindən etibarən küçə etirazlarına başlamağı planlaşdırır.
"Vahid Milli Hərəkat"ın rəhbəri Tinatin Bokuçava da brifinqində seçkilərin "oğurlandığını" bəyan edib. Onun partiyası səsvermənin rəsmi nəticələrini tanımaq niyyətində deyil.
Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, "Gürcü Arzusu" partiyası elektron qutulardan istifadə edilən seçki məntəqələrinin protokollarının (74% seçki məntəqəsində quraşdırılıb, əl ilə yenidən sayılacaq) sayılması nəticəsində təxminən 53% səs qazanır. Beş faizlik baryeri keçən dörd müxalifət partiyası isə ümumilikdə 38%-dən çox səs alıb. İkinci yerdə "Dəyişikliklər uğrunda Koalisiya" (11,2%), üçüncü yerdə "Vahid Milli Hərəkat" (9,83%), dördüncü yerdə "Güclü Gürcüstan" (9,02%), beşinci yerdə isə "Gaxaria Gürcüstan üçün" (8,22%) qərarlaşıb. Seçici fəallığı 58,94% təşkil edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz çıxışında vurğuladı ki, seçkilər ölkənin gələcəyi üçün misilsiz bir əhəmiyyət daşıyır. O qeyd etdi ki, bu seçkilər "xalqın Avropa gələcəyinə inamını, sülh və inkişaf istəyini nümayiş etdirdi". Onun sözlərinə görə, Gürcüstan xalqı ən doğru yolu seçdi və nəticələr hakim partiyanın ölkəni idarə etməkdə davam edəcəyini təsdiqlədi. Baş nazir bu seçkiləri hətta bir növ "referendum" kimi dəyərləndirdi və bu çağırışın xalq tərəfindən böyük həssaslıqla qarşılandığını, nəticədə seçici iştirakının misli görünməmiş səviyyəyə çatdığını qeyd etdi.
Seçkilərdən sonra hökumətin işinə normal rejimdə davam edəcəyini bildirən Kobaxidze, həmçinin, müxalifətin seçkilərdəki uğursuzluğunu bəhanələrlə əsaslandırmaq cəhdlərini tənqid etdi. O, müxalifətin seçkilərin nəticələrini tanımamaq istəyinin yalnız özlərini müdafiə etmək üçün "ümidsiz bir cəhd" olduğunu bildirdi. Kobaxidze qeyd etdi ki, bu cür cəhdlər Gürcüstanda konstitusiya quruluşuna ziddir və hər hansı bir şəkildə qəbul edilməzdir. Bu cür vəziyyətlərdə hökumətin və parlamentin davamlılığı, ölkənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
Seçkilər təkcə Gürcüstan vətəndaşlarının iradəsini göstərməklə kifayətlənmədi, eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların da bu prosesdə mühüm və həlledici rol oynadığını sübut etdi. Gürcüstanda yaşayan 300 minə yaxın azərbaycanlı bu seçkilərdə sülhün və ənənəvi dəyərlərin müdafiəçisi kimi çıxış etdi. Onlar hakim partiyanı dəstəkləməklə, bölgədə sabitlik və inkişaf üçün ən doğru yolu seçdiklərini nümayiş etdirdilər. Azərbaycanlı seçicilər Gürcüstanın siyasi arenasında mühüm rola sahib olmaqla yanaşı, onların verdiyi səslər seçkilərin nəticəsinə təsir göstərən əsas amillərdən biri oldu. Azərbaycanlıların dəstəyi, hakim partiyanın ümumi səslərinin təxminən 7-8 faizini təşkil edərək, bu etnik qrupun seçkilərdə nə qədər vacib olduğunu bir daha təsdiqlədi.
Gürcüstanın seçkiləri həm də Qərbin bölgədə yürütdüyü siyasətə ciddi bir zərbə oldu. Qərbin Gürcüstanı parçalamaq, bu regionda yeni bir münaqişə ocağı yaratmaq cəhdləri məhz bu seçkilərlə qarşısı alındı. Azərbaycanlı seçicilər, digər Gürcüstan vətəndaşları kimi, Qərbin bölgəni xaosa sürükləmək istəklərinə qarşı çıxdılar. Bu proses həmçinin Azərbaycanın və Gürcüstanın Ermənistanın regionda həyata keçirdiyi siyasətə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi. Əgər seçkilərin nəticələri fərqli olsaydı, bu, Gürcüstanın Qərbin təsiri altına düşməsi və regionda ikinci bir cəbhə açılması ilə nəticələnə bilərdi. Lakin Gürcü xalqının, xüsusən də azərbaycanlıların bu cür cəhdlərə qarşı dirənişi, Qərbin regiona müdaxilə etmək planlarını uğursuzluğa düçar etdi.
Bu seçkilər, həmçinin Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət etdi. Hər iki ölkə, Ermənistanın regionda yaratmağa çalışdığı təxribatlara qarşı ortaq mövqedə çıxış edərək, regional sabitliyin qorunması üçün bir-birinə dəstək verdi. Gürcüstanın azərbaycanlıları, Gürcüstanın vahidliyini və sabitliyini dəstəkləyərək, regionda sülh və sabitlik üçün əsas qüvvələrdən biri olduqlarını bir daha nümayiş etdirdilər.
Bu gün Gürcüstan və Azərbaycan arasında mövcud olan birlik, hər iki dövlətin gücünü artırmaqla yanaşı, onların regional və beynəlxalq arenalarda daha möhkəm mövqelərdən çıxış etmələrinə imkan verir. Tarix göstərir ki, Gürcüstan və Azərbaycanın birgə hərəkət etməsi, onların maraqlarının daha effektiv şəkildə müdafiə edilməsinə və regionda sabitliyin qorunmasına xidmət edir. Azərbaycan və Gürcüstan arasındakı bu əlaqələr yalnız iki dövlətin milli maraqlarını qorumaq üçün deyil, həm də geniş anlamda Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır.
Ümid edirik ki, gələcəkdə Gürcüstan hakimiyyəti, xüsusən də hakim partiya, azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqamətində real addımlar atacaq. Azərbaycanlılar Gürcüstanın siyasi, iqtisadi və sosial həyatında mühüm rol oynamağa davam edəcək və bu, hər iki ölkənin gələcəyi üçün mühüm bir amil olacaq.
Ermənistanın regiondakı mövqeyinə gəlincə, ümid etmək olar ki, bu ölkə də nəticədə öz yerini dərk edəcək və bölgənin sabitliyinə töhfə vermək yolunu seçəcək. Çünki Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yalnız bütün regional oyunçuların ortaq mənafeyə xidmət etməsindən keçir. Gürcüstanın bu seçkilərlə nümayiş etdirdiyi sabitlik və inkişaf istiqamətindəki iradəsi bütün region üçün nümunə olmalıdır.
27-10-2024, 13:55
Özbəkistanda parlament seçkiləri baş tutdu


Özbəkistanda parlament seçkiləri baş tutdu

Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçərək 47,62 %-ə çatıb.
Bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 %-lik həddi keçib.
Oktyabrın 27-də Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçirilir. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilir.
150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb.
Seçkilərdə 1000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir, onlardan 400-ə yaxını 50 ölkəni, 500-ə yaxını MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT kimi beynəlxalq təşkilatları, 60 müşahidəçi isə 26 ölkənin seçki komissiyalarını təmsil edir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə 350, MDB dövlətləri isə 167 müşahidəçi göndərib.
27-10-2024, 13:21
İçərişəhərə maşınla giriş bu gündən məhdudlaşdırılır


İçərişəhərə maşınla giriş bu gündən məhdudlaşdırılır

Bu gündən Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.
Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.
27-10-2024, 12:55
Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək - Kobaxidze


Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək - Kobaxidze

Gürcüstan hökuməti, müxalifətin etirazlarına baxmayaraq, təsdiqlənəcək.
Bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib.
O vurğulayıb ki, müxalifət partiyaları yeni çağırış parlamentinin ilk iclasının işinə mane ola bilməyəcəklər.
Xatırladaq ki, daha əvvəl “Dəyişiklik Koalisiyası” oktyabrın 27-dən etiraz aksiyalarına başlayacağını elan etmişdi.
27-10-2024, 12:37
Birinci kurs tələbəsi vəfat etdi


Birinci kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin "Coğrafiya müəllimliyi" ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Habil oğlu Quluyev vəfat edib.
Məlumatı universitetin mətbuat xidməti paylaşıb.
Səhhətində uzun zamandır problem olmasına baxmayaraq, o, təhsilini davam etdirərək istədiyi ixtisasa qəbul olunmuşdu.
Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!