Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-10-2024, 08:43
Zəfər Yolu

Zəfər Yolu


Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan yeni əsrin ən böyük “Zəfər yolunu” başa vurmuş və qızıl hərflərlə tarixə düşmüşdü. Bəli, bu tarix digərlərindən çox fərqli idi. Çünki bu tarix Azərbaycan əsgərinin qanı ilə yazılan və yaddaşlara həkk olan tarix idi. Bu tarix namus, əqidə üstündə qurulan, öz canlarını torpağa bağışlayan, sevinc və kədəri bir gətirən “Zəfər Yolu” tarixi idi.
Xalq olaraq belimizdə çox ağır bir yük var idi, sanki Himalay dağları üstümüzə çökmüşdü. Bəs nə idi bu yük? Bəli, bu yük 30-illik düşmən taptağı altında olan Qarabağ yükü idi. Kimisi o torpaqların həsrəti ilə canını tapşırdı, kimisi isə bu acı reallıq ilə həyatına davam etdi. Lakin ümid var idi üç rəngli bayrağımızın Qarabağda dalğalanmasına. 2020-ci il – Ermənistan tərəfi yeni təxribatlara əl atmağa davam edirdi. Artıq Azərbaycan xalqı, Azərbaycan dövlətinin səbri tükənmişdi. Həmin ilin iyulunda Ermənistan hərbi birləşmələri Azərbaycanın dövlət sərhədində, Tovuz istiqamətdəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma cəhd etdilər. 11 gün davam edən şiddətli döyüşlər nəticəsində düşmən geri oturuldu. Döyüşlərdə 3- cü ordu birliyinin qərargah rəisi general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə yanaşı, Azərbaycan ordusunun 12 hərbiçisi və bir mülki şəxs həlak oldu. Ermənistan tərəfi bununla kifayətlənməyib yeni təxribatlara əl atdı. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistan hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyev, Rsuiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00- dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Müqaviləyə əsasən Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. 2 minə yaxın rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi. Artıq müharibə bitmişdi. Qəribə bir ab-hava var idi, Azərbaycanda. Sevinc və kədər göz yaşları dəli Kürlə sakit Arazın birləşdiyi kimi qarışmışdılar bir- birlərinə. Bütün Azərbaycan üçrəngli bayrağa bürünmüşdü.
Bəli, müharibə göz yaşı, kədər gətirir. Gedənlər bir də qayıtmayacaq. Onlardan bizə xatirə olaraq ailələri və yaxınlarının o ürək dağlayan sözləri qalacaq. -Bir ali təhsilli əsgər yoldaşım var idi. Mənə söz vermişdi ki, tərxis olandan sonra yanına gələcəm. Tərxisinə 3 ay qalmışdı ki, şəhid xəbərini eşitdim. Həmin gecə yuxuma gəlmişdi. -Müharibə vaxtı döyüş yoldaşım qollarımda şəhid oldu. Son sözü isə “Atama deyin ki, mən yaramaz, tənbəl deyildim, vallah, deyildim !”
Baş gizir rütbəsində olan bir qardaşı hospitala gətirdik. Əməliyyatxanada çarpayıya yatırdıq. İki ayağı dizdən aşağı yox idi. Gözümün içinə baxdı, “qoymayın ölüm, üç balam var”,- dedi və şəhid oldu. Unutmayın ki, əgər rahat nəfəs alıb, gəzib, istədiyiniz hər şeyi rahat edə bilirsinizsə, bunların hamısını bu dünyadan köçən şəhidlərə borclusunuz.
Bir gün çiyinlərdə bir tabut gedər,
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan,
Tənhalıq bıçaqtək tökər qanını.
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.


Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını,
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında,
Axan göz yaşını silib gedərsən.
Ürəyin istəsə, açıqdır qapım,
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz,
Ruhum səni görüb sevinər bəlkə.
Onda nə çəkmişəm bilərsən sənsiz,
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb,
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az.

Mayıl SOLTANOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
18-10-2024, 07:52
Çiçək ananın çiçək açmayan arzuları

Çiçək ananın çiçək açmayan arzuları

Nakam taleyim, şəhidim Rəşadım, ümidsiz Ümidim. Bu dəfə söz açdığım qəhrənanım tək şəhid deyil, eyni zamanda onun anası Çiçək xanımdı. Tanışlığımız qeyri adi oldu. Yaşadığım Culfa rayon şəhidləri haqqında olan araşdırmalarım davam edirdi. Hər zaman axtarışda idim ki, bəlkə hansısa qəhrəmanımız diqqətdən yayınar. Tale elə gətirdi ki, şəhid tədbirlırinin birində elə məqamı şəhidlərimizin məqamı qədər uca olan o şəhid anası Çiçək xanımla tanış oldum. Arzuları çiçək açmayan, Çiçək ana. Çiçək ananın şəhid oğlu Sahib haqqında yazdığım şeiri ailəsinə təqdim etmək istəyərkən anası ilə söhbətim bir az geniş oldu. Anaya bir neçə sual ünvanladım…
Arada kövrəldik də, ağladıq da. O, mənə dua edirdi, mən isə ananın könlünü almaq istəyirdim. Amna bu təskinlədici cümlələrimin içərisində həqiqətlər var idi. "Şəhidlər ölməyir, sağdır" və s. Anaya dəstək olmağa çalışsam da doğrusu həmin gecə demək olar ki, gözümə yuxu getmədi. İki gün sonra Çiçək xanıma yenə zəng etdim. Həm Ananın halını soruşmaq, həm də mövzunu tamamlamaq üçün. Ananın dedikləri heyrət doğururdu.Hətta söhbət əsnasında belə bir ifadə işlətdi:
"Qızım, görürəm, sən mənimlə çox maraqlanırsan. Mənim dərdim çoxdur. Tək şəhidimin dərdini çəkmirəm" Bu sözləri eşidəndə fikirləşdim ki, yəqin Sahibin üç qız övladının atasız qalmağını nəzərdə tutur. Söhbət etdikdən sonra ananın bu məqamla bərabər digər narahatlığı aydın oldu. Çiçək xanım arada üç il fasilələrlə ard-arda ağır niskillər yaşamışdı. Əvvəlcə həyat yoldaşı 51 yaşında avtomobil qəzasında dünyasını dəyişmişdi. Sahib hərbiçi olduğu üçün ailənin bütün çətinlikləri Sahibin qardaşı Ümidin üzərinə düşür. Çox əziyyətlər çəkir. Ailə özünü tam toparlamamış Çiçək xanımın ailəsində ikinci bədbəxtlik baş verir. Ümid 21 yaşında dünyasını dəyişir. Çiçək xanımın bütün dünyası alt-üst olur. Təbii ki, bir hərbiçinin ailəsində baş verən çətin məqamlar Sahibin də dünyasını alt-üst edir. Əvvəlcə atasını, üç il sonra isə qardaşını itirmək Sahib üçün ağır olur. Bütün bunlara rəğmən Sahib, yenə də öz hərbi vəzifəsini laiqincə davam etdirir. 26.06.2020-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunur.
Qısa arayış: Baş cavuş Məmmədov Sahib Yaşar oğlu 1989-cu ildə noyabr ayının 13-də NMR-nın Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.1996-2007-ci illər ərzində Yaycı kənd 1 saylı orta məktəbdə təhsil almış, 2008-ci ilin yanvar ayından 2009-cu ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 2020-ci ildə sentyabr ayının 27-də torpaqlarımızın bütövlüyü uğrunda əks hücum nəticəsində başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Lakin 19 oktyabr 2020-ci ildə Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 24.10.2020-ci ildə Yaycı kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə mükafatlandırılmışdır.
Beləliklə Ümidin vəfatından üç il sonra Sahib şəhidlik zirvəsinə yüksəlir. Çarəsiz qalan Çiçək ananın dərdi böyük olsa da taleyin uğursuzluqları ilə barışaraq ailənin yükünü tək çəkməli olur. Onun mətin olmaqdan başqa yolu yox idi. Çünki onu həyata bağlayan üç qız nəvısi var. Şəhidimizin üç qız övladı anaya əmanət qalmışdı. Təbii ki, şəhid xalqın şəhidi olduğu kimi, onun övladları da xalqındır. Onlar bizim də övladımız sayılır. Çiçək xanımdan gəlini barədə soruşduqda belə cavab verdi:
"Rəqsanə qızım, bu qədər çətinliklərimə rəğmən, Allahıma o qədər şükürlərim var ki...Çünki gəlinim çox yaxşıdır. Qızım kimidir. O laqeyid olsa idi bəlkə də mən yaşaya bilməzdim. Şükürlər olsun ki, gəlin barədə çox razıyam."
Şəhidimizdən dəyanətli anası, sədaqətli həyat yoldaşı və Mələk kimi üç qız övladı Vətənə əmanət qaldı. Bu yazımın sonunda Çiçək xanımla söhbətimizə nöqtə qoymuram...
Məğrur şəhid qızları (Culfa rayon Yaycı kənd şəhidi Məmmədov Sahibin əziz xatirəsinə)
Yenə bir ananın gözləri yaşlı,
Atanın arzusu tükəndi, yandı.
Yolunu gözləyən üç qız övladı,
Ata sığalına həsrətdə qaldı.

Baba nəvazişi fəqət yetərmi?!
O körpə qızlara, aman, İlahi...
İzdiham, gözlərdən gedib, bitərmi?!
Tanrım bağışlama düşmən günahın.

Vətən üçün hər kəs dözəcək dərdə,
İgidin qanıdır torpağa halal.
Sahib baş əymədi zalım namərdə,
Sinəsinə bəzək vermişdi Hilal.

Övladları məğrur şəhid qızları.
Qürur ilə, başı uca gəzəcək.
Qeyrət ilə əzəcək haqsızları,
Sahib kimi igidlə fəxr edəcək.

Sən şəhid anası, dik tut başını.
Sənin övladındır, sənin qamətin.
Vətənçün böyütdün vətəndaşını,
Qorudu torpağın, elin qeyrətin.


Rəqsanə TAPDIQLI,
"Aşıq Pəri məclisi"nin və "MŞM-nın üzvü"
18-10-2024, 07:13
AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ  YARADICILIĞI

AŞIQ HÜSEYN CAVANIN
MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI

Ədəbiyyatımızın ayrılmaz bir qolu olan aşıq poeziyası Cənubi Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklərə, sosial ədalətsizliyə, ana dili məsələsinə, insanların hüquq və azadlıqları kimi problemlərə heç vaxt biganə qalmamış, bütün bunlar saz və söz sənətində öz əksini tapmışdır.
Bu mənada məhz belə bir missiyanı öz çiyinlərində daşıyan cənublu aşıqlardan biri də Hüseyn Cavan olmuşdur. Onun taleyinə bir neçə dəfə Vətəndən-Vətənə mühacir həyatı yaşamaq məcburiyyəti yazılmışdır. Belə ki, o, 1916-cı ildə Cənubi Azərbaycanın Gərməduz mahalının Ut kəndində anadan olduğu halda, atasının erkən vəfatı ilə bağlı kiçik yaşlarında ikən anası ilə Şimali Azərbaycana, Ağdamın Şərəfxanlı kəndinə gəlmiş daha sonra (Qasım İsmayılov) indiki Goranboy rayonunun Dəliməmmədli kəndində yaşamışdır. Uşaqlıq illərində aşıq sənətinə olan marağı, Aşıq Ələsgərin qardaşı oğlu Musadan, 1927-1935-ci illərdə Aşıq Ələsgərin kəndi Ağkilsədə müxtəlif aşıqlardan dərs alması ona çox şey əxz etdirmişdir. Hüseyn daha sonra – 1937-ci ildə yenidən Cənubi Azərbaycana dönmüşdür.
Gənc yaşlarında ara-sıra şeir yazsa da, Hüseyn yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. İlk şeirləri “Gül Azərbaycan”, “Oyan vətəndaş”, “Ana vətən” və s. Təbrizdə çıxan “Vətən yolunda” qəzetində dərc olunmuşdur. Cavanın Cənubi Azərbaycanda yaşadığı 40-cı illərdə ictimai-siyasi durum çox acınacaqlı idi. Gərginliklərlə dolu günlər bir-birini əvəz edirdi. Həmin zaman kəsiyində Azərbaycan xalqının milli azadlıq hərəkatını nəinki boğmağa səy göstərilir, hətta doğma ana dilində yazıb-oxuması qadağan edilirdi.
Ümumiyyətlə, 1941-ci ildən etibarən milli azadlıq hərəkatı yüksəldikcə başlıca tələblərdən olan İranın tərkibində muxtariyyətin verilməsi, ədəbiyyat, incəsənət və mədəniyyətin Azərbaycan dilində inkişaf etdirilməsi barədə mətbuatda da çıxışlar olurdu.
Pəhləvi rejiminin sonuncu nümayəndəsi olan Məhəmmədrza şahla üz-üzə duran Hüseyn, “şah, mən unutmamışam, sən də unutma sabunlu kəndiri, dar ağacını” deyərkən, heç şübhəsiz öz doğma xalqının şahları taxtdan sala bilən qüdrətinə ürəkdən inanırdı. O, bu inamla da Təbrizdə milli azadlıq hərəkatının həm nəğməkarı, həm də fədaisi kimi çıxış edirdi.
Daim şah rejiminin amansız təzyiqi altında əzilən xalq özünün azadlığa qovuşacağı günü səbirsizliklə gözləyirdi. Cavan “Məndədir” şeirində bu hissləri belə ifadə edirdi:

İndi üzümüzə gülən bu elin
Qışı düşməndədir, yayı məndədir,
O döyüb döşünə heç öyünməsin,
Oxu ondadırsa, yayı məndədir.

Bu təzə dünyadan kim doyar, bezər?
Azadlığın nuru hər yanı bəzər.
Hüseyn bundan sonra asudə gəzər,
Ölkəmin Günəşi, Ayı məndədir.

Alman qoşunlarının cəbhədəki məğlubiyyətləri haqqında gələn xəbərlər Cənubda demokratik qüvvələrin daha da möhkəmlənməsinə və fəallaşmasına səbəb olmuşdu.

3 sentyabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bu qurumun qarşısında duran əsas vəzifə azərbaycanlıların bir millət kimi tanınması və muxtariyyətə nail olması idi.
1945-ci ildə vətənin azadlığı uğrunda mahnılar qoşan aşığın əsl sınaq günü gəldi. Bu zaman Demokratik Firqənin başladığı inqilabi mübarizə Cavanın poeziyasına yeni məzmun, yeni ahəng gətirdi, şair sazı və sözü ilə səngərlərə, fədailərin içərisinə gedir, Koroğlunun, Qaçaq Nəbinin igidliyindən, Səttarxanın əyilməzliyindən nəğmələr oxuyur, vətənpərvərləri azadlıq uğrunda mübarizəyə çağırırdı:
Biz şairik, sözün düzün yazırıq,
Əhrimənə dərin quyu qazırıq.
Yurdumuza can verməyə hazırıq,
Qurban yaranmışıq Azərbaycana.

Cavanın inqilabi hərəkatın coşqulu illərindəki fəaliyyətini təsvir edən İman İrani İntizarın yazdıqlarından oxuyuruq: “Yaxşı yadımdadır. 1946-cı ilin “Novruz bayramında S.C.Pişəvəri yerli əhali ilə görüş keçirirdi. İllərdən bəri azadlığı uğrunda mübarizə aparan xalq öz rəhbərlərini görüb ilk azadlıq bayramını təbrik etmək üçün hər tərəfdən sel kimi axışırdı.
Mən də dayım A.H.Cavanla ora getdim. S.C.Pişəvəri onu görcək yanına çağırdı, üzündən öpüb bayramını təbrik etdi. Əlini çiyninə qoydu, üzünü camaata tutub dedi: “Mənim A.H.Cavan kimi beş nəfər təbliğatçım olsaydı, silaha əl atmadan bütün İranı çoxdan azadlığa çıxarardım”.
Məhz öz xalqı qarşısında fədakar xidmətlərinə görə S.C.Pişəvəri ona “Xalq şairi” adı vermişdi.
Cənubi Azərbaycanın ədəbi mühitinə nəzər salarkən belə nəticəyə gəlmək olar ki, 1941-1946-cı illər qələm sahiblərinin yaradıcılığında yeni və çiçəklənən dövrdür. Bu dövr ədəbiyyata vətənpərvərlik, millilik kimi yeni məzmunlu mövzular gətirdi. Azadlıq carçısı kimi çıxış edən A.H.Cavan vətənin xoş halına sevinərək onu belə təsvir edir:
Təbriz, al bayrağın ucada dursun!
Ellər səadətdən nişanə qursun.
Hüseyn də saz çalsın, zəngulə vursun,
Baharda oxuyan bir bülbül kimi.
A.H.Cavan odlu-alovlu mübarizə illərində inqilabi hərəkatda iştirak edən sinfi mənsubiyyətindən asılı olmayaraq kəndlini də, fəhləni də, ziyalını da azadlıq fədaisi adlandırırdı. Vətən sevgisilə döyüşə atılan hər bir fədai məsləkinin, iradəsinin, arzularının fədaisi kimi döyüşür, üzərindəki düşmən xofunu birdəfəlik dəf etməyə can atırdı.
Şairin “Fədailər” adlı şeiri deyilən fikirləri özündə bariz şəkildə əks etdirir:

Bir soraq gətirdi könül tərlanı:
Təbrizin dövrəsin aldı fədai!
Sel kimi kəndlilər kəsib hər yanı,
Şir kimi meydana gəldi fədai.
Verdilər canların yelə, sazağa,
Batdılar səngərdə toza, torpağa,
Sozaldı yağılar döndü yarpağa,
Düşmənin bağrını dəldi fədai.

Sinəsində telli sazı, coşub-çağlayan avazı ilə xalqın azadlığına qovuşmaq istəyinə, arzusuna qoşulan aşıq, onun istiqlaliyyət əldə etməsində müsəlləh əsgər kimi sazıyla, qələmi ilə döyüşürdü, yurdunun tezliklə firavan həyata nail olacağına inanırdı:
Cavan Hüseynəm, ölməmişəm,
Əziz vətən, sağam mən.
Arxayın ol, yatmamışam
Səngərdə oyağam mən.
Yel titrətməz, külüng batmaz,
Çapılmaz, bir dağam mən,
Vətən üçün öz sinəmi
Eyləmişəm nişana.

1945-ci il dekabrın 12-də (21 Azər) Milli Hökumətin yaradılması nəticəsində bir sıra siyasi, iqtisadi və mədəni sahələrdə baş verən islahatlar sırasında Azərbaycan dili mühüm yer alırdı. Ana dilində yazılan əsərlərin, çıxan qəzet və məcmuələrin sayı durmadan artırdı. Həmin dövrdə digər şairlər kimi A.H.Cavan da Milli Hökumətin uğurlarını tərənnüm edirdi:
Firqənin fərmanı xalqın qüdrəti,
Gətirdi xalqına xoş səadəti.
Göylərin bəzəyi, yerin ziynəti
Al bayraq nurunu salsın hər yana.
Sinəm yazılmamış bir ağ varaqdır,
Qəlbim həqiqətdən qaynar bulaqdır
Cavan Hüseyn şən ölkədə xoşbaxtdır,
Azaddır qələmi, sənəti dostlar!

Milli Hökumət Cənubi Azərbaycanda xalq inqilabı hərəkatı illərində sazı və sözü ilə göstərdiyi xidmətlərinə görə A.H.Cavan “21 Azər” medalı ilə təltif etmişdi.
Son olaraq A.H.Cavanın “21 Azər” gününə həsr etdiyi “Bu gün həm fəxrimdir, həm vüqarımdır” şeiri haqqında bir neçə kəlmə danışmaq yerinə düşərdi. Şair həmin günün tarixi bir gün olduğunu qeyd edərək, onun xalqa verdiyi ictimai-siyasi, sosial-mədəni azadıqdan, dil və vicdan azadlığından bəhs edir.
Bax, bu gün xalqımız azad dil açıb,
Bax, bu gün ellərdə taza il açıb,
Bax, bu gün gülşənlər solmaz gül açıb,
Bu gün tazə ilim, xoş baharımdır.

Şeirin misralarını oxuduqca “21 Azər” gününün, yəni xalqın öz istiqlaliyyətinə qovuşmasının şair üçün nə qədər əhəmiyyətli və sevindirici bir hal olduğunun şahidinə çevrilirik. Onun fərəhinin, qürurunun həddi, hüdudu yoxdur. Həmin tarixi hadisənin bilavasitə iştirakçısı olmuş el aşığı bundan məmnunluq hisslərini ifadə edir. Onun qəlbindən qopan Azərbaycan, Vətən, azadlıq kəlmələri ilə ifadə olunan hissləri şeirin əsas qayəsini təşkil edir:
Müqəddəs Vətənə əziz günlərə
Söz açıb oxumaq iftixarımdır.
Azər adlı Azərbaycan kəlməsi,
Ulu babalardan yadigarımdır.

Sonda şair, nə vaxtsa belə bir günün yenidən bərqərar olacağına inam bəsləyir:
Mən Cavan Hüseynəm, sazım döşümdə,
Yağılar tab etməz mərd döyüşümdə,
Təbrizdə dostlarla ilk görüşümdə
Saz çalıb oxumaq arzularımdır.

A.H.Cavanın yaradıcılıq mövzusu çoxşaxəlidir: sevgi, vətənə məhəbbət, yurd həsrəti və s. Lakin bunların sırasında “21 Azər” hərəkatına xüsusi önəm verməsi onun bütün yaradıcılığı boyu özünü göstərir.
Zəminə Zeynalova
Nizami Gəncəvi aadına Ədəbiyyat İnstitutu
Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin elmi işçisi
17-10-2024, 23:01
Münasibətlər dəyişərsə nə baş verə bilər?

Münasibətlər dəyişərsə nə baş verə bilər?

Rusiya və Gürcüstan arasında münasibətlər gerçəkləşərsə Abxaziya və Cənubi Osetiya məsələsində hansı dəyişikliklər baş verə bilər?
Bu iki bölgə 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın nəzarətindən çıxmış və Rusiya tərəfindən müstəqil dövlətlər kimi tanınmışdır. Rusiya və Gürcüstan arasındakı münasibətlərin bərpası və normallaşması, əsasən Abxaziya və Cənubi Osetiya məsələsi ətrafında ciddi dəyişikliklərə yol aça bilər. Bu iki region 1990-cı illərdə baş verən müharibələrdən sonra faktiki olaraq Gürcüstandan ayrılıb və 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya bu ərazilərin müstəqilliyini tanıyıb. Gürcüstan isə bu bölgələri öz ərazisinin ayrılmaz hissəsi hesab edir və onların yenidən ölkənin tərkibinə qatılması üçün beynəlxalq dəstək axtarışındadır. Münasibətlərin normallaşması çərçivəsində dəyişikliklər baş verə bilər
Münaqişənin Diplomatik Həlli Üçün Yeni İmkanlar mümkündür. Rusiya və Gürcüstan arasında siyasi dialoqun bərpası, Abxaziya və Cənubi Osetiya münaqişəsinin diplomatik yolla həlli üçün yeni imkanlar yarada bilər. Gürcüstan bu məsələdə Rusiyadan konkret güzəştlər tələb edə bilər, xüsusilə də bu bölgələr üzərində öz suverenliyinin tanınmasını tələb edə bilər. Bunun qarşılığında, Rusiya müəyyən şərtlər daxilində Abxaziya və Cənubi Osetiyanın statusunu yenidən müzakirə edə bilər. Statusla Bağlı Güzəştlər Diplomatik danışıqlar nəticəsində tərəflər arasında müəyyən güzəştlər edilə bilər. Məsələn, Abxaziya və Cənubi Osetiyaya muxtariyyət verilməsi, lakin Gürcüstanın tərkibində qalması kimi variantlar müzakirə oluna bilər. Lakin bu Rusiyanın maraqları ilə toqquşa bilər, çünki Rusiya bu bölgələr üzərində öz təsirini itirmək istəməyəcək.
Hərbi Gərginliyin Azaldılması Münasibətlərin bərpası nəticəsində Rusiya bu iki bölgədəki hərbi mövcudluğunu azaltmağı və ya münaqişəli bölgələrdən hərbi qüvvələrini tədricən çıxarmağı qəbul edə bilər. Bu, Gürcüstan üçün müsbət addım olardı və regionda təhlükəsizlik vəziyyətini sabitləşdirə bilər.
İqtisadi Əməkdaşlıq və Yenidənqurma Münasibətlərin normallaşması Gürcüstan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafına səbəb ola bilər. Bu əməkdaşlıq, Abxaziya və Cənubi Osetiyanın da iqtisadi inkişafına və regionun yenidənqurulmasına müsbət təsir göstərə bilər. Daha güclü iqtisadi əlaqələr, münaqişənin həlli üçün daha çox motivasiya yarada bilər.
Beynəlxalq Aktorların Rolu Rusiya və Gürcüstan arasında münasibətlərin bərpası beynəlxalq təşkilatlar və üçüncü ölkələrin vasitəçiliyilə dəstəklənə bilər. ABŞ və ya digər beynəlxalq aktorlar hər iki tərəfə təzyiq edərək münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik edə bilər. Gürcüstanın NATO və AB ilə əlaqələri bu prosesdə mühüm rol oynaya bilər. Beynəlxalq Təsirlərin Azalması Əgər Rusiya və Gürcüstan arasında münasibətlər yaxşılaşarsa, beynəlxalq aktorların, xüsusən də Qərb dövlətlərinin bu münaqişələrə müdaxiləsi azala bilər. Bu, Gürcüstanın xarici siyasətində daha balanslı mövqe tutmasına səbəb ola bilər, çünki o, həm Qərblə, həm də Rusiya ilə əlaqələrini qorumağa çalışacaq.
Uzunmüddətli Sabitlik Münasibətlərin istiləşməsi və danışıqların başlaması uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik təmin edə bilər. Lakin bu prosesin uğurla başa çatması üçün həm Rusiya, həm də Gürcüstanın ciddi siyasi iradə göstərməsi vacibdir.
Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Əhədəmin Heydərli
Azərbaycan Universteti
17-10-2024, 17:43
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?


Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?

Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Qərardan sonra mətbuatda Azərbaycan yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxa biləcəyi barədə xəbərlər yayılıb.
Həmçinin, Azərbaycanın Avropa Şurasına illik ödədiyi üzvlük haqqının dayandırılması barədə təkliflər səsləndirilib.
Azərbaycan Avropa Şurasına illik 1.5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin yaradılmaması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib.
Milli Məcllisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycan bayrağı Avropa Şurasının binası qarşısında dalğalanır:
“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Eyni zamanda AŞPA-da nümayəndə heyəti formalaşdırılmayıb. Bu da bu ilin yanvarında baş verən hadisələrlə bağlıdır. Amma bu gün Azərbaycan Avropa Şurasına üzvdür və bayrağı dalğalanır”.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvüdür.
17-10-2024, 17:43
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?


Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?

Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Qərardan sonra mətbuatda Azərbaycan yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxa biləcəyi barədə xəbərlər yayılıb.
Həmçinin, Azərbaycanın Avropa Şurasına illik ödədiyi üzvlük haqqının dayandırılması barədə təkliflər səsləndirilib.
Azərbaycan Avropa Şurasına illik 1.5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin yaradılmaması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib.
Milli Məcllisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycan bayrağı Avropa Şurasının binası qarşısında dalğalanır:
“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Eyni zamanda AŞPA-da nümayəndə heyəti formalaşdırılmayıb. Bu da bu ilin yanvarında baş verən hadisələrlə bağlıdır. Amma bu gün Azərbaycan Avropa Şurasına üzvdür və bayrağı dalğalanır”.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvüdür.
17-10-2024, 17:43
Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?


Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb?

Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Qərardan sonra mətbuatda Azərbaycan yalnız AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxa biləcəyi barədə xəbərlər yayılıb.
Həmçinin, Azərbaycanın Avropa Şurasına illik ödədiyi üzvlük haqqının dayandırılması barədə təkliflər səsləndirilib.
Azərbaycan Avropa Şurasına illik 1.5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin yaradılmaması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib.
Milli Məcllisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, bu gün Azərbaycan bayrağı Avropa Şurasının binası qarşısında dalğalanır:
“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Eyni zamanda AŞPA-da nümayəndə heyəti formalaşdırılmayıb. Bu da bu ilin yanvarında baş verən hadisələrlə bağlıdır. Amma bu gün Azərbaycan Avropa Şurasına üzvdür və bayrağı dalğalanır”.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvüdür.
17-10-2024, 17:30
Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu


Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu

Türkiyənin İzmir vilayətində meşə yanır.
Hadisə Dikili rayonunda qeydə alınıb.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisənin səbəbi hələ ki məlum deyil.
17-10-2024, 17:16
HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır


HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır

İsrail ordusu Qəzza zolağına endirdiyi zərbələr zamanı HƏMAS-ın 3 üzvü öldürülüb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail Silahlı Qüvvələri və Baş Təhlükəsizlik öldürülən şəxslərdən birinin HƏMAS lideri Yəhya Sinvar olması ehtimalını araşdırır.
"Öldürülən terrorçuların kimliyini hazırda təsdiqləmək mümkün deyil", - ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Sinvarın Qəzzanın yeraltı tunellərində gizləndiyi iddia edilib. Mətbuat xidmətindən bildiriblər ki, daha ətraflı məlumat daha sonra dərc olunacaq.
Yəhya Sinvar HƏMAS-ın silahlı qanadının qurucularından biridir. O, 22 ildən çox İsrail həbsxanalarında qalıb və 2011-ci ildə sərbəst buraxılıb. Sinvar bu ilin avqust ayında HƏMAS-ın öldürülən lideri İsmayıl Haniyəni əvəz edib.
17-10-2024, 17:13
Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı


Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı

Oktyabrın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də parlamentin Ermənistanın Müstəqillik Bəyannaməsinə dair bəyanat layihəsi üzrə dinləmələr keçirilib.
Dinləmələr “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb.
Dinləmələr müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünasların iştirakı ilə keçirilib.
Parlamentin eks-deputatı Ruben Akopyan dinləmələr zamanı Nikol Paşinyan hakimiyyətinə qarşı üsyana çağırıb. O, Konstitusiyanın dəyişdirilməsinin əleyhinə çıxıb.
“Bunlardan qurtulmaq üçün biz üsyan etməliyik. Vergilərimiz hesabına dolanan dövlət qurumları bizim hüquqlarımızı pozur”, - deyə sabiq deputat emosiyalarını ifadə edib.
“Nəyin bahasına olursa-olsun üsyan etmək, nəyin bahasına olursa olsun “intihar dəstələri” yaradıb onları qovmaq lazımdır!” – Ruben Akopyan vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!