Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
27-12-2024, 17:40
Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər


Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər

“Azərbaycan Hava Yolları"nın dekabrın 25-də Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər.
Bununla bağlı qərar qəbul edilərkən, ekipaj üzvlərinin qəza zamanı göstərdiyi qəhrəmanlıq və şücaət nəzərə alınacaq.
Məlumatda bildirilib ki Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəza vəziyyətilə üzləşərkən, pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva sərnişinlərin xilas olunması üçün gərəkən addımlar atıblar.
Məhz pilotların şücaəti sayəsində təyyarənin Xəzərə dənizinə düşməsinin qarşısı alınıb və çox çətinliklə quru sahəsinə qəza enişi edən “Embraer 190”dan 29 nəfər sağ qurtara bilib. Bununla da daha çox sayda insan tələfatına yol verilməyib.
Qeyd edək ki, qəhrəman pilotlar və bələdçi xanım II Fəxri xiyabanda dəfn olunacaqlar.
Onların adlarının əbədiləşdirilməsi və təltif olunbması da gözlənilir.
27-12-2024, 17:25
Rusiya günahkardırsa, üzr istəməlidir! - Sergey Markov


Rusiya günahkardırsa, üzr istəməlidir! - Sergey Markov

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərəfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Kreml “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyir. Buna görə də rəsmi Moskva hələ olaya heç bir qiymət verməyəcək.
“Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər biz özümüzü hər hansı bir qiymətləndirmə aparmaq hüququna malik hesab etmirik”.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov hadisə ilə bağlı danışıb.
O qeyd edib ki, Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir:
“Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması dəhşətlidir. Qəza ilə bağlı bir neçə versiya var. Hazırda dəqiq nə baş verib deyə bilmərik, istintaq gedir. Fərqli yerlərdən ayrı-ayrı məlumatlar toplamışam, belə ehtimal olunur ki, təyyarə Ukraynanın Qroznıya hava hücumu zamanı enmək istəyib. Ukraynanın hücumu ilə bağlı da tədbirlər görülüb. Pilot Bakıya qayıtmaq qərarı alıb. Təyyarə bundan sonra zərbəyə məruz qalıb. Pilot elə bilib ki, quş hücumudur və dispeçirə məlumat verib. Bunun hərbi proses olduğu başa düşülüb və 16 dəqiqə sonra aeroport bağlanma qərarı alıb. Digər aeroportlar da bu hadisəni bildiklərinə görə təyyarəni qəbul etməyib. Zərbədə təyyarənin birinci qanadı əzilib və qəza enişi edilib. Bildirim ki, əgər bu qəzada günahkar Rusiyadırsa, öz günahını boynuna almalı, üzr istəməli və kompensasiya ödəməlidir. Amma indi dəqiq bir şey deyə bilmərik, Qazaxıstanda istintaq gedir, nəticələrinə uyğun olaraq davranılacaq”.
27-12-2024, 17:20
Təyyarəyə kənar müdaxilə olub - Nazir


Təyyarəyə kənar müdaxilə olub - Nazir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradıldı. Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.
Bu sözləri jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Nazir qeyd edib: “Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.
Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.
Nazir, həmçinin qeyd edib: “İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib.
Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.
R.Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar.
“Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, - deyə nazir vurğulayıb.
26-12-2024, 19:20
Sağ qalan 7 sərnişin Bakıya gətirildi


Sağ qalan 7 sərnişin Bakıya gətirildi

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan 7 nəfər ölkəyə gətirilib.
Yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.
26-12-2024, 19:01
Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik"


Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik"

Aktauda qəzaya uğrayan AZAl-a məxsus sərnişin təyyarəsində olan Mahir Carayevin atası oğlunun sağ olduğunu bu gün öyrənib.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan, hadisə zamanı xəsarət alan Mahir Carayev bu gün axşam saatlarında xüsusi reyslə Azərbaycana gətiriləcək.
Mahir Carayevin atası, Zaqatala rayonunun Danaçı kənd sakini Əsədullah Carayev "Report"un yerli bürosuna bildirib ki, oğlu ailəsi ilə birlikdə Çeçenistanda yaşayıb:
“Oğlum tez-tez Danaçı kəndinə gələrək bizə baş çəkərdi. Hadisə növbəti dəfə geri qayıdarkən baş verib. Mənə axşama kimi heç bir xəbər verməyiblər, gizlədiblər məndən. Axşam oğlumun uçduğu təyyarənin qəzaya uğradığını öyrəndim. Onun sağ qaldığını bu gün bildik. O, hazırda reanimasiyadadır".
Carayevlər ailəsinin yaxın qohumu Asiyə Laçınova bildirib ki, dekabrın 25-də Mahirin ölüm xəbərini alıblar. Bu gün isə evə edilən bir zəng onların ürəyini rahatladıb:
"Çox həyəcan keçirdik, qorxduq, amma Mahirin sağ qalma xəbərini alıb sevindik. Kaş ki hamıya bizim kimi o şad xəbərdən veriləydi. Allah qəzada həlak olanlara ölənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirəm"
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 10-u Zaqatala rayonundan olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
26-12-2024, 18:06
Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır


Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır

Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb: “Onların 3-ü Rusiya, 3-ü Qazaxıstan və 4-ü Azərbaycan vətəndaşıdır”.
Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.
26-12-2024, 18:01
Rusiya Azərbaycana təzminat ödəməli olacaq


Rusiya Azərbaycana təzminat ödəməli olacaq

İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb. "Caliber.az" nəşri etibarlı hökumət mənbələrindən bu barədə məlumat əldə edib.
Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.
"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib.
Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.
Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib.
HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib.
"Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır", - deyə nəşrdə vurğulanıb.
Maraqlıdır, təyyarəmizi Rusiya vurubsa, onda qonşu dövlət hansı məsuliyyətləri daşıyacaq?
Beynəlxalq hüquqa gorə, hərtərəfli, genişmiqyaslı araşdırma apardıqdan sonra hava təhlükəsizliyi rəsmiləri və hüquq-mühafizə orqanları faciəyə görə məsuliyyət daşıyanları müəyyənləşdirirlər.
Başqa ölkə tərəfindən təəyyarə vurulduğu iddiasını təsdiqləyən sübutlar olmalıdır. Məsələ tam aydın olduqdan sonra həmin ölkə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödəməlidir.
1999-cu ildə Monrealda imzalanmış Beynəlxalq Hava Nəqliyyatında Müəyyən Qaydaların Unifikasiyasına dair Konvensiyaya əsasən, həlak olanların qohumlarına bədən xəsarəti, o cümlədən ölüm, habelə baqajın zədələnməsi və itirilməsinə görə kompensasiya ödənilir. Ümumilikdə, bu cür ödənişlər hər həlak olan şəxs üçün ən azı 130 min dollar təşkil edə bilir.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında oxşar hadisə İranla Ukrayna arasında olub. Belə ki, göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. İran təyyarəni səhvən vurduğunu bəyan edib və günahkarların məsuliyyətə cəlb olunacağı açıqlanıb. Qeyd edilib ki, hər bir sərnişin üçün 150 min dollar təzminat ödəniləcək.
26-12-2024, 18:00
Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ


Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” futbol klubunda çıxış edib.
26-12-2024, 17:44
İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri


İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri

Çin Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım.
Çin Hökuməti və xalqı adından həlak olanlara görə kədərimi ifadə edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram".
26-12-2024, 17:38
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı


Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı

Uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Məhdudiyyətlərin səbəbi açıqlanmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!