Trampın Qafqaz siyasətini proqnozlaşdırmaq çətindir .....                        "Qarabağ" məğlub oldu: pley-off şansını itirdi .....                        Dəhşətli yanğına görə tutulanların sayı 12-yə çatdı .....                        "Qarabağ"ın oyununda bərabərlik qolu .....                        Oğuzda ağır qəza: iki nəfər yaralandı .....                        Bu ölkənin səfiri Azərbaycandan gedir .....                        Prezidentdən Kəlbəcərlə bağlı qərar .....                        Bu nazirliyin işçilərinin sayı artırıldı .....                        Əməkdar artist: "Oğlum gözümüzün qarşısında getdi" .....                       
6-12-2024, 23:42
Ağdamda yeni yaşayış binaları tikilir - 137 milyon manata


Ağdamda yeni yaşayış binaları tikilir - 137 milyon manata

Ağdam şəhərində 4 nömrəli yaşayış massivi üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri həyata keçiriləcək.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, yaşayış binalarının tikintisi qeyd olunan yaşayış massivinin 1,2,3,4,5,6,7 və 8-ci məhəllələri üzrə aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin 4 nömrəli yaşayış massivinin 1 və 2-ci məhəllələri üzrə 42.479.710,84 AZN-ə (42 milyon 479 min 710 manat 84 qəpik), 3 və 4-cü məhəllələri üzrə 21.863.890,11 AZN-ə (21 milyon 863 min 890 manat 11 qəpik), 5 və 6-cı məhəllələri üzrə 42.881.950,42 AZN-ə (42 milyon 881 min 950 manat 42 qəpik), 7 və 8-ci məhəllələri üzrə isə 29.947.783,41 AZN-ə (29 milyon 947 min 783 manat 41 qəpik) başa gələcəyini proqnozlaşdırıb.
Beləliklə, sözügedən ünvanlar üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə qurum 137 milyon 173 min 334 manat 78 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.
6-12-2024, 22:35
Bəşər Əsəd Suriyadan qaçıb - İDDİA


Bəşər Əsəd Suriyadan qaçıb - İDDİA

Suriyada müxalif silahlı qüvvələrin irəliləyişi fonunda prezident Bəşər Əsədin ölkədən qaçdığı iddia edilir.
Bu iddia ilə tanınmış ərəb jurnalist Hassan İbrahim çıxış edib.
O bildirib ki, Bəşər Əsədin ailəsi ilə birgə Suriyadan ayrıldığı rəsmən təsdiqini tapıb.
Ancaq hələlik bu barədə rəsmi açıqlama verilməyib.
Bundan əvvəl bir sıra ərəb mənbələri Əsədin İrana səfər etdiyi barədə məlumat yayıb.
6-12-2024, 21:49
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı


Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı

Lerikdə vəzifəli şəxs vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib.
Şəfiq Əliyevin intihar etdiyi deyilir. Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb.
Lerik Rayon İcra Hakimiyyətindən hadisəni təsdiq ediblər.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
6-12-2024, 20:42
Gənc qız dəm qazının qurbanı oldu


Gənc qız dəm qazının qurbanı oldu

Samuxda 18 yaşlı gənc qız dəm qazında boğulub.
Hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü F.Abbasova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
6-12-2024, 20:38
HƏMAS-ın daha bir komandiri öldürüldü


HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın daha bir komandirini öldürüb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
HƏMAS hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin komandiri Nidal Əl-Nəccarın məhv edildiyi açıqlanıb.
Mətbuat xidməti qeyd edib ki, Əl-Nəccar müharibə boyu İsrail Dövlətinə və İsrail Müdafiə Qüvvələrinə partlayıcılarla dolu pilotsuz uçuş aparatlarının köməyi ilə hücum edənlərdən biri olub.
6-12-2024, 19:45
Bu ölkə Suriya ilə sərhədi bağlayır


Bu ölkə Suriya ilə sərhədi bağlayır

İordaniya Suriya ilə sərhədi bağlayır.
Bu barədə İordaniya daxili işlər naziri Mazen əl-Faraya qərar verib.
O, Suriyanın Dəraa şəhərindən 15 km cənubda yerləşən sərhəddəki Nəsib əsas nəzarət-buraxılış məntəqəsinin bağlanması barədə göstəriş verib.
Qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən qəbul edilib.
Bundan bir qədər əvvəl “Reuters” Suriya ordusundakı mənbəyə istinadən yazıb ki, İordaniya və Suriya sərhədindəki Nəsib keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub.
6-12-2024, 18:24
Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib


BDU-nun professoru Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya keçirilib.
Butov.az xəbər verir ki, tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixində özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, Qulu Məhərrəmlinin adı Azərbaycan televiziyası ilə qoşa çəkilir. Ölkədə onun verilişləri ilə böyüyən bir neçə nəsil var. Televiziya tənqidçisi, jurnalistika bilicisi kimi Qulu Məhərrəmli bu gün də diqqət mərkəzindədir.

BDU rektoru Elçin Babayev yubilyarı təbrik edib, ölkədə “telejurnalistika”, “televiziya tənqidi” deyəndə ilk olaraq yada məhz Qulu Məhərrəmlinin düşdüyünü bildirib: “Qulu Məhərrəmli istedadlı jurnalist, gözəl alim, maraqlı insan, təcrübə ilə nəzəriyyəni uğurla bir araya gətirən əsl pedaqoqdur. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli Universitetimizin dəyərli professorudur. O, həm də ictimai fəaliyyəti ilə seçilir, Jurnalistika fakültəsindən Azərbaycan Mətbuat Şurasında təmsil olunan iki əməkdaşımızdan biridir”.
Son illər BDU-da aparılan islahatlar çərçivəsində Jurnalistika fakültəsində əsaslı keyfiyyət dəyişikliyinin yarandığını deyən Elçin Babayev gənc jurnalistlərin yetişməsində və əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasında Qulu Məhərrəmli kimi alimlərin böyük rolunun olduğunu diqqətə çatdırıb.Sonra professor Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov Qulu Məhərrəmlinin Azərbaycanda televiziya məktəbinin simalarından biri olduğunu bildirib: “Ünsiyyət mədəniyyəti, jurnalist etikası, audiovizual nitq – bunlar bu gün də aktualdır. Biz bütün bu keyfiyyətləri Qulu Məhərrəmlidən öyrənmişik. Qulu Məhərrəmli jurnalistikada sağlam dəyərlərin təməlini qoyanlardan biridir”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Qulu Məhərrəmlinin publisistikası”, Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Qulu Məhərrəmlinin polifonik yaradıcılıq yolu”, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova “Azərbaycanda televiziya tənqidinin çağdaş durumu”, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev “Jurnalistika təhsili və müasir dərslik problemi” mövzularında məruzələr ediblər.

Sonda söz yubilyara verilib. Professor Qulu Məhərrəmli elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.
Elmi sessiyanın sonunda BDU rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edib.
6-12-2024, 18:00
Prezident Ursula fon der Lyayeni təbrik etdi


Prezident Ursula fon der Lyayeni təbrik etdi

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm”.
6-12-2024, 17:49
Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi


Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi

Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.

6-12-2024, 17:47
Nigar harda olsa Azərbaycan üçün yaşayacaq

Nigar harda olsa Azərbaycan üçün yaşayacaq

Nigar xanımı Şuşada- Şəhid ailələrini bağrına basanda, onların başına Pərvanə şama dolanan kimi dolananda tanıdım. Sonra eşitdim ki, ailə qurması ilə bağlı okeanın o tayına Amerikaya köçüb. Budur indicə bir xoş xəbər aldım. Nigar Şıxsəfiyeva Azərbaycan uğrunda fəaliyyətini Kolorado ştatında davam etdirməyə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kolorado ştatında yaşayan soydaşlarımız yeni diaspor təşkilatı yaradıblar. Nigar xanımı bu münasibətlə təbrik edərək, yeni fəaliyyətində uğurlar arzulayır, həmin xəbəri ozucularımıza təqdim edirik:Vətənsevərlərə sayğılarla: Tamxil Ziyəddinoğlu, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru, Hərbi Jurnalistlər Birliyinin sədri


ABŞ-ın Kolorado ştatında yaşayan soydaşlarımız Azərbaycan İcmasının “Koloradoda Azərbaycan Diasporu” adlanan ilk diaspor təşkilatını yaradıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təşkilatın məqsədi yerli Azərbaycan İcmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir.
Kolorado azərbaycanlılarının ABŞ-da yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrinin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.
Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-da tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!