HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                        "Erməni soyqırımı" abidəsi SÖKÜLƏCƏK? .....                        Türkiyə Ordusundan İraqda yeni əməliyyat - 13 terrorçu öldürüldü .....                        Paşinyan Ermənistanı məhv edəcək - Lukaşenko .....                        Paşinyanın səsləndirdiyi iddialar tamamilə gülüncdür - Ayxan Hacızadə .....                        Ankarada beşmərtəbəli binada yanğın - Zəhərlənənlər var .....                        Qubada 5 otaqlı ev yandı .....                        Tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat - 12 şübhəli saxlanıldı .....                       
12-12-2024, 23:48
Həmin məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir


Həmin məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir

"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur".
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:
"Ucqar kəndlərdə dərs saatları az olduğuna görə müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırıq ki, şagidləri daha yaxşı təhsilləğ təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1, 2, 3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq. Şagird sayı 100-dən az olan məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir", - deyə nazir qeyd edib.
12-12-2024, 23:16
Bir gün İran azad olacaq - Netanyahudan müraciət


Bir gün İran azad olacaq - Netanyahudan müraciət

İsrailin baş naziri Benyamin Netanyahu İran vətəndaşlarına müraciət edib. Netanyahunun müraciətində deyilir:

“İran vətəndaşları,

Tarixin gözümüzün önündə cərəyan etdiyinə şahid olarkən, sizin indi necə hiss etdiyinizi təsəvvür edə bilirəm.
Sizin tiranlarınız Suriyada Əsədi dəstəkləmək üçün 30 milyard dollardan çox xərcləyiblər. Cəmi 11 günlük döyüşdən sonra Əsəd rejimi toz oldu.
Sizin tiranlarınız Qəzza zolağında HƏMAS-ı dəstəkləmək üçün milyardlar xərcləyiblər. Bu gün onların rejimi xarabalıqdadır.
Sizin tiranlarınız Livanda Hizbullaha dəstək üçün 20 milyard dollardan çox sərmayə qoyublar. Bir neçə həftə ərzində Hizbullah liderlərinin əksəriyyəti, raketləri və minlərlə terrorçu yox oldu.
Zalımlarınızın sizdən aldıqları vəsaitlər sözün əsl mənasında buxarlanıb.
Diktatorlarınızın terrorçuları dəstəkləmək üçün xərclədikləri on milyardlarla dollarla tikilə biləcək yeni yolları, məktəbləri və xəstəxanaları təsəvvür edəndə qəzəbdən dəli olursunuz.
İran tiranlarının niyə itirməkdə davam etdiyini bilirsinizmi? Və bu təkcə onların şəxsiyyətsiz və qəddar olması ilə bağlı deyil. Onlar başqa ölkələri fəth etmək istəyirlər və bu, Yaxın Şərqdə və bütün dünyada fundamentalist tiranlıq yaratmaq məqsədi ilə edilir.
İsrailin tək istədiyi ölkəmizi qorumaqdır. Amma bunu edəndə sivilizasiyanı barbarlıqdan qoruyuruq.
Bu gün şahidi olduğumuz tarixi hadisələr HƏMAS-ın məğlubiyyətinə, Hizbullahın ləğvinə və Nəsrullahın məğlubiyyətinə zəncirvari reaksiyadır - İran rejiminin terror oxuna vurduğumuz zərbələrdir. Bütün bunlar, prezident Trampın bu həftə qeyd etdiyi kimi, “İsrail və onun hərbi uğurları sayəsində” baş verdi.
Mən açıq danışmaq istəyirəm: İsrail sülh istəyir. Bizimlə həqiqətən sülh istəyən hər kəslə sülh istəyirik. Mən şübhə etmirəm ki, siz İran vətəndaşları bunu bilirsiniz.
Bilirəm ki, biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz. Bununla belə, sizi əsarət altına alan və bizi təhdid edən bir rejimin nəzarəti altında əziyyət çəkirsiniz.
Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur.
Və bir gün bunu bilirəm, bir gün bu dəyişəcək. Bir gün İran azad olacaq.

Bu, İranın gələcəyidir.

Bu dinc gələcəkdir.

Şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə həyata keçirəcəyik - insanların düşündüyündən çox tez.
Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi firavanlıq, tərəqqi və sülh mayasına çevirəcəyik.

Təşəkkür edirəm”.
12-12-2024, 22:20
Əhaliyə hava ilə bağlı sərt XƏBƏRDARLIQ


Əhaliyə hava ilə bağlı sərt XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
"Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik", - FHN bəyan edib.
Bundan başqa vurğulanır ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində soyuq və kəskin hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
12-12-2024, 21:19
Bulvarda dənizə düşən şəxs xilas edildi


Bulvarda dənizə düşən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 2008-ci il təvəllüdlü Rəşad Məmmədli dalğıclar tərəfindən xilas edilib.
12-12-2024, 21:04
Messinin Bakıda imzaladığı top satışa çıxarıldı - QİYMƏT


Messinin Bakıda imzaladığı top satışa çıxarıldı - QİYMƏT

Əfsanəvi futbolçu Lionel Messinin bu həftə Bakıda imzaladığı top satışa çıxarılıb.
Bakı Kristal Zalında təşkil olunan mərasimdə futbolçu pərəstişkarlarına imzalı toplar hədiyyə edib.
Bu toplardan biri elan saytında 5 min manata satışa çıxarılıb.
Elan sonradan deaktiv edilib. Topun satılıb-satılmadığı məlum deyil.

12-12-2024, 20:41
Qubada ağır qəza - 5 nəfər yaralandı


Qubada ağır qəza - 5 nəfər yaralandı

Quba şəhərində qəza baş verib.
"VAZ" və "Nissan" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
12-12-2024, 20:11
İbrahim Kalın Dəməşqdədir


İbrahim Kalın Dəməşqdədir

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.
Kalın, həmçinin Əməvi məscidini də ziyarət edib. Ziyarət zamanı ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi bildirilir.
12-12-2024, 19:32
Gəncədə 4 maşın toqquşdu


Gəncədə 4 maşın toqquşdu

Gəncədə zəncirvari qəza baş verib.
Hadisə şəhərin N. Nərimanov prospektində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 2107”, “VAZ 21015”, “Mercedes” və “NAZ LİFAN” markalı avtomobillər toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
12-12-2024, 19:02
Hərbi xidmətə çağırılan şəxslərin nəzərinə


Hərbi xidmətə çağırılan şəxslərin nəzərinə

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilib.
Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar, onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirlər. Müayinə edilənlər aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası);

Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası);

Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası);

Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası)

Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".
12-12-2024, 18:50
G7-dən Suriyaya dəstək


G7-dən Suriyaya dəstək

“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Suriya xalqına və inklüziv siyasi keçid prosesinə tam dəstək ifadə ediblər.
Bu barədə G7-nin sədri İtaliyanın Nazirlər Şurası məlumat yayıb.
“Bütün tərəfləri Suriyanın müstəqilliyinə və suverenliyinə hörmət edərək, ərazi bütövlüyünü və milli birliyini qorumağa çağırırıq. Bu çərçivədə qanunun aliliyinə, ümumbəşəri insan hüquqlarına, o cümlədən qadın hüquqlarına və bütün suriyalıların müdafiəsinə hörməti təmin edən etibarlı, əhatəli və məzhəbsiz hökumətə aparan keçid prosesini dəstəkləməyə hazırıq. G7 bu standartlara hörmət edən gələcək Suriya hökuməti ilə işləyəcək və onu tam dəstəkləyəcək. Biz Suriya xalqının yanındayıq, terrorizmi və onun bütün formalarında zorakı ekstremizmi pisləyirik”, - deyə məlumatda qeyd olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!