Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                        Zelenski Trampın nümayəndəsi ilə görüşdü .....                        Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU .....                       
Tarix : 27-12-2024, 17:25
Rusiya günahkardırsa, üzr istəməlidir! - Sergey Markov


Rusiya günahkardırsa, üzr istəməlidir! - Sergey Markov

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərəfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Kreml “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyir. Buna görə də rəsmi Moskva hələ olaya heç bir qiymət verməyəcək.
“Bu aviasiya insidenti ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər biz özümüzü hər hansı bir qiymətləndirmə aparmaq hüququna malik hesab etmirik”.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov hadisə ilə bağlı danışıb.
O qeyd edib ki, Rusiya tərəfi günahkardırsa, üzr istəməlidir:
“Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması dəhşətlidir. Qəza ilə bağlı bir neçə versiya var. Hazırda dəqiq nə baş verib deyə bilmərik, istintaq gedir. Fərqli yerlərdən ayrı-ayrı məlumatlar toplamışam, belə ehtimal olunur ki, təyyarə Ukraynanın Qroznıya hava hücumu zamanı enmək istəyib. Ukraynanın hücumu ilə bağlı da tədbirlər görülüb. Pilot Bakıya qayıtmaq qərarı alıb. Təyyarə bundan sonra zərbəyə məruz qalıb. Pilot elə bilib ki, quş hücumudur və dispeçirə məlumat verib. Bunun hərbi proses olduğu başa düşülüb və 16 dəqiqə sonra aeroport bağlanma qərarı alıb. Digər aeroportlar da bu hadisəni bildiklərinə görə təyyarəni qəbul etməyib. Zərbədə təyyarənin birinci qanadı əzilib və qəza enişi edilib. Bildirim ki, əgər bu qəzada günahkar Rusiyadırsa, öz günahını boynuna almalı, üzr istəməli və kompensasiya ödəməlidir. Amma indi dəqiq bir şey deyə bilmərik, Qazaxıstanda istintaq gedir, nəticələrinə uyğun olaraq davranılacaq”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!