İmtahana qeydiyyat elan edildi .....                        Azərbaycan Maldivi qarşılıqlı viza tələbindən azad etdi .....                        Məktəbli qız qızdırmadan öldü .....                        Göygöldə məktəbli bıçaqlandı: tutulan var - AÇIQLAMA .....                        Ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək .....                        Livanın yeni baş naziri seçildi .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı .....                        Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi .....                        Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar .....                       
Dünən, 20:17
Çaldıran – məddahların yeni Kərbəlası


Maşallah Rəzmi

Çaldıran – məddahların yeni Kərbəlası

(İran İslam Respublikası Suriyanın məğlubiyyətini Çaldıran məğlubiyyəti ilə müqayisə edir)
İslam Respublikasının Rəhbəri Əli Xamneyi Bəşər Əsəd Suriyadan qaçdıqdan və İranın “Müqavimət oxu” adlandırılan proksi qruplarının məğlubiyyəti və nizamsızlığından dərhal sonra bu alçaldıcı məğlubiyyəti izah etmək üçün SEPAH-ın “Qüds” qüvvələrinin komandirləri və diplomatlarını çağırmaq, onları məsuliyyətə cəlb etmək əvəzinə, məddahlara müraciət edərəık 2024-cü ilin dekabr ayının 22-də təfərrüatlı çıxış etdi və onlara məğlub olmadıqlarını, müqavimətin canlı olduğunu söylədi. Rəhbər həmin çıxışında Suriyanın yeni hökumətini hədələdi və bildirdi ki, Suriyanın qeyrətli gəncləri tezliklə öz ölkələrini terrorçuların işğalından azad edəcəklər. O, öz nitqində “təşviqat işləri”nə və Suriya müharibəsi ilə bağlı həqiqətlərin təhrif edilməsinə görə məddahları məsul bildi.
İslam Respublikasında astronomik büdcəyə malik minlərlə rəsmi təbliğat qurumunun olduğu halda, məddahlara (təbliğatçılara) qeyri-məhdud əməli və təbliğat səlahiyyətlərinin verilməsi nəticəsində gözlənilməz nəticələrin olması təbii idi. Gördüyümüz kimi, Qumdakı bir məddah Zahidandakı Məkki sünni məscidinə getməyi zina etmək kimi qələmə verir, sünni İmamı Mövləvi Əbdülhəmidin çörəyini yeməyi haram hesab edir. Bununla da o, ölkə daxilində şiə-sünni savaşına yeni ölçülər vermiş oldu. Eyni zamanda Ərdəbildə Qulamrza Quluzadə adlı başqa bir məddah Çaldran müharibəsi şəhidlərinin xatirəsini anma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan prezidenti İlham Əliyevi təhqir edib. Bu təhqir İranın Bakıdakı müvəqqəti işlər vəkilinin Azərbaycan XİN-ə çağırılmasına səbəb olub və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycandan üzr istəyib.
Bütün bunların müqabilində “Ərdəbil əyalətinin məddahlar və Mərasim Şairləri Cəmiyyəti”nin məddahları səs-küylü bəyanat yayaraq, İslam Respublikasının daxili və xarici siyasətinə qarışmağı məddahların vəzifələrindən biri adlandırıblar və “Comhuri-ye Eslami” (İslam Cümhuriyyəti) qəzetini “Məddahlar Respublikası” terminini işlətdiyinə və İran İslam Respublikasını ayaqlar altına atan, onun qaydalarını pozan “Qəzetçilər, Jurnalistlər və Sənətçilər Respublikası”ndan söz açmadığına görə tənqid ediblər.
Məddahların bu bəyanatı özbaşına (Xamneyinin sözləri ilə desək, istədikləri kimi atəş aça bilən) qüvvələrin dili ilə yazılıb. Onlar özlərini gücün sərt nüvəsi hesab edirlər və liderdən başqa heç kimə cavabdeh deyillər. Bu o deməkdir ki, məddahlar faktiki olaraq Əli Xamneyinin əlində bir çomaqdır.
Ərdəbildə Müqavimət hərəkatı və Çaldaran şəhidlərinin anım mərasimindəki əsas şüar belə idi: “Kərbəladan Çaldarana, Çaldarandan İslam İnqilabına və İslam İnqilabından İmam zamanın (Mehdi Sahibüzzəman nəzərdə tutulur) zühuruna qədər”. Məddah elə qışqırırdı ki, elə bil İmam zaman tezliklə zühur edəcək və biz də gərək əlimizi əlimizin üstünə qoyub kafirlərin qarşısından qaçmayaq.
Yaranmış siyasi böhrandan az-çox dərəcədə hamı xəbərdardır. Belə ki, 2014-cü ilin dekabr ayının 30-da İran Televiziya Xəbər Şəbəkəsinin proqramına baxıblar. Amma xəbərlərdə diqqətdən kənarda qalan budur ki, ərdəbilli məddah Ali Rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi Livan əsilli Seyid Həsən Amili və İslam Respublikasının digər rəsmi şəxslərinin də iştirakı ilə keçirilən “Çaldaran şəhidlərinin anım mərasimində” qonşu dövlətlərin rəhbərlərini təhqir edərək deyib: “Sultan “Səlim Çaldranda Şah İsmayıla qarşı durmuşdu, indi isə kafir cəbhəsi var gücü ilə İslam Respublikası ilə üz-üzədir”. Daha sonra o, əlavə etdi ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev “haram loxma, haram tikə yeyən haramzadədirlər” və söz verdi ki, “tezliklə Ərdəbildən olan Şah İsmayılın nəsli Bakıda və Naxçıvanda İslam bayrağını qaldıracaq”.
Bu anım mərasimi Ərdəbilin Böyük Məscidində keçirilib və Seyid Həsən Amili də orada məruzəçi olub. Çaldıran müharibəsi sırf siyasi güc və nüfuz dairəsi axtaran bir müharibə idi və iqtisadi motivlərə də malik idi. Amma 1514-cü ildə baş vermiş həmin döyüşü 100% dini müharibə kimi təqdim etmək şiələrlə sünnilər arasında yenidən müharibə yaratmaq cəhdindən başqa başqa məqsədi olmayan Həsən Amilinin taktikasıdır. Ərdəbilin İmam cüməsi İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) “Qüds” qüvvələrinə bağlıdır və “Qüds” qüvvələrinin komandirləri ilə birlikdə Xamenei ilə görüşməyə hazırlaşır. O, siyasi din xadimidir və İslam İnqilabını Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə Ərdəbildə məskunlaşıb. Amili Cümə namazı zamanı hər hansı bir vəsitə ilə çıxış və xütbələrində Azərbaycan türkcəsində Azərbaycan Respublikasındakı İslam Respublikası tərəfdarlarına mesajlar göndərir. Onun Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahla yaxın əlaqələri olub. Vaxtaşırı Livanın cənubuna gedərək bu ölkəyə baş çəkərdi. İsrailin Livanın cənubuna hava hücumları başlayanda o, Əli Xamneyiyə məktub yazaraq Ərdəbil, Təbriz, Urmiya, Zəncan və Bakıdan olan igid gənclərlə birlikdə oraya getmək və bir fəlakət baş verəcəyi təqdirdə İslam torpağını müdafiə etmək üçün icazə istəmişdi. Təbii ki, İsrail ordusu Livanın cənubuna daxil olduqdan sonra Həsən Amilidən səs çıxmadı, lakin Suriya məğlub olduqdan sonra o, Türkiyə və Azərbaycanla döyüşmək istəyir.
Seyid Həsən Amili Bakı gəncləri dedikdə İslam Respublikasının silahlandırdığı, döyüş taktikasını öyrənmək üçün Suriyaya göndərdiyi və Qasim Süleymaninin onlara “Hüseyniyyun” titulu verdiyi Azərbaycan Respublikasından olan dini tələbələri nəzərdə tutur və xəyalından keçir ki, Azərbaycan Respublikasında Livan Hizbullah modelini təşkil etsin və Ərdəbildə Ali Rəhbərin adından bu missiyaya Seyid Həsən Ameli özü cavabdeh olsun.
Çaldıran döyüşü 1514-cü ildə Şah İsmayıl Səfəvi ilə Osmanlı Sultanı Səlim arasında baş vermişdir. Həmin döyüşdə Səfəvi ordusu qılınc, nizə və kamanla silahlanmış 30.000 döyüşçüyə, Osmanlı ordusu isə tüfəng və ağır toplarla silahlanmış 100.000 qoşuna malik idi. Amma Şah İsmayıl şəxsini Tanrı tərəfindən seçilmiş hesab etməklə özünü yenilməz bilirdi. Buna görə də o, döyüşə başladı və nəticədə 27 min Səfəvi əsgəri, o cümlədən Şah İsmayılın baş vəziri Sədrəddin Səfəvi öldürüldü. Onların hamısı həmin yerdə də dəfn edildi. İndi, beş əsrdən sonra İslam Respublikası Çaldıran düzündə yeni Kərbəla tikməkdədir.
Qüds qüvvələrinin və onların Azərbaycandakı havadarlarının əsas məqsədi Suriyadakı məğlubiyyətdən sonra ictimai rəyi təhrif etməklə ekstremist şiələri sünnilərə, yəni Türkiyə xalqına qarşı təhrik etməkdir. İslam Respublikası Azərbaycanla Türkiyə arasında münaqişə yaratmaq fikrindədir və həmin qarşıdurmadan siyasi məqsədlər üçün istifadə etməyi düşünür.
Şah İsmayılın Sultan Səlimlə döyüşdüyü Çaldran düzü hazırda Qərbi Azərbaycanın Maku mahalının qərbində, İranın Türkiyə və Naxçıvanla sərhəddi yaxınlığında yerləşir. Şah İsmayılın baş vəziri Sədrəddin Səfəvinin məzarı da Çaldran şəhəri yaxınlığındakı Güluşağı kəndində yerləşir. İran İslam Respublikası 1999-cu ildə bu türbəni təmir etdirərək qədim abidə kimi qeydiyyatdan keçirib və Çaldran şəhərinin səlahiyyətliləri də onu ziyarət yeri etmək üçün çalışırlar. Məddahlar deyirlər ki, heç kəs dəstəmaz almadan bu şəhidin qəbrini ziyarət edə bilməz.
Çaldıran döyüşü yayda baş verib. Amma yas və şəhadətdən dolanışıqlarını təmin edən məddahlar və mollalar müxtəlif bəhanələrlə ilin digər fəsillərində də Çaldıran şəhidlərinin xatirəsini yad edirlər və son 15 il ərzində mütəmadi olaraq Çaldıran şəhidlərinin xatirəsini anma mərasimləri keçirirlər. Şiələrin tərənnümü və sünnilərin pislənməsi formasında keçirilən bu mərasim faktiki olaraq rədd edilən “Ömərkoşan” mərasimini əvəz etmişdir (“Ömərkoşan” yüz illər boyu bəzi şiə bölgələrində İslam Peyğəmbərinin (s) səhabələrindən və sünnilərin ikinci xəlifəsi olan Ömər ibn əl-Xəttabın qətlinin ildönümünü qeyd etmək üçün qeyd edilən bir mərasim olmuşdur).
Etibarlı sorğular göstərir ki, hər sinif və təbəqədən, mədəniyyətdən və dildən olan iranlıların əksəriyyəti artıq dini ayinləri yerinə yetirmir, yeni doğulan körpələrinə islami adlar qoymur. İndi İran şəhərlərindəki 75 min böyük məsciddən 50 mininin qapısı bağlıdır, yalnız bir neçə yaşlı insanlar hökumət mərasimlərində cümə namazına qatılırlar. İslam Respublikasının rəhbərləri bunu yaxşı bilirlər və bu səbəbdən dini mərasimləri karnavala bənzəyən və gəncləri cəlb edən səs-küylü dini ayinlərlə əvəz etməyə çalışırlar. İnsanlar da əylənmək üçün bu dini karnavallarda iştirak edirlər. Bu ayinlər arasında Kərbəlada keçirilən “Ərbəin” (İmam Hüseynin qırxı) yürüşünü qeyd etmək olar. İran hökuməti insanları Kərbəlaya pulsuz aparır və insanların çoxu da İraqda keçirilən bu “Ərbəin” (qırx) mərasimində hökumət hesabına yalnız turizm və əyləncə məqsədilə iştirak edir.
Digər bir hal isə “İşıqlı yollar” karvanlarıdır. İllərdir İranın müxtəlif bölgələrindən tələbə və məzunları avtobuslarla İran və İraqın döyüş bölgələrini ziyarət etmək və şəhadət mədəniyyətini təbliğ etmək üçün Xuzistan əyalətinə aparırlar. Amma gənclər üçün bu, sadəcə bir turizm səyahəti və əyləncədir. Məhərrəmlik mərasimi də tamamilə karnavala bənzəyir. Bu mərasimin müasir mahnılar, o cümlədən pop və rep musiqisi ilə müşayiət olunması və hətta Tehranda Aşura mərasimində erməni matəm qruplarının iştirak etməsi təəccüb doğurur.
Dini ayinlərə aid mərasimlər əslində insanların dini etiqadlarını möhkəmləndirmək üçün deyil, həm də oğlan və qızların dostluq etməsinə şərait yaratmaq üçün böyük xərclər hesabına və müxtəlif formalarda keçirilir. Bu ayinlər yalnız dini görünüşə malik olur.
Dini ayinlərlə bağlı mərasimləri yas tutanlar və ya məddahlar təşkil edir və həyata keçirirlər. Onlar bundan böyük gəlirlər əldə edirlər. Buna görə də İslam Respublikasında dini mərasimlərin (sünnilər tərəfindən bu mərasimlər dinə zidd hesab edilir) sayı artdıqca, dini mərasimlərin gücü və təsiri də artır. İslam Cümhuriyyətinin müvafiq qurumlarında məddahların da sayı artır. Məlum olur ki, keçmişdə din işlərinə məsul olan ruhaniləri indi məddahlar əvəz edirlər. Hətta İslam Respublikasının süqutundan narahat olan bəzi hökumət ideoloqları İranda şiə ruhanilərinin öldüyünü və məzhəb adlı fırıldaqçıların dövlət dininin təbliğatçılarına çevrildiyini deyirlər.
İslam Respublikası bütün yerlərdə, o cümlədən avtobuslarda və metrolarda qadınları kişilərdən ayırmağa çalışır, lakin bir neçə gün davam edən “Ərbəin” yürüşü zamanı kişilər və qadınlar gecələr böyük salonlarda bir dam altında bir yerdə və çox vaxt yan-yana yatırlar. Dini məhdudiyyətlərin heç biri praktiki olaraq tətbiq edilmir.
İslam Respublikası xarici siyasətdəki uğursuzluğunu, xüsusən də Suriyadakı siyasi, hərbi və ideoloji uğursuzluğunu rejim tərəfdarlarına izah edə bilmir. Hətta İran radio və televiziyasında Suriyadakı ağır məğlubiyyətdən açıq danışırlar. İqtisadi cəhətdən ağır vəziyyətdə olan İran xalqı İslam Respublikasının Suriyada 13 il döyüşməsinin, 6 min insanı qətlə yetirməsinin, 50 milyard dollar xərcləyib və nəhayət, biabırçı şəkildə Suriyadan qovulmasının səbəblərini bilmək istəyir. Suriyadan qayıdan komandirlər İslam İnqilabının müsəlman ölkələrinə ixracı siyasətinin iflasa uğradığını dilə gətirirlər və İslam Respublikasının Rəhbərini dünya ilə düşmənçiliyi dayandırmağa çağırırlar.
Bu komandirlər Türkiyənin Suriyada qalib gəldiyini və bölgədə hakim gücə çevrildiyini deyirlər. Onlar düşünürlər ki, məsələ bununla bitməyəcək və bildirirlər ki, Türkiyənin Qafqazda da İslam Respublikasını məğlub edəcəyi, Zəngəzur dəhlizini açmaqla Türk dünyasını birləşdirib İranı geosiyasi sıxıntıya salacağı ehtimalı yüksəkdir.
Belə bir şəraitdə fundamentalist və paniranist qruplaşmaların Türkiyə və Azərbaycana qarşı zəhərli təbliğatı güclənir. Bu səbəbdən Azərbaycan əyalətlərində də Çaldran şəhidlərinin anılması böyük bir mərasimə çevrilir.
Azərbaycan Respublikası Prezidentinin Ərdəbilin Cümə İmamının işdən çıxarılmasını tələb etdiyi çıxışından sonra bu məsələ ilə bağlı İslam Respublikası fraksiyaları arasında fikir ayrılıqları mətbuata çıxarıldı. Bununla da islahatçılar fraksiyası fundamentalist fraksiyanın məddahlar vasitəsilə onlara göstərdiyi təzyiqləri bir-bir xatırlatmaq fürsəti əldə etdi. Onlar deyirlər ki, hökumət Ərdəbilin Cümə İmamını vəzifəsindən uzaqlaşdırsa, bu, İslam Respublikası üçün rüsvayçılıq olar, etməsə, Azərbaycan Respublikası ilə münasibətlərin korlanmasına səbəb olar və siyasi böhran yarada bilər.
Jurnalistlər İslam Respublikasının Rəhbərini məddahların siyasətə müdaxiləsinin qarşısını almağa çağırırlar, çünki onların ədəbsizliyinin nəticələri qonşu ölkələrlə münasibətlərə xələl gətirəcək.
İndiyədək məddahlar Əli Xameneinin baxışlarına qarşı olan olan hər kəsi ölüm və məhv edilməklə hədələyiblər. Əli Xamneyi öz məddahları vasitəsilə hökumət daxilindəki rəqiblərini gözdən salırdı. Suriyadakı məğlubiyyətdən sonra isə Əli Xamenei indi zəif vəziyyətdədir və rejim daxilindəki müxaliflər liderin daxili və xarici siyasətini açıq şəkildə tənqid edirlər. Halbuki son vaxtlara qədər lideri tənqid etmək siyasi cinayət sayılırdı və onun baxışlarını tənqid edən insanlar həbsxanaya atılırdı.
Məhəmməd Xatəmi hökumətində daxili işlər nazirinin müavini və hazırda tənqidi mövqelərinə görə həbsdə olan Mustafa Taczadə ətraflı bir açıq məktub dərc edib və o, məktubunun sonunda Qum ağsaqqallarından xahiş edib ki, lideri tutduğu vəzifəsindən getməyə məcbur etsinlər, əgər Əli Xamneyi istefa verməzsə, onu qanuni yollarla vəzifəsindən uzaqlaşdırsınlar.
Paris, 10 yanvar 2025





Dünən, 18:16
İmtahana qeydiyyat elan edildi


İmtahana qeydiyyat elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edib.
DİM-dən bildirilib ki, ixtisas imtahanı 9 istiqamət üzrə martın 2-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:

1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. müəssisələrin qiymətləndirilməsi;

5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. təbii sərvətlərin qiymətləndirilməsi;

8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. xidmətlərin qiymətləndirilməsi.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Qəsdən ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər. Ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı və fevralın 17-dək “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanlarında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Namizəd elektron müraciətində əldə etmək istədiyi ixtisas şəhadətnaməsinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti istiqamətlərindən birini seçir. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından Mərkəzin “Vətəndaş haqqında “Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.
Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra imtahana 3-4 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın davametmə müddəti 1 saatdır.
Namizədlər imtahan bitdikdə öz nəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, namizədlərin əldə etdikləri nəticə Mərkəz tərəfindən onların “Şəxsi kabinet”inə yüklənəcəkdir. İmtahanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
İmtahandan müvəffəqiyyətlə keçmiş müvafiq şəhadətnamə təqdim edilir. İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur. İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.
Namizədlərə imtahana səmərəli hazırlaşmaları üçün DİM-in saytından test imtahanı proqramları ilə tanış olmaq tövsiyə edilir.
Dünən, 17:54
Azərbaycan Maldivi qarşılıqlı viza tələbindən azad etdi


Azərbaycan Maldivi qarşılıqlı viza tələbindən azad etdi

“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanuna əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Dünən, 17:36
Məktəbli qız qızdırmadan öldü


Məktəbli qız qızdırmadan öldü

Ağcabədi rayonunda məktəbli qız yaşadığı evdə vəfat edib.
Ağabəyli kənd sakini 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 06 radələrində yaşadığı evdə ölüb.
Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilir.
Dünən, 17:26
Göygöldə məktəbli bıçaqlandı: tutulan var - AÇIQLAMA


Göygöldə məktəbli bıçaqlandı: tutulan var - AÇIQLAMA

Yanvarın 14-də saat 14:50 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) budun deşilmiş, kəsilmiş yarası diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub və ona zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Dünən, 17:17
Ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək


Ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək

Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, hazırkı dövrə olan məlumata görə, Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 960 min nəfər ətrafındadır.
Dünən, 15:43
Livanın yeni baş naziri seçildi


Livanın yeni baş naziri seçildi

Livanda hökumətin yeni baş nazirinin adı məlum olub.
Beynəlxalq Ədalət Məhkəməsinin livanlı sədri Navaf Salam hökuməti qurmaq səlahiyyətinə sahiblənib.
Bu proses Livan prezidenti Jozef Aoun tərəfindən keçirilən məcburi parlament məsləhətləşmələri nəticəsində baş verib.
Navaf Salam 128 deputatdan 85-nin dəstəyini qazanaraq Aunun prezidentliyi dövründə hökuməti quran ilk şəxs olub.
Müvəqqəti baş nazir Necib Mikati cəmi 9 səs toplayıb. Bundan əlavə, bəzi bloklar, o cümlədən Müqavimətə Sadiqlik Bloku və Amal Hərəkatı hökumət başçısı üçün ad təklif etməyib.
Livan Konstitusiyasına əsasən, baş nazir postuna namizədlərin irəli sürülməsi prosesi Beyrutun şərqindəki Prezident sarayında keçirilir.
Dünən, 15:35
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı


İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 14-də başa çatıb.
Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.

Dünən, 15:30
Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi


Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi

Bir qrup vətəndaş övladlarının dərmanları dəyişdirildiyi üçün Səhiyyə Nazirliyinin önündə etiraz edir.
Bu barədə xəstə uşaqların valideynləri məlumat veriblər.
Valideynlərdən biri ümumi şikayəti bu cür izah edib:
"Bizim övladlarımız ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələridir. Altı ildir, onlar üçün eyni dərmanları alırdıq. Bizi bu yaxınlarda Səhiyyə Nazirliyində qəbul etdilər, məlumat verdilər ki, fevralın 6-dan dərmanlar dəyişdiriləcək. Biz isə dərmanların dəyişdirilməsini istəmirik. Biz bu dərmanları artıq tanıyırıq. Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bu uşaqlar hansısa həkimin onların üzərində təcrübə aparması üçün uyğun deyillər, adi səhv həyatlarını itirmələri ilə nəticələnə bilər. Bizim övladlarımız eksperiment siçovulu deyillər".
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq, qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi məqsədilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub:
"Bu siyahılara uyğun olaraq, xəstəliyin ağırlıq dərəcəsinə görə onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişmədiyini təsdiq edən, beynəlxalq standartlara uyğun klinik protokollar barəsində məlumatlar veriblər".
Dünən, 15:02
Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar


Ev sahibinə xəsarət yetirib, pulunu və telefonunu aldılar

Quldurluqda şübhəli bilinən bir nəfər saxlanılıb.
Yanvarın 13-də paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birinə daxil olan naməlum şəxsin ev sahibinə kəsici alətlə xəsarət yetirərək pul və mobil telefonunu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 25 yaşlı K.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!