Ölkəsinə qayıdan suriyalılar üçün 1700 avro .....                        21 yaşlı hamilə qadın vəfat etdi .....                        Qəzaların əsas səbəbi: dar səkilər, keçidi olmayan yollar .....                        Ermənistanın qiyamçı keşişi İrana gedib .....                        Xarici işlər naziri kanslerdən niyə küsüb? - SƏBƏB .....                        Rəsininin öldürülməsilə bağlı iddialar rəsmən RƏDD EDİLİB .....                        İmişlidəki qəza yerində xuliqanlıq törədənlər saxlanılıb - DİN .....                        İmişlidəki hadisə ilə bağlı cinayət işi açıldı .....                        İmişlidəki qəzada ölən və yaralanan uşaqların çoxu qızlardı - TƏBİB AÇIQLADI .....                       
9-01-2025, 23:26
Naxçıvanda qəza: şəhərdə su kəsildi


Naxçıvanda qəza: şəhərdə su kəsildi

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən, diametri 355 millimetr olan əsas magistral su xəttində qəza baş verib.
Qəzaya səbəb kimi borunun uzun müddət istismar edilməsi ehtimal olunur. Nəticədə şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Sukanal İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.
9-01-2025, 22:47
Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ


Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ

Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir: "Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir".
Səhiyyə Nazirliyi ilk növbədə kosmetologiya və plastik cərrahiyyə sahəsi ilə yalnız ali tibb təhsili olan şəxslərin məşğul olmasına icazə verildiyini diqqətə çatdırıb: "Kosmetologiya sahəsində kosmetoloji xidmətləri yalnız həkim-dermatoveneroloqlar həyata keçirə bilər.
Plastik cərrahiyyə sahəsinə gəldikdə isə, bu yüksək peşəkarlıq və uzunmüddətli hazırlıq tələb edən ixtisas növüdür. Bu sahə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq "Plastik cərrahiyyə" ixtisası üzrə rezidentura təhsili almış şəxslər tərəfindən həyata keçirilə bilər. Yəni, Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə üzrə tibbi xidmətlər (əməliyyatlar) yalnız bu hazırlıq dərəcəsinə yiyəlinmiş (diplom almış) şəxslər tərəfindən icra oluna bilər.
Kosmetoloqlar (həmçinin, tibbi kosmetoloq və həkim-dermatoloqlar) heç bir halda plastik cərrahi iş üzrə tibbi xidmət göstərə bilməzlər. Bu fəaliyyəti yalnız "plastik cərrah" ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik mütəxəssislər göstərə bilərlər".
Nazirlikdən bildirilib ki, plastik cərrahiyyə əməliyyatları müvafiq əsasnamə ilə səlahiyyətləri olan dövlət tibb müəssisələri, həmçinin plastik cərrahi iş üzrə ambulator və stasionar tibbi xidmətlərə malik lisenziyası olan özəl tibb müəssisələri göstərə bilər: "Əlbəttə ki, bu müəssisələrdə müvafiq stasionar anestezioloji-reanimatoloji xidmət və aidiyyəti üzrə digər xidmətlər və təchizatın olması şərtdir. Plastik cərrahiyə sahəsində tibbi fəaliyyətin həyata keçirilməsi üçün tələblər digər cərrahi müdaxilələr kimi "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar"la tənzimlənir. Hazırda Səhiyyə Nazirliyində bu qaydanın da tibb elminin müasir tələblərin uyğunlaşdırılması sahəsində işlər davam edir".
Nazirlik onu da diqqətə çatdırıb ki, plastik, rekonstruktiv və estetik cərrahlardan başqa digər cərrah mütəxəssislər müstəsna hallar (təcili və təxirəsalınmaz hallar) istisna olmaqla, bu növ əməliyyatları icra edə bilməz: Müvafiq sahələr üzrə hər bir plastik cərrah yalnız öz ixtisasına uyğun olan əməliyyatlar icra edə bilər, məsələn, lor yalnız renoplastika, oftalmoloq bleforaplastika əməliyyatını icra edə bilər və s".
Nazirlik ümumi cərrah, lor-cərrah və ya üz-çənə cərrahiyyəsi, kosmetologiya ixtisasları üzrə bəzi əməliyyatlar xaric plastik cərrahiyyə əməliyyatlarını yalnız plastik cərrahların icra edə biləcəyini açıqlayıb: "Hər bir ixtisas üzrə Rezidentura Təhsil Proqramı var ki, bu proqramda da həkimin icra edəcəyi cərrahi əməliyyatların siyahısı təsdiq edilib, yəni həm ümumi cərrahların, həm də plastik cərrahların rezidenturanı bitirdikdən sonra icra etmək hüquqları olan əməliyyatlar siyahısı bəllidir. Bu rezidentura təhsili ilə bağlı bütün digər ixtisaslara da aiddir.
Bundan başqa hazırda Səhiyyə Nazirliyində bütün tibb ixtisasları üzrə peşə standartları hazırlanır ki, bu sənəddə artıq nəinki cərrahi əməliyyatlar, həmçinin ambulator yardım üzrə də ixtisas həkiminin konkret diaqnozlar istiqamətində icra etməli olduqları profilaktik tədbirlər, müayinə, müalicə və reabilitasiya ilə bağlı konkret siyahılar öz əksini tapacaq.
Şəxsin biometrik identifikasiya xüsusiyyətləri "Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Bu qanunda biometrik göstəricilərin bilərək, məqsədyönlü dəyişdirilməsi qanun pozuntusu hesab olunur".
Rezidentura tətbiq edildikdən sonra isə 11 nəfərə plastik cərrah ixtisası verildiyi bildirilib.
Plastik cərrahiyə ilə bağlı mediada reklam olunan tibb mütəxəssisləri və onlara aid müxtəlif fərqləndirici "adlar"a Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcud olmadığı da diqqətə çatdırılıb: "Nazirliyə daxil olan şikayətlər aidiyyəti üzrə baxılır və zərurət olduğu təqdirdə, araşdırma, plandankənar yoxlama şəklində nəzarət tədbirləri həyata keçirilir.
Tibb fəaliyyəti ilə məşğul olan şəxslərin diplomlarının yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən davamlı şəkildə aparılır və belə hallar dəfələrlə aşkar edilərək hüquq mühafizə orqanlarına təqdim edilib. Qeyd edək ki, qeyri-qanuni tibb fəaliyyəti ilə bağlı yoxlamalar yalnız diplomların həqiqiliyini yoxlanılması ilə məhdudlaşmır. Səhiyyə Nazirliyi bu istiqamətdə tədbirləri davam etdirir".
Nazirlik yoxlamaların aparılması zamanı rast gəlinən çətinliklər haqqında da məlumat verib: "Hazırda sahibkarlıq sahəsində yoxlamaların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun həyata keçirilir. Səhiyyə Nazirliyinin nümayəndələri planlı yoxlamalar üçün tibb müəssisəsinə gəlməzdən bir necə gün əvvəldən bu barədə tibb müəssisəsinə məlumat verirlər. Yoxlamanın aparılacağı haqqında məlumatı olan sahibkar müəssisədə qeyri-qanuni fəaliyyətlərini ört-basdır etmək üçün zaman əldə edir. Plandankənar (növbədənkənar) yoxlamalar zamanı da "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq xüsusi prosedur qaydaya əməl olunmalı, Reyestrdə qeydiyyat aparılmalıdır. Təbii ki, bu zaman sahibkarın qanunsuz və ya keyfiyyətsiz fəaliyyətini ört-basdır etməyə şərait yaranır. Məqsədəuyğun olardı ki, tibb xidmətləri və əczaçılıq sahəsində sahibkarlıq sahəsində yoxlamaların aparılması qanunvericiliyinə yenidən baxılsın. Təbii ki, sahibkarlığın inkişafı vacib sahədir, lakin vətəndaşımızın sağlamlığı və həyatı daha vacibdir".
Nazirlikdən o da bildirilib ki, plastik cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir: "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əsasən vətəndaşlara tibbi yardımın göstərilməsi, müalicə və müdaxiləsi, sağlamlığına dair məlumat almaq, müalicədən imtina və ya könüllü razılıq verilməsi və digər münasibətlər tənzimlənir. Plastik cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir. Buraya zəruri olmayan və mümkün qədər cərrahi müdaxilə olmadan ötüşməli hallar da daxildir.
Təbii ki, media, sosial şəbəkələr və s. vasitəsilə cəmiyyətdə təbliğ edilən bəzi paradiqmalar insanlarda emosional narahatlıq yaradır. Nəticə olaraq, insanlar öz xarici görünüşlərini dəyişmək üçün yollar axtarırlar. Bu siyahıda heç bir tibbi əsası olmayan pəhrizlər, müxtəlif bioloji aktiv əlavələrdən (BAD) istifadə və ən radikal üsul olan cərrahi müdaxilələr də var. Tibbi deontologiya prinsiplərinə uyğun olaraq, yalnız plastik cərrah deyil, bütün tibb işçiləri xəstəyə bu və ya digər tibbi proseduru tətbiq etməzdən öncə prosedur haqqında, onun təsiri, mümkün ağırlaşmaları və yan təsirləri haqqında məlumat verməlidirlər. Plastik cərrahi əməliyyatlara gəldikdə isə, plastik cərrahiyyənin əsas məqsədi ilk növbədə anadangəlmə qüsurlar, müxtəlif travmalar və ya yanıqlardan sonra insan bədənində yaranan qüsurlar və ya deformasiyaların aradan qaldırılmasıdır. Bu əməliyyatlar insanların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədini daşıyır. Plastik cərrahiyyənin bir hissəsi olan estetik cərrahiyyənin böyük qismi isə, təəssüf ki, hazırda daha çox insanların dərisində yaşla bağlı fizioloji dəyişikliklərin aradan qaldırılması, bədən hissələrinin şəkilləndirilməsi, "gözəllik etalonlarına" uyğunlaşdırılması və bu kimi əməliyyatları əhatə edir. Yəni, əslində hər hansı bir tibbi göstəriş olmadan cərrahi müdaxilə tətbiq edilir.
Hüquqi baxımdan buna hər hansı qadağa yoxdur, lakin əhali arasında gözəllik, təbiilik və insanların özünəməxsusluğunun vacibliyi haqqında yalnız həkimlər deyil, bütün cəmiyyət institutlarının iştirakı ilə maarifləndirmə aparılmalıdır. Burada medianın da rolu vacibdir".
9-01-2025, 22:34
Overçuk Ermənistanı hədələdi


Overçuk Ermənistanı hədələdi

Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini ölkənin Aİİ-dən çıxması istiqamətində ilk addım kimi qiymətləndirir.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsinin müzakirəsinə başlanması İrəvanın Aİİ-dən çıxmaq niyyətinin siqnalı kimi şərh olunur və əlavə edib ki, Rusiya bu vəziyyəti nəzərə alaraq iqtisadi siyasətini Ermənistana uyğunlaşdıracaq. .
Eyni zamanda, Overçuk vurğulayıb ki, bu, Ermənistanın suveren seçimidir və respublikanın belə qərarlar qəbul etmək hüququ var.
9-01-2025, 22:23
Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi


Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi

Los-Ancelesdə daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.
Bu barədə vilayət rəhbərliyi məlumat verib. Bildirilib ki, daha 200 min nəfərə evakuasiya xəbərdarlığı edilib.
Şəhərin yanğınsöndürmə rəisi Kristin Krouli bildirib ki, yanğın Los-Anceles tarixindəki ən qorxunc fəlakətlərdən biridir. Hazırda 180 min insan hələ də təxliyə əmri altındadır.
Yanğın 70 kvadratkilometrdən çox ərazini əhatə edib. Kristin Krouli əlavə edib ki, bölgədə küləyin zəifləməsinə baxmayaraq, qırmızı bayraq xəbərdarlığı (“red flag warning”) davam edir.
Milli Hava Xidməti xəbərdarlığın Los-Anceles və Ventura vilayətlərində cümə gününə qədər qüvvədə qalacağını proqnozlaşdırır. Malibuda 15 mindən çox insana qazın və isti suyun verilişi dayandırılıb. Yanğınlara görə, bölgədə qarət və soyğunçuluq edən 20 nəfər həbs edilib.
9-01-2025, 21:06
Ərdoğan Baxçalını evində ziyarət etdi


Ərdoğan Baxçalını evində ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı arasında görüş baş tutub.
Görüş Bahçelinin evində keçirilib.
Görüşdə “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı yol xəritəsi müzakirə olunub.
Terrorla mübarizə ilə yanaşı, regional hadisələr, xüsusilə də Suriyadakı yeni dövr müzakirə edilib.
Görüş 40 dəqiqədən artıq davam edib.
9-01-2025, 20:41
İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı


İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı

İran Suriyada ağır məğlubiyyətə uğrayıb, lakin yenə də bu ölkədə fəaliyyət göstərməyə davam edəcək.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behruz Esbati danışıb.
Onun çıxışının audio yazısı "Abdi Media" saytı tərəfindən dərc edilib və "The New York Times"da (NYT) bu barədə məqalə dərc olunub.
Nəşrin yazdığına görə, general ötən həftə Tehrandakı məsciddə çıxış edib və onun çıxışı İran rəhbərliyinin Suriyadakı “strateji itkilərin miqyasını azaltmış” bəyanatları ilə “kəskin ziddiyyət təşkil edib”.
Esbati Rusiyanın İranı satdırdığını bildirib. O qeyd edib ki, Rusiya təyyarələri Suriya üsyançıların əvəzinə açıq əraziləri bombalayıb.
Onun sözlərinə görə, 2024-cü ildə İsrail Suriyadakı İran hədəflərinə hücumlar həyata keçirəndə Rusiya radarları söndürüb, bu hücumlara təsirli şərait yaradıb.
SEPAH generalı, həmçinin bildirib ki, İranın Suriya prezidenti Bəşər Əsədlə münasibətləri onun istefasından əvvəlki aylarda gərgin olub. “Mən hesab etmirəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir. Məğlub olduq və məğlubiyyət çox güclü oldu, çox güclü zərbə aldıq və çox çətin oldu”, - deyə Behruz Esbati vurğulayıb.
Xatırladaq ki, dekabrda Suriyada hakimiyyət “Həyat Təhrir əl-Şam” qruplaşması tərəfindən ələ keçirilib. Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçıb.
9-01-2025, 20:19
Gənc oğlanın meyiti tapıldı


Gənc oğlanın meyiti tapıldı

Xırdalan şəhərində 17 yaşlı gəncin meyiti tapılıb.
2008-ci il təvəllüdlü Roma Haqverdiyevin meyiti yaşadığı ünvanda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
9-01-2025, 20:05
Baydenin 4 milyonluq evi yanıb kül oldu


Baydenin 4 milyonluq evi yanıb kül oldu

Kaliforniyada baş verən yanğın zamanı ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hanter Baydenin Malibudakı evi də zərər görüb.
Bu barədə "Daily Mail" nəşri yazıb.
Bildirilir ki, Baydenin evi tamamilə yanıb. Nəşrin dərc etdiyi fotoşəkillərdə görünür ki, 4 milyon dollarlıq mülkdən yalnız iki baca qalıb.
Baydenin bu evi ayda 20 min dollara kirayə verdiyi bildirilir.
Hanter Baydenin mühafizə dəstəsinin kirayə götürdüyü və qonşuluqda yerləşən evi də məhv olub.
9-01-2025, 19:48
Bakıda narkopriton əməliyyatı - 12 nəfər saxlanıldı


Bakıda narkopriton əməliyyatı - 12 nəfər saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.
Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
9-01-2025, 19:08
İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır?



İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır?

Müqəssir kimdir?
AzTurk.News
08.01.2025

Bu məsələni daha yaxşı başa düşmək üçün qeyd etmək lazımdır ki, İran rejiminin Azərbaycana qarşı düşmənçiliyi təkcə siyasi və ya iqtisadi fikir ayrılıqları ilə məhdudlaşmır. Əksinə, bu düşmənçilik ümumilikdə türklərə – həm Azərbaycan türklərinə, həm də Anadolu türklərinə qarşı dərin və köklü bir düşmənçiliyi əks etdirir. Ötən əsrdə həm Pəhləvi rejimi, həm də İslam Respublikası Azərbaycan türklərinin tarixini, dilini və mədəniyyətini təhrif etməyə və ya sıxışdırmağa fəal cəhd göstərib.
Tarixi zəmin: Repressiya irsi
Bu düşmənçiliyin kökündə son yüz ildə İranda hökmranlıq edən rejimlərin, milli birliyə təhlükə hesab etdikləri ölkənin etnik və mədəni müxtəlifliyindən qorxmaq dayanır. Pəhləvi dövründə fars dili və mədəniyyətinə əsaslanan homojen bir İran kimliyi (bir millət-bir dövlət) yaratmaq üçün siyasətlər həyata keçirilirdi. Bu siyasət türklər, kürdlər, ərəblər və bəluclar da daxil olmaqla, fars olmayan etnik qrupları marginallaşdırdı. İran İslam Respublikası da bu fars mərkəzli siyasətləri miras aldı və onları öz şiə mərkəzli ideologiyası ilə birləşdirərək azlıq qruplarına qarşı repressiyaları gücləndirdi.
İran cəmiyyətində narsisizm mədəniyyəti
İran rejiminin ayrı-seçkilik siyasəti daha dərin bir məsələyə işarə edir: cəmiyyətin bəzi hissələrində geniş yayılmış üstünlük və hüquq mədəniyyəti. Bu zehniyyət sistematik irqçiliyi və qeyri-fars etnik azlıqlara zülmü gücləndirdi. Bəzi araşdırmalar göstərir ki, həll olunmamış sosial travmalar, rejimin avtoritar təbiəti ilə birlikdə siyasətə və dini ideologiyaya nüfuz etmiş narsisist münasibətləri gücləndirib.
Daha ətraflı araşdırmaq üçün biz narsistlərin 10 əsas xüsusiyyətini və onların İran rejiminin davranışındakı əksini araşdıraq.
Narsissizmin 10 klassik xarakteristikası
1. Özünə möhtəşəm bir hörmət hissi
- Nailiyyətləri şişirtmək və ləyaqətsiz bir şəkildə onları üstün genlərə məxsus bir amil kimi tanınmağı gözləmək.
2. Uğur, güc və ya mükəmməllik fantaziyaları ilə məşğul olmaq
- Daim sonsuz uğur, güc və üstünlük xəyalında olurlar.
3. Xüsusi və unikal olduğuna inam
- Onlar hesab edirlər ki, yalnız müəyyən qruplar onları başa düşə və ya onların yerinə sahib ola bilər.
4. Həddindən artıq heyranlığa ehtiyac duymaq
- Özünə hörmətini qorumaq üçün daim tərifə və təsdiqə ehtiyacı var.
5. Haqlı olmaq hissi
- Başqalarından xüsusi rəftar və öz istəklərinə sözsüz şəkildə tabe olmağı gözləyir.
6. Başqalarından sui-istifadə etmək
- Peşman olmadan (həyasızcasına) şəxsi mənfəət üçün insanlardan və ya şəraitdən istifadə edir.
7. Başqalarının dərdinə şərik olmaq hissinin (empatiyanın) olmaması
- Başqalarının duyğularını tanımaq və ya başa düşməmək.
8. Başqalarına həsəd aparmaq və ya başqalarının sizi qısqandığına inanmaq
- Tez-tez qısqanır və ya başqalarının da onu qısqandığına inanır.
9. Təkəbbürlü olmaq və ya özünü vacib hesab etmək davranışı
- Daim başqalarına qarşı təkəbbürlü və alçaldıcı davranışlar nümayiş etdirir və tez-tez onları aşağılayır.
10. Saxta inam altında gizlənən kövrək özünə hörmət
- Güvən səthinin altında gizlənən və tənqiddən asanlıqla zədələnən etibarsızlıq.

Narsisizm və şiə ideologiyası arasındakı oxşarlıqlar
Şiəlik, İran İslam rejimi tərəfindən şərh edildiyi kimi, narsisizmlə əlaqəli bir çox xüsusiyyətləri əks etdirir. Şiələr qürurla digər İslam məzhəblərindən, xüsusən də sünnilərdən üstün olduqlarını bəyan edir və çox vaxt onları batil və ya azğın hesab edirlər. Bəzi tanınmış şiə alimləri hətta sünniləri kafir adlandırırlar.
Şiə əqidəsi İmam Əlinin və onun nəslinin ilahi mənsubiyyətini vurğulayaraq, müstəsnalıq və hüquq hissi yaradır. Bu dünyagörüşü Xomeyni və Xamenei kimi özlərini İslam dünyasının qanuni liderləri və İmam Zamanın davamçıları hesab edən rəhbərlərin münasibətində də özünü göstərir. Aşağıda narsisizmin 10 xüsusiyyəti və onların şiə inancları ilə oxşarlıqlarının ətraflı müqayisəsi verilmişdir:
Narsissizmin xüsusiyyətləri və şiə baxışı
1.Özünə möhtəşəm bir hörmət hissi
- Narsisizm: Nailiyyətləri şişirdir və özünü mahiyyətcə üstün hesab edir.
- Şiə baxışı: Şiə alimləri tez-tez iddia edirlər ki, onların əqidəsi və İmam Əliyə sədaqəti onları digər müsəlmanlardan üstün edir.
2. Məşğuliyyət və haqlı olduğuna inanmaq
- Narsissizm: Bilikli və ən uğurlu olmaq vəsvəsəsi.
- Şiə baxışı: İslamın şiə təfsirlərinin ilahi rəhbər və yeganə düzgün yol olduğuna inam.
3. Xüsusi və eksklüziv mənsubiyyət hissi
- Narsisizm: Özünü elit (seçilmiş), xüsusi qrupun bir hissəsi kimi görür.
- Şiə baxışı: Şiələr özlərini 12 İmamın seçilmiş ardıcılları hesab edirlər.
4. Tanınma və təsdiqə ehtiyac
- Narsisizm: Daim başqalarından tərif və təsdiq umur.
- Şiə baxışı: Aşura kimi dini mərasimlər tez-tez şiələrin möhkəmliyinə və şəhadətinə heyranlıq oyatmağa çalışır.
5. Haqlı olmaq hissi
- Narsisizm: Xüsusi rəftar və istəklərə uyğunluq gözləmək.
- Şiə baxışı: Siyasi və dini liderlik üçün ilahi haqqa inam.
6. Tarixi rəvayətlərdən istifadə
- Narsisizm: Şəxsi mənfəət üçün şəraiti manipulyasiya etmək.
- Şiə baxışı: Şiəlikdə sədaqəti və şəxsiyyəti gücləndirmək üçün İmam Hüseynin şəhadətini vurğulayır.
7. Müxalif fikirlərə empatiyanın olmaması
- Narsisizm: Başqalarının hisslərinə və perspektivlərinə məhəl qoymur.
- Şiə baxışı: Sünni təfsirləri çox vaxt göz ardı edilir və ya gözdən salınır.
8. Başqalarına qarşı qısqanclıq və şübhə
- Narsisizm: Paxıllıq hiss edir və ya başqalarının onlara həsəd apardığını düşünür.
- Şiə baxışı: Əksəriyyəti sünni olan xalqları şiə ideologiyasına düşmən və ya paxıl kimi qəbul edir.
9. Təkəbbürlü davranış və ya başqalarına hörmətsizlik
- Narsisizm: Təkəbbürlü davranış və başqalarını alçaltmaq.
- Şiə baxışı: İranın dini və tarixi irsi ilə fəxr etmək, çox vaxt başqalarının nailiyyətlərinə məhəl qoymamaq.
10. Saxta inam altında gizlənən kövrək özünə hörmət
- Narsisizm: Zahiri inam pərdəsi altında gizlənən güvənsizlik.
- Şiə baxışı: Dini kimliyin güclü ifadələrindən tez-tez zəiflikləri gizlətmək üçün istifadə olunur.
Düşmənçiliyin güclənməsində ruhanilərin rolu
İran İslam Respublikası rejimi öz ideoloji çərçivəsini həyata keçirmək üçün daha çox din xadimlərinə və ya mollalara arxalanır. Amili (Ərdəbilin imam cüməsi) kimi insanlar gərginlik yaratmaq və icmaları parçalamaq üçün tez-tez təxribatçı ritorikadan istifadə edirlər. Onların rolu rejimin ideoloji hekayələrini təbliğ etmək və repressiv siyasətlərə haqq qazandırmaqla yanaşı, türk ünsürünə (həm daxili, həm də xarici) qarşı düşmənçiliyi gücləndirməkdir.
Tarix göstərir ki, din xadimləri avtoritar rejimlərin qanuniləşdirilməsində mühüm rol oynayıblar. Təlimlərini siyasi gündəmlərə uyğunlaşdıraraq, fərqli fikirlərə nəzarət etmək və onları yatırtmaq üçün dini doktrinadan sui-istifadə edirlər.
Ona görə də hakimiyyətdə kimin olmasından asılı olmayaraq – istər Pezeşkian, istərsə də başqaları; onların hamısı bu faşist rejimin göstərişlərini yerinə yetirməyə və bölücülük rolunu oynamağa məcburdurlar. Rejim Türkiyə, Azərbaycan və ya Ərəb Körfəzi (Kəngər Körfəzi) dövlətləri kimi qonşu dövlətlərin iqtisadi və siyasi uğurları ilə qarşılaşdıqda, öz xudbin (eqoist) daxili mahiyyətini və bədxahlığını və bu hadisələrə dözə bilmədiyini ortaya qoyur. Rejim qarşılaşdığı uğursuzluqlarında özünə düşmən hesab etdiyi ABŞ, İsrail və ya digər güman edilən xarici qüvvələri günahlandırmağa başlayır.
Bu arada təcrübəli siyasətçi Məsud Pezeşkian ictimai rəyi çaşdırmaq, özünün və rejimin səmərəsizliyini ört-basdır etmək üçün “Nəhcül-bəlağə”dən məharətlə istifadə edir. İşinin səmərəliliyini nümayiş etdirmək səylərinə baxmayaraq, Pezeşkian rejimin üzləşdiyi əsas problemlərin həllində dəfələrlə uğursuzluğa düçar olub. Onun mövcud problemlərin həlli üçün effektiv yollar təqdim edə bilməməsi getdikcə daha aydın görünür və gec-tez vəziyyəti daha da pisləşdirmədən istefa verməyə məcbur olacaq.
İran rejiminin azərbaycanlılara qarşı unudulmaz cinayətləri
Azərbaycan xalqı istər sərhədin bu tərəfində, istərsə də digər tərəfində (hazırda İran-Azərbaycan sərhəd xətti kimi tanınır) heç vaxt unutmayacaq ki, bu rejim (indiki İran rejimi nəzərdə tutulur) Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizi Ermənistan tərəfindən işğal olunarkən (təbii ki, Rusiyanın açıq-aşkar dəstəyi, hərbi və iqtisadi yardım ilə azərbaycanlılara qarşı cinayət və qırğınların baş verdiyi zamanlarda) necə hərəkət edib. Bu dövrdə bir çox farsdilli iranlıların səssizliyi və hətta səssiz dəstəyi də eyni dərəcədə narahatedici idi. Bu da rejimin köklü irqçiliyini, faşizmini və İran-Fars narsisizmini daha çox ifşa etdi. Əslində bu hərəkətlər ayrı-ayrı hadisələr deyil, başqalarının hüquq və ləyaqətini qəbul etmək istəməməsi ilə idarə olunan sistematik qərəzli siyasətin bir hissəsi idi.
Birlik və cavabdehliyə doğru hərəkət
İran rejiminin siyasəti azlıqların, xüsusən də Azərbaycan əhalisinin əksəriyyətinin üzərində dərin izlər buraxıb. Lakin bu hərəkətlər həm də İranın qeyri-fars xalqının müqavimət göstərmək, axtarmaq və ədalətə nail olmaq iradəsini gücləndirib. Bölücü (separatçı) ideologiyalara qarşı mübarizə təhsil, tənqidi düşüncəyə dözümlülük və dəqiq tarixi yanaşmalar tələb edir.
Etnik və dini qruplar arasında qarşılıqlı hörmət və bərabərliyə əsaslanan gələcəyin qurulması üçün birlik və cavabdehliyin təşviqi vacibdir. Zülmün köklərini dərk edərək, icmalar bölücü ideologiyaları aradan qaldırmaq və daha əhatəli dünya yaratmaq üçün birlikdə işləyə bilərlər.
Yusif Nəmin
8 yanvar 2025

Mənbə:
https://azenglishnews.com/%d8%b1%db%8c%d8%b4%d9%87-%d8%af%d8%b4%d9%85%d9%86%db%8c-%d8%b1%da%98%db%8c%d9%85-%d8%a7%db%8c%d8%b1%d8%a7%d9%86-%d8%a8%d8%a7-%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%db%8c-%d8%a2%d8%b0%d8%b1%d8%a8%d8%a7%db%8c/

https://azenglishnews.com/what-is-the-root-of-the-iranian-regimes-hostility-toward-the-republic-of-azerbaijan/
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!