TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 9-01-2025, 22:47
Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ


Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ

Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyə standartlarının protokollarına uyğun həyata keçirilir: "Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir".
Səhiyyə Nazirliyi ilk növbədə kosmetologiya və plastik cərrahiyyə sahəsi ilə yalnız ali tibb təhsili olan şəxslərin məşğul olmasına icazə verildiyini diqqətə çatdırıb: "Kosmetologiya sahəsində kosmetoloji xidmətləri yalnız həkim-dermatoveneroloqlar həyata keçirə bilər.
Plastik cərrahiyyə sahəsinə gəldikdə isə, bu yüksək peşəkarlıq və uzunmüddətli hazırlıq tələb edən ixtisas növüdür. Bu sahə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq "Plastik cərrahiyyə" ixtisası üzrə rezidentura təhsili almış şəxslər tərəfindən həyata keçirilə bilər. Yəni, Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə üzrə tibbi xidmətlər (əməliyyatlar) yalnız bu hazırlıq dərəcəsinə yiyəlinmiş (diplom almış) şəxslər tərəfindən icra oluna bilər.
Kosmetoloqlar (həmçinin, tibbi kosmetoloq və həkim-dermatoloqlar) heç bir halda plastik cərrahi iş üzrə tibbi xidmət göstərə bilməzlər. Bu fəaliyyəti yalnız "plastik cərrah" ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik mütəxəssislər göstərə bilərlər".
Nazirlikdən bildirilib ki, plastik cərrahiyyə əməliyyatları müvafiq əsasnamə ilə səlahiyyətləri olan dövlət tibb müəssisələri, həmçinin plastik cərrahi iş üzrə ambulator və stasionar tibbi xidmətlərə malik lisenziyası olan özəl tibb müəssisələri göstərə bilər: "Əlbəttə ki, bu müəssisələrdə müvafiq stasionar anestezioloji-reanimatoloji xidmət və aidiyyəti üzrə digər xidmətlər və təchizatın olması şərtdir. Plastik cərrahiyə sahəsində tibbi fəaliyyətin həyata keçirilməsi üçün tələblər digər cərrahi müdaxilələr kimi "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar"la tənzimlənir. Hazırda Səhiyyə Nazirliyində bu qaydanın da tibb elminin müasir tələblərin uyğunlaşdırılması sahəsində işlər davam edir".
Nazirlik onu da diqqətə çatdırıb ki, plastik, rekonstruktiv və estetik cərrahlardan başqa digər cərrah mütəxəssislər müstəsna hallar (təcili və təxirəsalınmaz hallar) istisna olmaqla, bu növ əməliyyatları icra edə bilməz: Müvafiq sahələr üzrə hər bir plastik cərrah yalnız öz ixtisasına uyğun olan əməliyyatlar icra edə bilər, məsələn, lor yalnız renoplastika, oftalmoloq bleforaplastika əməliyyatını icra edə bilər və s".
Nazirlik ümumi cərrah, lor-cərrah və ya üz-çənə cərrahiyyəsi, kosmetologiya ixtisasları üzrə bəzi əməliyyatlar xaric plastik cərrahiyyə əməliyyatlarını yalnız plastik cərrahların icra edə biləcəyini açıqlayıb: "Hər bir ixtisas üzrə Rezidentura Təhsil Proqramı var ki, bu proqramda da həkimin icra edəcəyi cərrahi əməliyyatların siyahısı təsdiq edilib, yəni həm ümumi cərrahların, həm də plastik cərrahların rezidenturanı bitirdikdən sonra icra etmək hüquqları olan əməliyyatlar siyahısı bəllidir. Bu rezidentura təhsili ilə bağlı bütün digər ixtisaslara da aiddir.
Bundan başqa hazırda Səhiyyə Nazirliyində bütün tibb ixtisasları üzrə peşə standartları hazırlanır ki, bu sənəddə artıq nəinki cərrahi əməliyyatlar, həmçinin ambulator yardım üzrə də ixtisas həkiminin konkret diaqnozlar istiqamətində icra etməli olduqları profilaktik tədbirlər, müayinə, müalicə və reabilitasiya ilə bağlı konkret siyahılar öz əksini tapacaq.
Şəxsin biometrik identifikasiya xüsusiyyətləri "Biometrik informasiya haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Bu qanunda biometrik göstəricilərin bilərək, məqsədyönlü dəyişdirilməsi qanun pozuntusu hesab olunur".
Rezidentura tətbiq edildikdən sonra isə 11 nəfərə plastik cərrah ixtisası verildiyi bildirilib.
Plastik cərrahiyə ilə bağlı mediada reklam olunan tibb mütəxəssisləri və onlara aid müxtəlif fərqləndirici "adlar"a Səhiyyə Nazirliyi tərəfindən nəzarət mexanizmi mövcud olmadığı da diqqətə çatdırılıb: "Nazirliyə daxil olan şikayətlər aidiyyəti üzrə baxılır və zərurət olduğu təqdirdə, araşdırma, plandankənar yoxlama şəklində nəzarət tədbirləri həyata keçirilir.
Tibb fəaliyyəti ilə məşğul olan şəxslərin diplomlarının yoxlanılması Səhiyyə Nazirliyi tərəfindən davamlı şəkildə aparılır və belə hallar dəfələrlə aşkar edilərək hüquq mühafizə orqanlarına təqdim edilib. Qeyd edək ki, qeyri-qanuni tibb fəaliyyəti ilə bağlı yoxlamalar yalnız diplomların həqiqiliyini yoxlanılması ilə məhdudlaşmır. Səhiyyə Nazirliyi bu istiqamətdə tədbirləri davam etdirir".
Nazirlik yoxlamaların aparılması zamanı rast gəlinən çətinliklər haqqında da məlumat verib: "Hazırda sahibkarlıq sahəsində yoxlamaların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun həyata keçirilir. Səhiyyə Nazirliyinin nümayəndələri planlı yoxlamalar üçün tibb müəssisəsinə gəlməzdən bir necə gün əvvəldən bu barədə tibb müəssisəsinə məlumat verirlər. Yoxlamanın aparılacağı haqqında məlumatı olan sahibkar müəssisədə qeyri-qanuni fəaliyyətlərini ört-basdır etmək üçün zaman əldə edir. Plandankənar (növbədənkənar) yoxlamalar zamanı da "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"yə uyğun olaraq xüsusi prosedur qaydaya əməl olunmalı, Reyestrdə qeydiyyat aparılmalıdır. Təbii ki, bu zaman sahibkarın qanunsuz və ya keyfiyyətsiz fəaliyyətini ört-basdır etməyə şərait yaranır. Məqsədəuyğun olardı ki, tibb xidmətləri və əczaçılıq sahəsində sahibkarlıq sahəsində yoxlamaların aparılması qanunvericiliyinə yenidən baxılsın. Təbii ki, sahibkarlığın inkişafı vacib sahədir, lakin vətəndaşımızın sağlamlığı və həyatı daha vacibdir".
Nazirlikdən o da bildirilib ki, plastik cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir: "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əsasən vətəndaşlara tibbi yardımın göstərilməsi, müalicə və müdaxiləsi, sağlamlığına dair məlumat almaq, müalicədən imtina və ya könüllü razılıq verilməsi və digər münasibətlər tənzimlənir. Plastik cərrahlar etik davranış qaydalarını və mənəvi dəyərləri üstün tutaraq, pasiyentləri düzgün istiqamətdə məlumatlandırmalı, müayinə və müalicə etməlidir. Buraya zəruri olmayan və mümkün qədər cərrahi müdaxilə olmadan ötüşməli hallar da daxildir.
Təbii ki, media, sosial şəbəkələr və s. vasitəsilə cəmiyyətdə təbliğ edilən bəzi paradiqmalar insanlarda emosional narahatlıq yaradır. Nəticə olaraq, insanlar öz xarici görünüşlərini dəyişmək üçün yollar axtarırlar. Bu siyahıda heç bir tibbi əsası olmayan pəhrizlər, müxtəlif bioloji aktiv əlavələrdən (BAD) istifadə və ən radikal üsul olan cərrahi müdaxilələr də var. Tibbi deontologiya prinsiplərinə uyğun olaraq, yalnız plastik cərrah deyil, bütün tibb işçiləri xəstəyə bu və ya digər tibbi proseduru tətbiq etməzdən öncə prosedur haqqında, onun təsiri, mümkün ağırlaşmaları və yan təsirləri haqqında məlumat verməlidirlər. Plastik cərrahi əməliyyatlara gəldikdə isə, plastik cərrahiyyənin əsas məqsədi ilk növbədə anadangəlmə qüsurlar, müxtəlif travmalar və ya yanıqlardan sonra insan bədənində yaranan qüsurlar və ya deformasiyaların aradan qaldırılmasıdır. Bu əməliyyatlar insanların həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədini daşıyır. Plastik cərrahiyyənin bir hissəsi olan estetik cərrahiyyənin böyük qismi isə, təəssüf ki, hazırda daha çox insanların dərisində yaşla bağlı fizioloji dəyişikliklərin aradan qaldırılması, bədən hissələrinin şəkilləndirilməsi, "gözəllik etalonlarına" uyğunlaşdırılması və bu kimi əməliyyatları əhatə edir. Yəni, əslində hər hansı bir tibbi göstəriş olmadan cərrahi müdaxilə tətbiq edilir.
Hüquqi baxımdan buna hər hansı qadağa yoxdur, lakin əhali arasında gözəllik, təbiilik və insanların özünəməxsusluğunun vacibliyi haqqında yalnız həkimlər deyil, bütün cəmiyyət institutlarının iştirakı ilə maarifləndirmə aparılmalıdır. Burada medianın da rolu vacibdir".


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!