Ölkəsinə qayıdan suriyalılar üçün 1700 avro .....                        21 yaşlı hamilə qadın vəfat etdi .....                        Qəzaların əsas səbəbi: dar səkilər, keçidi olmayan yollar .....                        Ermənistanın qiyamçı keşişi İrana gedib .....                        Xarici işlər naziri kanslerdən niyə küsüb? - SƏBƏB .....                        Rəsininin öldürülməsilə bağlı iddialar rəsmən RƏDD EDİLİB .....                        İmişlidəki qəza yerində xuliqanlıq törədənlər saxlanılıb - DİN .....                        İmişlidəki hadisə ilə bağlı cinayət işi açıldı .....                        İmişlidəki qəzada ölən və yaralanan uşaqların çoxu qızlardı - TƏBİB AÇIQLADI .....                       
11-01-2025, 19:22
"Liverpul" 4 qol vurdu


"Liverpul" 4 qol vurdu

"Liverpul" komandası İngiltərə Federasiya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.
Mersisayd təmsilçisi 1/32 finalda doğma meydanda "Akkrinqton"la qarşılaşıb.
Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Dioqo Jota, Trent Aleksandr-Arnold, Jaydon Danns və Federiko Kyeza vurublar. Bununla da, "Liverpul" komandası adını 1/16 final mərhələsinə yazdırıb.
11-01-2025, 18:40
Ukrayna koreyalı hərbçiləri əsir götürdü - FOTO


Ukrayna koreyalı hərbçiləri əsir götürdü - FOTO

Ukrayna Rusiyanın Kursk vilayətində Şimali Koreya hərbçilərini əsir götürüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O bildirib ki, iki əsgər yaralı olsa da, sağ qalıb və Kiyevə aparılıb:
“Bu asan məsələ deyil: Rusiya qüvvələri və Şimali Koreyanın digər hərbi qulluqçuları adətən Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair sübutları silmək üçün yaralıları öldürürdülər. Bu iki şəxsi əsir götürən hərbçilərimizə minnətdaram. Bütün hərbi əsirlərə olduğu kimi, bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilir. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalistlərin bu məhbuslarla görüşməsinə icazə verməyi tapşırmışam. Dünya baş verənlərlə bağlı həqiqəti bilməlidir”.




11-01-2025, 18:30
İrandan Azərbaycana qarşı növbəti təxribat


İrandan Azərbaycana qarşı növbəti təxribat

İranın şimalında yeni uzunmənzilli radarlar quraşdırılıb.
Bu barədə məlumat İranın rəsmi informasiya agentliklərində yayılıb.
Bildirilir ki, "Nazir" adlar radarlar 800 kilometrədək radiusda fəaliyyət göstərə biləcək.
Radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək. Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran hava hücumundan müdafiə sistemlərinin müşahidəsi altında olacaq.
İddia edilir ki, adar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar edə, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir.
Ekspertlər yeni radarların Ərdəbil şəhəri yaxınlığında quraşdırılmasını Azərbaycana qarşı təxribat kimi qiymətləndirir.

11-01-2025, 18:18
"Mercedes" kanala aşdı: yaralı var


"Mercedes" kanala
aşdı: yaralı var


Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə bu gün 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobilin idarə etmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunublar. Faktla bağlı araşdırma aparılır.
11-01-2025, 17:51
Onun hər addımı örnək idi...


Onun hər addımı örnək idi...

Özündən sonra təkcə sevdiklərinin, doğmalarının, əzizlərinin yox, onu tanıyan hər kəsin qəlbində bir boşluq qoyub gedən Fikrət Əliyevin işıqlı xatirəsini yad edir, onun ömür yolunun səhifələrini vərəqləyirik. Bu dünyada yollar çoxdur- əqidə yolu, şərəf yolu, ləyaqət yolu. İnsanları birləşdirən, ayıran yollar... Bu yolların ən çətini ürəklərə gedən yoldur. İnsanın tutduğu vəzifədən, ictimai mövqeyindən, titullarından daha ucada dayanan bir məqam varsa, o da qəlblərə gedən yolu tapmaq, o yolu qət etmək, könüllərdə əbədi taxt qurmaqdır. Bu yalnız seçilmiş insanlara nəsib olur.
Fikrət Əliyev də seçilmiş insanlardandır ki, cismani yoxluğundan illər ötsə də unudulmur, hələ də xatirələrdə, qəlblərdə yaşayır. İndi onu çoxları xatırlayır, həsrətini çoxları çəkir. Amma 30 illik ömür-gün yoldaşı Çimnaz Əliyeva bir an belə unuda bilmir. Arxam-dayağım Fikrətin 70 yaşı tamam olmalı idi,-deyir. Çox təəssüf ki, yanımda yoxdur. Biz onun həyatımızda olan hər gününü, hər saatını yadımıza salırıq. İstəyirik ötən günləri yenə də bir yerdə yaşayaq.
Yusif İsmizadə dostunu belə xarakterizə edir: Məğrur duruşu, yerişi insana qol-qanad verirdi. Heç kəsə biganə qala bilməzdi. Çox vətənpərvər, xalqına bağlı bir şəxsiyyət idi. Fikrətlə bizim dostluğumuz tələbəlik dövrünə təsadüf eləyir. Biz 5 dost olmuşuq. Fikrət içimizdə tamamilə fərqli- öz alicənablığı, daxili mədəniyyətilə seçilən bir şəxsiyyət idi. Yaxınlarına, ətrafına, doğmalarına, dostlarına daima yardım eləyib. Bu fikri bacısı Nigar xanım da təsdiqləyir:

“Bütün yaxınlarına, qohum-əqrabasına fərq qoymayıb, hamısına öz övladı kimi olub”.
Tələbə yoldaşı Rasim Şirəliyev: “Onun nə qədər yumşaqlığı, nə qədər həlimliyi vardısa, bir o qədər də ciddiliyi var idi. İşində çox tələbkar idi. Tələbə vaxtı tanış olanda Fikrət diqqətimi əvvəldən cəlb elədi. Yüksək mədəniyyətilə hiss olunurdu ki, gözəl ailə tərbiyəsi alıb. Heç vaxt ucadan danışmırdı, tərəf müqabilinin sözünü kəsmirdi, axıra qədər qulaq asırdı, o söhbət məntiqə uyğun olmasa, belə, sona qədər dinləyirdi. O xüsusiyyət hər adamda olmur.
Qudası Nurəddin Uluxanlı, qonşusu Zəfər Verdiyev onun gözəl insani keyfiyyətlərindən, şəxsiyyət mükəmməlliyindən söhbət açdılar. Dostunun oğlu, həmkarı Nadim Babayev Fikrət müəllimdən çox şey öyrəndim,-dedi. Dostluğa sadiqliyi, insanlara qarşı nəzakətli davranmağı. Elə sözləri varkı həqiqətən bu gün də mənim həyatımda həmin sözlər yolgöstərəndir.
Dayısı ilə qürur duyan Altay Tanrıverdiyev o bir şərəfli ömür yaşadı,- dedi. O, mənim üçün sadiq dost, ağsaqqal, yol göstərən idi. Onun hər addımı bir örnək idi insanlar üçün. Belə insanlar mən deyərdim ki, milyonda bir həyata gəlir.
Firuzə Kərimova (qızı): Atam qayğıkeş, məsuliyyətli və çox dəqiq idi. İlk təhsili tibb sahəsində olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həkim kimi Bakıda çalışıb. Sonra indiki Sanktpeterburq o vaxtkı Leninqrad şəhərindən aspiranturada təhsili davam eləmək üçün təklif alır, mən və ikinci bacım körpə olduğumuz üçün bizi qoyub gedə bilmir. Bu arzusu onun ürəyinin bir güşəsində həmişə yaşayırdı. 40 yaşında Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə qəbul oldu. Dedi,- eybi yox, müdafiəmi eləyə bilməsəm də, qismət olar balalarımın birinə. İndi mən 2 qat sevinirəm. Çünki həm özümün, həm də atamın arzusunu yerinə yetirdim. Paşa babamın arzusu Hüquq təhsili almaq imiş. Müəyyən səbəblərdən alınmayıb. Atam onun arzusunu həyata keçirdi deyə çox sevinirdi.
Qohumu Orxan Əfəndiyev, qızları Natəvan Uluxanlı, Aynurə Naibova və oğlu Paşa Fikrət Əliyevlə bağlı xatirələrini bölüşdülər. Həmişə atalarının adını uca tutmağa çalışdıqlarını bildirdilər.
Bu dünyada kimisinə qısa, kimisinə uzun biçilmiş bir yol da var-ömür yolu. Mirzə Cəlilin dediyi kimi, ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.

Fikrət Paşa oğlu Əliyevin 53 illik ömür yolu 6 yanvar 1955-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində başladı. Atası rayonun sayılıb seçilən, hörmət sahibi olan adamlarından idi. Yüksək mədəniyyəti, alicənablığı ilə seçilən Paşa Əliyev Gığı Kənd Sovetinin sədri olub. Ailədə Fikrətdən böyük 2 qardaşı 2 bacısı da var idi.
Gığı kənd orta məktəbini bitirən Fikrət 1970-ci ildə ATİ-nin Müalicə işi fakültəsinə daxil olur. Deyilənə görə insan çox vaxt öz xarakterinə, mənəviyyatına və daxili aləminə uyğun peşələr seçir. Fikrət həkim olmağa qərar vermişdi. Bu məsuliyyətli peşəni seçən insanın zəngin ruhu, insanlığa böyük sevgisi olmalıdır. Tələbəlik illəri ona mötəbər peşə və dərin biliklərlə yanaşı, həm də ömrünün sonuna qədər qoruyub saxlaya bildiyi möhkəm və sadiq dostlar qazandırdı. İnternaturada oxuduğu dövrdə Fikrət Əliyev Azərbaycanın məşhur cərrahı Mustafa bəy Topçubaşovun rəhbərliyi altında əməliyyatlara girir, böyük alimin təcrübəsindən yararlanırdı. Topçubaşov Fikrətin gələcəkdə yaxşı mütəxəssis olacağını deyirdi.
Kardioloq ixtisası ilə möcüzələr adası adlandırılan neft daşlarında işə başladı. 1982-1988-ci illərdə Fikrət Əliyev 6 nömrəli şəhər xəstəxanasında çalışdı. 1988-ci ildən Daxili İşlər Nazirliyinin Hərbi Hospitalında şöbə müdiri təyin edildi. Fikrət torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə də iştirak etdi, ön cəbhədə peşəkar həkim kimi əsgərlərimizə yardıma qoşuldu. 100-lərlə igidin həyatda qalmasına vəsilə oldu. Ön cəbhədə göstərdiyi fədakarlığa görə Qarabağ müharibəsi veteranıdır.
Fikrət Əliyev ikinci ali təhsili Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində aldı. Bununla o həm özünün, həm də atasının ən böyük arzularından birini gerşəkləşdirdi. 2008-ci ildən Ədliyə nazirliyində çalışan, tibb idarəsinin rəisi vəzifəsinə qədər yüksələn Fikrət Əliyev vicdanı, şərəfi və ləyaqətilə ünsiyyətdə olduğu insanların rəğbətini qazandı. Çalışdığı vəzifələrə hörmət və şöhrət gətirdi, ona etibar olunan mənsəbə ləyaqətlə qulluq etdi. Hər addımında, hər qərarında haqqı, ədaləti qorudu. Qanunun keşiyində durdu, xeyirxahlığı da əldən vermədi. Sadəliyi, təvazökarlığı, insanlığı onun tutduğu bütün vəzifələrdən yüksəkdə dururdu.
Ömür səhifəsinə gözəl əməllər yazan Fikrət Əliyev sanki qurub yaratmağa, dara düşənə dayaq, ümidsizə ümid olmağa gəlmişdi bu dünyaya. Qəlblərin memarına çevrilən bu insanla sadəcə dərdləşmək, söhbət etmək, belə, insana daxili rahatlıq, mənəvi dinclik gətirirdi. Bəli bu fani dünyada mərhəmət, sevgi qədər insanları bir-birinə bağlayan, yaxınlaşdıran bir qüvvə yoxdur. Qəlbləri sevindirmək, dərdi olanın dərdinə şərik çıxmaq, lazımi məqamda yanında olmağı bacarmaq hamıya verilən pay deyil. Tanrı yalnız sevimli bəndələrini bu cür mükafatlandırır. Allahın bizə əmanət etdiyi ömür payını təkcə özü, ailəsi, sevdikləri, yaxınları üçün yaşamayan, ömrünü elə obaya vətənə xalqa xidmətə həsr edən insanlar bir evin övladı olmaqdan çıxıb, bir elin övladı olurlar.
Fikrət Əliyev də elin övladı olmağı bacardı. Onun da ömür yolu enişlər, yoxuşlarla dolu olub, amma həyatda xoşbəxtliyin ona güldüyü məqamlar daha çox olub. 1979-cu il avqustun 26-da o öz taleyini ona arxa-dayaq, sirdaş, yoldaş olmağı bacaran Çimnaz xanımın taleyinə bağladı. Həm Fikrət müəllimin səbri, diqqəti, qayğıkeşliyi, ailə başcısı kimi nümayiş etdirdiyi müsbət keyfiyyətlər, həm də xanımının nəcibliyi bu ailənin möhkəmliyinə zəmin yaratdı.
Ən ali peşələrdən biri- müəllim adını daşıyan Çimnaz xanım birlikdə yaşadıqları 30 il ərzində daim Fikrət müəllimə inamı, səbri, təmkini, nəvazişi ilə dəstək oldu. Onlar ocaqlarının qapısını dost, tanış, doğmalar üçün daim açıq tutdular, halal zəhmətlə qazandıqlarını qonaqpərvərliklə süfrəyə düzdülər. Fikrət müəllim heç kəsi qapıdan ac, susuz, əli boş geri qaytarmayıb.

İçində var-dövlət, daş-qaş olan ev yox, hörmət, mərhəmət, məhəbbət olan ev zəngin sayılır. Bu baxımdan Fikrət müəllimin ocağında dünyaya gələn, onun tərbiyəsi, onun öyüd nəsihəti ilə böyüyən övladları da atalarının keyfiyyətlərinin çoxunu məmnuniyyətlə daşıyırlar. İnsanın cəmiyyət üçün, başqaları üçün görə biləcəyi ən yaxşı əməllərdən biri də öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir. Fikrət müəllim də Çimnaz xanımla birlikdə cəmiyyət üçün ləyaqətli şəxsiyyətlər yetişdirib. Onlara elmi, təhsili sevdirib hörmət, diqqət, xeyirxahlıq kimi insani keyfiyyətləri aşılıyıblar.
Valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik övladlar yetişdirmək hər ailənin arzusudur. Fikrət müəllimin bu arzusu da çin olub. Onun müqəddəs ailə çırağını bu gün 4 övladı və nəvələri yandırır.
Deyirlər zaman hər dərdə dərman, hər yaraya məlhəmdi, qəmi qüssəni unutdurur, acıları yüngülləşdirir. Bəzən isə zaman aldığının yerinə heç nə vermir. Zaman Fikrət Əliyevi sevdiklərindən ayırdı. Sanki ölüm də bilirdi ona yaraşmadığını. Ona görə də xəbər, ətərsiz qəlbinə girərək onu şah damarından vurdu. Mərhəmətli ürəyi bu zərbəyə tab gətirmədi. O, qəfil gedişilə bütün sevdiklərini, onu sevənləri sarsıtdı. Gedişi ilə qəlblərdə ağır iz qoyan Fikrət Əliyev heç vaxt unudulmayacaq.
Şux qamətli, boy buxunlu, nur simalı, şaqraq gülüşü ilə sevənlərinin yaddaşına əbədi həkk olunan bu insan sanki dünyaya özünü sevdirmək üçün gəlmişdi və onun gedişi ilə dünyanın işığı bir parça azaldı. İnsan var evdən gedər, insan var eldən gedər. O eldən getdi. Ömür boyu ömürlərə işıq daşıyan həssas ürəyi, kövrək qəlbilə neçə-neçə qəlbə məlhəm olan Fikrət Əliyev adında işıqlı bir insan keçib getdi bu dünyadan. Yalnız xoş xatirələri, xeyirxah əməlləri qaldı. Buna görə də Fikrət Əliyev onu sevənlər tərəfindən xatırlandığı ürəklərdə, yaddaşlarda qaldığı müddətcə var olacaq.
O, daim övladlarının, nəvələrinin baxışında, səsində, gülüşündə xeyirxah əməlində yaşayacaq. Onun əkib becərdiyi ağaclar hər bahar yaşıllaşanda, hər mövsüm bar verəndə, sevənləri hər dəfə onun xatirəsinin işığına toplaşanda Fikrət müəllimi yaşadacaqlar.

“Bütöv Azərbaycan” qəzeti
10 yanvar 2025
11-01-2025, 17:42
Putin həmin hərbçiyə Rusiya Qəhrəmanı adı verdi


Putin həmin hərbçiyə Rusiya Qəhrəmanı adı verdi

Rusiya Prezidenti Vladimir Putin yakutiyalı hərbçi Andrey Qriqoryevə Rusiya Qəhrəmanı adının verilməsi barədə fərman imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, yanvarın əvvəlində sosial şəbəkələrdə rus və ukraynalı hərbçi arasında əlbəyaxa döyüşü əks etdirən görüntülər yayılıb. Qriqoryev ukraynalı hərbçi ilə əlbəyaxa döyüşə çıxıb. Daha sonra o, ukraynalını bıçaqla öldürüb.
Görüntülər ölən Ukrayna əsgərinin dəbilqə kamerasına yansıyıb. Videoda Ukrayna hərbçisi rusiyalını indiyə qədər gördüyü ən yaxşı döyüşçü adlandırıb.
11-01-2025, 17:10
Paşinyan respressiyalara başlayır: rəqiblərindən xilas olmaq istəyir


Paşinyan respressiyalara başlayır: rəqiblərindən xilas olmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti parlament seçkilərinə qədər rəqiblərindən xilas olmaq istəyir.
Bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Bildirilir ki, o, komandasına rəqiblərini həbs etmək üçün “əsaslar tapmağı”, əgər yoxdursa, “yaratmağı” və iş başlatmağı tapşırıb.
Paşinyan seçkiqabağı siyasi meydanda yalnız “sadiq müxalifət”in qalmasını istəyir. Baş nazir onlarla istənilən sövdələşməyə hazır olacaq.
“Paşinyan hakimiyyətini tənqid edən və ona real təhlükə yaradan qüvvələri sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edir. O, müstəqil mövqeyi olan və “Vətəndaş müqaviləsi” ilə razılaşmayan müxalifəti tamamilə susdurmağı planlaşdırır,” - deyə qəzet qeyd edib.
Ekspertlər hesab edirlər ki, növbəti dönəm Paşinyan üçün mühüm olacaq. Onun müxalifəti təzyiqlərlə sıradan çıxarmaq cəhdləri daxili sabitliyi pozmaqla yanaşı, ölkənin beynəlxalq müstəvidə daha böyük təzyiqlərlə üzləşməsinə səbəb ola bilər.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Sorğular Paşinyan nüfuzdan düşdüyünü və seçkilərdə təkbaşına hökumət qurmaq üçün yetərli səs qazana bilməyəcəyini göstərir.
Yeri gəlmişkən Ermənistan hakimiyyəti daxilində növbədənkənar seçkilərin keçirilməsi barədə də müzakirələrin aparıldığı deyilir. Paşinyan növbəti seçkilərdə məğlubiyyətin qaçılmaz olduğunu görsə, erkən seçkilər təyin edə bilər.
11-01-2025, 16:54
Naxçıvanda top mərmiləri tapıldı


Naxçıvanda top mərmiləri tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
11-01-2025, 16:31
Azərbaycanda iki yeni milli park salınacaq - RƏSMİ


Azərbaycanda iki yeni milli park salınacaq - RƏSMİ

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.
O bildirib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektarı xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.
Ötən il milli parklarımızı ümumilikdə 24 min 638 turistin ziyarət etdiyini bildirən xidmət rəsmisinin sözlərinə görə, COP29 zamanı ölkəmizə gələn xarici turistlər daha çox Şirvan və Abşeron milli parklarına baş çəkiblər. Həmin mövsümdə quşların müşahidəsi üçün çox unikal bir şərait mövcud idi, yəni quşların daha çox miqrasiya etdiyi dövrə təsadüf edirdi. Xarici turistlərin böyük əksəriyyəti məhz Şirvan və Abşeron milli parklarına səfər ediblər.
“İşğaldan azad edilmiş ərazilərdə 6 xüsusi mühafizə olunan təbiət ərazisi fəaliyyət göstərir. Bunlar Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlıqlarıdır. Əlbəttə ki, həmin ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər aparılır. Hazırda tərəfimizdən Bəsitçay dövlət təbiət qoruğunun sanitar-mühafizə zonasının xəritəsi tam yekunlaşıb. Ərazidə artıq inventarizasiya, çöl-tədqiqat işləri aparılıb. Digər xüsusi mühafizə olunan təbiət ərazilərindən isə Daşaltı yasaqlığının xəritəsi hazırlanıb. Həmçinin Arazboyu dövlət təbiət yasaqlığında işlər davam edir. Bununla yanaşı, azad edilmiş ərazilərdə reintroduksiya tədbirləri, eyni zamanda, bioloji müxtəlifliyin bərpası istiqamətində də fəaliyyətimiz davam edir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir”, - deyə R.Allahverdiyev bildirib.
11-01-2025, 16:21
Burun əməliyyatından sonra komaya düşən Nəzrinə görə araşdırma başladı


Burun əməliyyatından sonra komaya düşən Nəzrinə görə araşdırma başladı

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.
Fakt Nəsimi Rayon Prokurorluğunda araşdırılır.
Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:
"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalın reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müaicə və müşahidə davam etdirilir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!