20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 14-01-2025, 20:17
Çaldıran – məddahların yeni Kərbəlası


Maşallah Rəzmi

Çaldıran – məddahların yeni Kərbəlası

(İran İslam Respublikası Suriyanın məğlubiyyətini Çaldıran məğlubiyyəti ilə müqayisə edir)
İslam Respublikasının Rəhbəri Əli Xamneyi Bəşər Əsəd Suriyadan qaçdıqdan və İranın “Müqavimət oxu” adlandırılan proksi qruplarının məğlubiyyəti və nizamsızlığından dərhal sonra bu alçaldıcı məğlubiyyəti izah etmək üçün SEPAH-ın “Qüds” qüvvələrinin komandirləri və diplomatlarını çağırmaq, onları məsuliyyətə cəlb etmək əvəzinə, məddahlara müraciət edərəık 2024-cü ilin dekabr ayının 22-də təfərrüatlı çıxış etdi və onlara məğlub olmadıqlarını, müqavimətin canlı olduğunu söylədi. Rəhbər həmin çıxışında Suriyanın yeni hökumətini hədələdi və bildirdi ki, Suriyanın qeyrətli gəncləri tezliklə öz ölkələrini terrorçuların işğalından azad edəcəklər. O, öz nitqində “təşviqat işləri”nə və Suriya müharibəsi ilə bağlı həqiqətlərin təhrif edilməsinə görə məddahları məsul bildi.
İslam Respublikasında astronomik büdcəyə malik minlərlə rəsmi təbliğat qurumunun olduğu halda, məddahlara (təbliğatçılara) qeyri-məhdud əməli və təbliğat səlahiyyətlərinin verilməsi nəticəsində gözlənilməz nəticələrin olması təbii idi. Gördüyümüz kimi, Qumdakı bir məddah Zahidandakı Məkki sünni məscidinə getməyi zina etmək kimi qələmə verir, sünni İmamı Mövləvi Əbdülhəmidin çörəyini yeməyi haram hesab edir. Bununla da o, ölkə daxilində şiə-sünni savaşına yeni ölçülər vermiş oldu. Eyni zamanda Ərdəbildə Qulamrza Quluzadə adlı başqa bir məddah Çaldran müharibəsi şəhidlərinin xatirəsini anma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan prezidenti İlham Əliyevi təhqir edib. Bu təhqir İranın Bakıdakı müvəqqəti işlər vəkilinin Azərbaycan XİN-ə çağırılmasına səbəb olub və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycandan üzr istəyib.
Bütün bunların müqabilində “Ərdəbil əyalətinin məddahlar və Mərasim Şairləri Cəmiyyəti”nin məddahları səs-küylü bəyanat yayaraq, İslam Respublikasının daxili və xarici siyasətinə qarışmağı məddahların vəzifələrindən biri adlandırıblar və “Comhuri-ye Eslami” (İslam Cümhuriyyəti) qəzetini “Məddahlar Respublikası” terminini işlətdiyinə və İran İslam Respublikasını ayaqlar altına atan, onun qaydalarını pozan “Qəzetçilər, Jurnalistlər və Sənətçilər Respublikası”ndan söz açmadığına görə tənqid ediblər.
Məddahların bu bəyanatı özbaşına (Xamneyinin sözləri ilə desək, istədikləri kimi atəş aça bilən) qüvvələrin dili ilə yazılıb. Onlar özlərini gücün sərt nüvəsi hesab edirlər və liderdən başqa heç kimə cavabdeh deyillər. Bu o deməkdir ki, məddahlar faktiki olaraq Əli Xamneyinin əlində bir çomaqdır.
Ərdəbildə Müqavimət hərəkatı və Çaldaran şəhidlərinin anım mərasimindəki əsas şüar belə idi: “Kərbəladan Çaldarana, Çaldarandan İslam İnqilabına və İslam İnqilabından İmam zamanın (Mehdi Sahibüzzəman nəzərdə tutulur) zühuruna qədər”. Məddah elə qışqırırdı ki, elə bil İmam zaman tezliklə zühur edəcək və biz də gərək əlimizi əlimizin üstünə qoyub kafirlərin qarşısından qaçmayaq.
Yaranmış siyasi böhrandan az-çox dərəcədə hamı xəbərdardır. Belə ki, 2014-cü ilin dekabr ayının 30-da İran Televiziya Xəbər Şəbəkəsinin proqramına baxıblar. Amma xəbərlərdə diqqətdən kənarda qalan budur ki, ərdəbilli məddah Ali Rəhbərin Ərdəbil əyalətindəki nümayəndəsi Livan əsilli Seyid Həsən Amili və İslam Respublikasının digər rəsmi şəxslərinin də iştirakı ilə keçirilən “Çaldaran şəhidlərinin anım mərasimində” qonşu dövlətlərin rəhbərlərini təhqir edərək deyib: “Sultan “Səlim Çaldranda Şah İsmayıla qarşı durmuşdu, indi isə kafir cəbhəsi var gücü ilə İslam Respublikası ilə üz-üzədir”. Daha sonra o, əlavə etdi ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev “haram loxma, haram tikə yeyən haramzadədirlər” və söz verdi ki, “tezliklə Ərdəbildən olan Şah İsmayılın nəsli Bakıda və Naxçıvanda İslam bayrağını qaldıracaq”.
Bu anım mərasimi Ərdəbilin Böyük Məscidində keçirilib və Seyid Həsən Amili də orada məruzəçi olub. Çaldıran müharibəsi sırf siyasi güc və nüfuz dairəsi axtaran bir müharibə idi və iqtisadi motivlərə də malik idi. Amma 1514-cü ildə baş vermiş həmin döyüşü 100% dini müharibə kimi təqdim etmək şiələrlə sünnilər arasında yenidən müharibə yaratmaq cəhdindən başqa başqa məqsədi olmayan Həsən Amilinin taktikasıdır. Ərdəbilin İmam cüməsi İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) “Qüds” qüvvələrinə bağlıdır və “Qüds” qüvvələrinin komandirləri ilə birlikdə Xamenei ilə görüşməyə hazırlaşır. O, siyasi din xadimidir və İslam İnqilabını Azərbaycan Respublikasına ixrac etmək məqsədi ilə Ərdəbildə məskunlaşıb. Amili Cümə namazı zamanı hər hansı bir vəsitə ilə çıxış və xütbələrində Azərbaycan türkcəsində Azərbaycan Respublikasındakı İslam Respublikası tərəfdarlarına mesajlar göndərir. Onun Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahla yaxın əlaqələri olub. Vaxtaşırı Livanın cənubuna gedərək bu ölkəyə baş çəkərdi. İsrailin Livanın cənubuna hava hücumları başlayanda o, Əli Xamneyiyə məktub yazaraq Ərdəbil, Təbriz, Urmiya, Zəncan və Bakıdan olan igid gənclərlə birlikdə oraya getmək və bir fəlakət baş verəcəyi təqdirdə İslam torpağını müdafiə etmək üçün icazə istəmişdi. Təbii ki, İsrail ordusu Livanın cənubuna daxil olduqdan sonra Həsən Amilidən səs çıxmadı, lakin Suriya məğlub olduqdan sonra o, Türkiyə və Azərbaycanla döyüşmək istəyir.
Seyid Həsən Amili Bakı gəncləri dedikdə İslam Respublikasının silahlandırdığı, döyüş taktikasını öyrənmək üçün Suriyaya göndərdiyi və Qasim Süleymaninin onlara “Hüseyniyyun” titulu verdiyi Azərbaycan Respublikasından olan dini tələbələri nəzərdə tutur və xəyalından keçir ki, Azərbaycan Respublikasında Livan Hizbullah modelini təşkil etsin və Ərdəbildə Ali Rəhbərin adından bu missiyaya Seyid Həsən Ameli özü cavabdeh olsun.
Çaldıran döyüşü 1514-cü ildə Şah İsmayıl Səfəvi ilə Osmanlı Sultanı Səlim arasında baş vermişdir. Həmin döyüşdə Səfəvi ordusu qılınc, nizə və kamanla silahlanmış 30.000 döyüşçüyə, Osmanlı ordusu isə tüfəng və ağır toplarla silahlanmış 100.000 qoşuna malik idi. Amma Şah İsmayıl şəxsini Tanrı tərəfindən seçilmiş hesab etməklə özünü yenilməz bilirdi. Buna görə də o, döyüşə başladı və nəticədə 27 min Səfəvi əsgəri, o cümlədən Şah İsmayılın baş vəziri Sədrəddin Səfəvi öldürüldü. Onların hamısı həmin yerdə də dəfn edildi. İndi, beş əsrdən sonra İslam Respublikası Çaldıran düzündə yeni Kərbəla tikməkdədir.
Qüds qüvvələrinin və onların Azərbaycandakı havadarlarının əsas məqsədi Suriyadakı məğlubiyyətdən sonra ictimai rəyi təhrif etməklə ekstremist şiələri sünnilərə, yəni Türkiyə xalqına qarşı təhrik etməkdir. İslam Respublikası Azərbaycanla Türkiyə arasında münaqişə yaratmaq fikrindədir və həmin qarşıdurmadan siyasi məqsədlər üçün istifadə etməyi düşünür.
Şah İsmayılın Sultan Səlimlə döyüşdüyü Çaldran düzü hazırda Qərbi Azərbaycanın Maku mahalının qərbində, İranın Türkiyə və Naxçıvanla sərhəddi yaxınlığında yerləşir. Şah İsmayılın baş vəziri Sədrəddin Səfəvinin məzarı da Çaldran şəhəri yaxınlığındakı Güluşağı kəndində yerləşir. İran İslam Respublikası 1999-cu ildə bu türbəni təmir etdirərək qədim abidə kimi qeydiyyatdan keçirib və Çaldran şəhərinin səlahiyyətliləri də onu ziyarət yeri etmək üçün çalışırlar. Məddahlar deyirlər ki, heç kəs dəstəmaz almadan bu şəhidin qəbrini ziyarət edə bilməz.
Çaldıran döyüşü yayda baş verib. Amma yas və şəhadətdən dolanışıqlarını təmin edən məddahlar və mollalar müxtəlif bəhanələrlə ilin digər fəsillərində də Çaldıran şəhidlərinin xatirəsini yad edirlər və son 15 il ərzində mütəmadi olaraq Çaldıran şəhidlərinin xatirəsini anma mərasimləri keçirirlər. Şiələrin tərənnümü və sünnilərin pislənməsi formasında keçirilən bu mərasim faktiki olaraq rədd edilən “Ömərkoşan” mərasimini əvəz etmişdir (“Ömərkoşan” yüz illər boyu bəzi şiə bölgələrində İslam Peyğəmbərinin (s) səhabələrindən və sünnilərin ikinci xəlifəsi olan Ömər ibn əl-Xəttabın qətlinin ildönümünü qeyd etmək üçün qeyd edilən bir mərasim olmuşdur).
Etibarlı sorğular göstərir ki, hər sinif və təbəqədən, mədəniyyətdən və dildən olan iranlıların əksəriyyəti artıq dini ayinləri yerinə yetirmir, yeni doğulan körpələrinə islami adlar qoymur. İndi İran şəhərlərindəki 75 min böyük məsciddən 50 mininin qapısı bağlıdır, yalnız bir neçə yaşlı insanlar hökumət mərasimlərində cümə namazına qatılırlar. İslam Respublikasının rəhbərləri bunu yaxşı bilirlər və bu səbəbdən dini mərasimləri karnavala bənzəyən və gəncləri cəlb edən səs-küylü dini ayinlərlə əvəz etməyə çalışırlar. İnsanlar da əylənmək üçün bu dini karnavallarda iştirak edirlər. Bu ayinlər arasında Kərbəlada keçirilən “Ərbəin” (İmam Hüseynin qırxı) yürüşünü qeyd etmək olar. İran hökuməti insanları Kərbəlaya pulsuz aparır və insanların çoxu da İraqda keçirilən bu “Ərbəin” (qırx) mərasimində hökumət hesabına yalnız turizm və əyləncə məqsədilə iştirak edir.
Digər bir hal isə “İşıqlı yollar” karvanlarıdır. İllərdir İranın müxtəlif bölgələrindən tələbə və məzunları avtobuslarla İran və İraqın döyüş bölgələrini ziyarət etmək və şəhadət mədəniyyətini təbliğ etmək üçün Xuzistan əyalətinə aparırlar. Amma gənclər üçün bu, sadəcə bir turizm səyahəti və əyləncədir. Məhərrəmlik mərasimi də tamamilə karnavala bənzəyir. Bu mərasimin müasir mahnılar, o cümlədən pop və rep musiqisi ilə müşayiət olunması və hətta Tehranda Aşura mərasimində erməni matəm qruplarının iştirak etməsi təəccüb doğurur.
Dini ayinlərə aid mərasimlər əslində insanların dini etiqadlarını möhkəmləndirmək üçün deyil, həm də oğlan və qızların dostluq etməsinə şərait yaratmaq üçün böyük xərclər hesabına və müxtəlif formalarda keçirilir. Bu ayinlər yalnız dini görünüşə malik olur.
Dini ayinlərlə bağlı mərasimləri yas tutanlar və ya məddahlar təşkil edir və həyata keçirirlər. Onlar bundan böyük gəlirlər əldə edirlər. Buna görə də İslam Respublikasında dini mərasimlərin (sünnilər tərəfindən bu mərasimlər dinə zidd hesab edilir) sayı artdıqca, dini mərasimlərin gücü və təsiri də artır. İslam Cümhuriyyətinin müvafiq qurumlarında məddahların da sayı artır. Məlum olur ki, keçmişdə din işlərinə məsul olan ruhaniləri indi məddahlar əvəz edirlər. Hətta İslam Respublikasının süqutundan narahat olan bəzi hökumət ideoloqları İranda şiə ruhanilərinin öldüyünü və məzhəb adlı fırıldaqçıların dövlət dininin təbliğatçılarına çevrildiyini deyirlər.
İslam Respublikası bütün yerlərdə, o cümlədən avtobuslarda və metrolarda qadınları kişilərdən ayırmağa çalışır, lakin bir neçə gün davam edən “Ərbəin” yürüşü zamanı kişilər və qadınlar gecələr böyük salonlarda bir dam altında bir yerdə və çox vaxt yan-yana yatırlar. Dini məhdudiyyətlərin heç biri praktiki olaraq tətbiq edilmir.
İslam Respublikası xarici siyasətdəki uğursuzluğunu, xüsusən də Suriyadakı siyasi, hərbi və ideoloji uğursuzluğunu rejim tərəfdarlarına izah edə bilmir. Hətta İran radio və televiziyasında Suriyadakı ağır məğlubiyyətdən açıq danışırlar. İqtisadi cəhətdən ağır vəziyyətdə olan İran xalqı İslam Respublikasının Suriyada 13 il döyüşməsinin, 6 min insanı qətlə yetirməsinin, 50 milyard dollar xərcləyib və nəhayət, biabırçı şəkildə Suriyadan qovulmasının səbəblərini bilmək istəyir. Suriyadan qayıdan komandirlər İslam İnqilabının müsəlman ölkələrinə ixracı siyasətinin iflasa uğradığını dilə gətirirlər və İslam Respublikasının Rəhbərini dünya ilə düşmənçiliyi dayandırmağa çağırırlar.
Bu komandirlər Türkiyənin Suriyada qalib gəldiyini və bölgədə hakim gücə çevrildiyini deyirlər. Onlar düşünürlər ki, məsələ bununla bitməyəcək və bildirirlər ki, Türkiyənin Qafqazda da İslam Respublikasını məğlub edəcəyi, Zəngəzur dəhlizini açmaqla Türk dünyasını birləşdirib İranı geosiyasi sıxıntıya salacağı ehtimalı yüksəkdir.
Belə bir şəraitdə fundamentalist və paniranist qruplaşmaların Türkiyə və Azərbaycana qarşı zəhərli təbliğatı güclənir. Bu səbəbdən Azərbaycan əyalətlərində də Çaldran şəhidlərinin anılması böyük bir mərasimə çevrilir.
Azərbaycan Respublikası Prezidentinin Ərdəbilin Cümə İmamının işdən çıxarılmasını tələb etdiyi çıxışından sonra bu məsələ ilə bağlı İslam Respublikası fraksiyaları arasında fikir ayrılıqları mətbuata çıxarıldı. Bununla da islahatçılar fraksiyası fundamentalist fraksiyanın məddahlar vasitəsilə onlara göstərdiyi təzyiqləri bir-bir xatırlatmaq fürsəti əldə etdi. Onlar deyirlər ki, hökumət Ərdəbilin Cümə İmamını vəzifəsindən uzaqlaşdırsa, bu, İslam Respublikası üçün rüsvayçılıq olar, etməsə, Azərbaycan Respublikası ilə münasibətlərin korlanmasına səbəb olar və siyasi böhran yarada bilər.
Jurnalistlər İslam Respublikasının Rəhbərini məddahların siyasətə müdaxiləsinin qarşısını almağa çağırırlar, çünki onların ədəbsizliyinin nəticələri qonşu ölkələrlə münasibətlərə xələl gətirəcək.
İndiyədək məddahlar Əli Xameneinin baxışlarına qarşı olan olan hər kəsi ölüm və məhv edilməklə hədələyiblər. Əli Xamneyi öz məddahları vasitəsilə hökumət daxilindəki rəqiblərini gözdən salırdı. Suriyadakı məğlubiyyətdən sonra isə Əli Xamenei indi zəif vəziyyətdədir və rejim daxilindəki müxaliflər liderin daxili və xarici siyasətini açıq şəkildə tənqid edirlər. Halbuki son vaxtlara qədər lideri tənqid etmək siyasi cinayət sayılırdı və onun baxışlarını tənqid edən insanlar həbsxanaya atılırdı.
Məhəmməd Xatəmi hökumətində daxili işlər nazirinin müavini və hazırda tənqidi mövqelərinə görə həbsdə olan Mustafa Taczadə ətraflı bir açıq məktub dərc edib və o, məktubunun sonunda Qum ağsaqqallarından xahiş edib ki, lideri tutduğu vəzifəsindən getməyə məcbur etsinlər, əgər Əli Xamneyi istefa verməzsə, onu qanuni yollarla vəzifəsindən uzaqlaşdırsınlar.
Paris, 10 yanvar 2025






Paylaş



Bölmə: Güneyin sesi / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!