Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                       
Tarix : 14-01-2025, 15:30
Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi


Valideynlər Səhiyyə Nazirliyi qarşısında etiraz etdi

Bir qrup vətəndaş övladlarının dərmanları dəyişdirildiyi üçün Səhiyyə Nazirliyinin önündə etiraz edir.
Bu barədə xəstə uşaqların valideynləri məlumat veriblər.
Valideynlərdən biri ümumi şikayəti bu cür izah edib:
"Bizim övladlarımız ixtioz, bullyoz epidermoliz, kəpənək xəstələridir. Altı ildir, onlar üçün eyni dərmanları alırdıq. Bizi bu yaxınlarda Səhiyyə Nazirliyində qəbul etdilər, məlumat verdilər ki, fevralın 6-dan dərmanlar dəyişdiriləcək. Biz isə dərmanların dəyişdirilməsini istəmirik. Biz bu dərmanları artıq tanıyırıq. Yeni dərmanları istifadə edəndə, bəlkə, övladıma düşməyəcək, həyatını itirəcək. Bu yaxınlarda dünyasını dəyişənlər oldu, ağır vəziyyətdə olan uşaqlar var. Bu uşaqlar hansısa həkimin onların üzərində təcrübə aparması üçün uyğun deyillər, adi səhv həyatlarını itirmələri ilə nəticələnə bilər. Bizim övladlarımız eksperiment siçovulu deyillər".
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq, qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simptomların yüngülləşdirilməsi məqsədilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub:
"Bu siyahılara uyğun olaraq, xəstəliyin ağırlıq dərəcəsinə görə onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişmədiyini təsdiq edən, beynəlxalq standartlara uyğun klinik protokollar barəsində məlumatlar veriblər".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!