Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
Dünən, 17:20
Rusiya ilə ABŞ-nin müttəfiq olması gözlənilmir - Mixail Zabelin


Rusiya ilə ABŞ-nin müttəfiq olması gözlənilmir - Mixail Zabelin

ABŞ Prezidenti Donald Trampın seçilməsinin sonra Rusiya ilə danışıqlar başlayıb. Ölkə nümayəndələri arasında iki dəfə - Səudiyyə Ərəbistanında və Türkiyədə bir araya gəliblər. Səfirliklərin fəaliyyətlərinin bərpası ilə bağlı razılığa gəlinib.
Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin bildirib ki, bu yaxınlaşmanın Azərbaycan üçün ciddi bir fərqi yoxdur:
"ABŞ-Rusiya münasibətləri Azərbaycan üçün elə də əhəmiyyət kəsb etmir. Digər yandan bundan sonra münasibətlərin daha da dərinləşib, müttəfiqlik səviyyəsinə gəlib çatması gözlənilmir".
Dünən, 17:09
Silahlar Ermənistandan gəlirdi - Bako Sahakyandan etiraf


Silahlar Ermənistandan gəlirdi - Bako Sahakyandan etiraf

Qarabağda silahlanma haqqında ilk çağırış mitinqlərdə oldu.
Bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.
O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib: “Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Dünən, 17:05
Baş nazir hökumət üzvlərini topladı


Baş nazir hökumət üzvlərini topladı

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış İşçi qrup tərəfindən hazırlanan “Aqrar sığorta sisteminin inkişafı ilə bağlı Fəaliyyət Planı”, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektoru üzrə əsas göstəricilər və inkişaf trendləri, habelə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sığorta sistemi ilə bağlı çıxış edib.
Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Dünən, 16:56
Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edir


Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edir

ABŞ prezidenti Donald Trampın müşavirləri artıq Rusiyaya qarşı tətbiq edilən sanksiyaların, o cümlədən neftin qiymətinə məhdudiyyətlərin yumşaldılmasının mümkün variantları üzərində işləyirlər.
Bu barədə “Bloomberg” agentliyi həmin planların müzakirələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin yazdığı kimi, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirələri hələlik dayandırılıb. “Bloomberg” qeyd edir ki, Böyük Britaniya və Fransanın rəhbərliyi altında Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün öz təkliflərini hazırlayırlar. Avropa müdafiə nazirliklərinin rəhbərləri Ukrayna məsələsini müzakirə etmək üçün bu həftə Parisdə görüşməlidirlər.
Martın 3-də “Reuters” öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ administrasiyası Rusiya əleyhinə sanksiyaların ləğvi imkanlarını öyrənir. Agentliyin mənbələri bunu Trampın Moskva ilə münasibətləri bərpa etmək və Ukrayna münaqişəsinə son qoymaq istəyi ilə əlaqələndiriblər. Onların fikrincə, ABŞ-nin sanksiyaları dərhal yumşaldılmaya bilər. Üstəlik, Vaşinqtonun bunun müqabilində nə tələb edə biləcəyi bəlli deyil.
Dünən, 16:47
Gəncədə məktəbli bıçaqlandı


Gəncədə məktəbli bıçaqlandı

Gəncə şəhərində məktəbli bıçaqlanıb.
Hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.
On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb.
O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 16:41
Müəllimlərə "hinduşkabaş" deyən direktor işə gəlmir - Yerinə müvəqqəti təyinat


Müəllimlərə "hinduşkabaş" deyən direktor işə gəlmir - Yerinə müvəqqəti təyinat

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir.
"Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - açıqlamada bildirilir.
Qeyd edək ki, Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir:
“Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar.
Dünən, 16:19
Jurnalistlər Ali Məhkəmənin sədrinə müraciət etdilər


Jurnalistlər Ali Məhkəmənin sədrinə müraciət etdilər

Media nümayəndələri “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.
Məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqini sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qeyd ediblər.
Bildirilib ki, məlumatların qapalı olmasına görə, məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.
Müraciətdə o da vurğulanıb ki, “e-məhkəmə” sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.
Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Xeyli müddətdir ki, sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur.
Dünən, 15:59
Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları aşkarlandı


Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları aşkarlandı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatı örtülmüş və piyada yolunun dəyişdirilməsi aşkar edilib.
Qeyd edilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verilib.
Həmçinin, Nərimanov rayonu Fətəli Xan Xoyski 95 A, Yasamal rayonu Eldar Ağayev küçəsi 41, Nizami rayonu Babək prospekti 89 ünvanında və Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində magistral yolun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsində meşə fonduna daxil olmayan ümumilikdə 83 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) və 260.1-1-ci (külli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndərilib.
Dünən, 15:52
Ənvər Həsənov komatoz vəziyyətdədir


Ənvər Həsənov komatoz vəziyyətdədir

Artıq 6 gündür ki, atam komatoz vəziyyətdədir.
Bunu Xalq artisti Ənvər Həsənovun qızı deyib.
"Qidalanma prosesi də dayanıb. Qəti hərəkət etmir. Vəziyyəti son drəcədə kritikdir. Hər dəqiqə nəsə ola bilər. Keçən dəfə dediyim kimi, istəmədik ki, son günlərini xəstəxanada keçirsin".
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. Fevralın 26-ı aktyorun vəziyyəti yenidən kritikləşib.
Dünən, 15:47
1992-ci ildə Qarabağda 30 mindən az erməni yaşayırdı - Qukasyandan etiraf


1992-ci ildə Qarabağda 30 mindən az erməni yaşayırdı - Qukasyandan etiraf

1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı.
Bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bildirib.
O deyib ki, sonradan həmin şəxslərin bir qismi Qarabağda qaldı, bir qismi Ermənistana, digər qismi Rusiyaya köçdü.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!