İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
10-03-2025, 12:47
Şuşadan Xankəndiyə kanat - Qarabağın turizmində yeni era


Şuşadan Xankəndiyə kanat - Qarabağın turizmində yeni era

Qarabağ təkcə tarixi və mədəni irsi ilə deyil, həm də turizm potensialı ilə diqqət çəkir. Bu bölgədə xüsusilə dağ turizmi üçün geniş imkanlar mövcuddur. Şuşa şəhəri və onun ətrafındakı əzəmətli dağlar, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlar turizm baxımından unikal məkanlardır.
Xüsusilə Kəlbəcər, isti suları, füsunkar dağ mənzərələri və meşələri ilə seçilir. Bu bölgə yaxın gələcəkdə dünyanın əsas turizm məkanlarından birinə çevrilmək potensialına malikdir. Bir müddət əvvəl Kəlbəcərin turizm və rekreasiya resurslarının mövcud vəziyyətinin öyrənilməsi, resurslarının qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılma işləri aparılıb.
Məsələ ilə əlaqədar müvafiq hesabatlar və “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. “Sənəddə Kəlbəcərin 2040-cı ilədək il boyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm destinasiyalarından birinə çevrilməsi hədəflənir.
Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq və abadlıq işləri davam edir. Yeni yollar, tunellər, elektrik stansiyaları, hava limanları və digər infrastruktur layihələri icra olunur, bunlar Qarabağın tam bərpasına xidmət edir.
Xankəndi də öz tarixi simasını və təyinatını bərpa etməkdədir. Burada Qarabağ Universitetinin təsis edilməsi, insanların doğma yurdlarına qayıdışı, sosial və iqtisadi layihələrin icrası şəhərin yenidən dirçəlməsinə töhfə verir.
Eyni zamanda, Xankəndi və ətraf ərazilər turistlərin xüsusi marağını çəkir. Yol və nəqliyyat infrastrukturunun sürətlə inkişafı, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi və yaxın gələcəkdə digər nəqliyyat xətlərinin genişləndirilməsi bu bölgənin turizm potensialını artırır.
Yeni layihələr fonunda Şuşa ilə Xankəndini birləşdirəcək kanat yolunun çəkilməsi təklif olunub. Modern.az-ın məlumatına görə, layihə hələ ilkin mərhələdə olsa da, bu ideyanın reallaşması Qarabağ turizminə böyük töhfə verə bilər. Kanat yolu həm yerli sakinlər, həm də turistlər üçün yeni turizm vasitəsi olacaq. Şuşadan Xankəndiyə doğru uzanan kanat yolu bölgənin gözəlliklərini havadan izləməyə imkan yaradacaq və Qarabağın turizm cəlbediciliyini artıracaq.
Turizm eksperti Ceyhun Aşurov da Şuşadan Xankəndiyə kanat çəkilməsi maraqlı təklif hesab edir. O qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, mürəkkəb relyef quruluşuna malikdir.
"Şuşa daha hündür, dağlıq ərazidə yerləşir. Əlbəttə ki, kanatların ilk növbədə təsiri ondan ibarət olacaq ki, belə mürəkkəb relyefli dağlıq ərazidə daha rahat nəqliyyat rolunu oynayacaq. Eyni zamanda insanların bir yerdən başqa yerə hərəkət etməsini rahatlaşdıracaq. Ondan başqa bu turistlər üçün cəlbedici faktor rolunu oynaya bilər. Kanat panoramaya, yüksəklikdən görünən təbiət görüntüsünə malikdir. Həmçinin ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi hesab olunur. Bu kanatların yanında digər infrastrukturların da inkişafına töhfə verə bilər. Əlavə olaraq restoranlar və iaşə obyektlərinin tikilməsi vətəndaşların gəlişini daha da asanlaşdıra bilər”.
C.Aşurov bildirib ki, bu kimi layihələrin keçirilməsində ərazinin imkanları nəzərə alınmalıdır:
“Dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində dünyada bir sıra belə layihələr var. Qarşılıqlı faydalı şəkildə dövlət-özəl əməkdaşlığı çərçivəsində bu cür layihələrin həyata keçirilməsi həm də sosial-iqtisadi töhfə vermiş olacaq. Ümumiyyətlə Qarabağda infrastrukturu getdikcə inkişaf etdirilməsi, gələcəkdə bu kimi vasitələrlə turislərin cəlb olunması turizmin inkişafını daha da artırmış olacaq”.
Qeyd edək ki, Azərbaycanda artıq bir neçə bölgədə kanat yolları fəaliyyət göstərir. Qəbələdə, Şahdağ və Tufandağ turizm mərkəzlərində yerləşən kanat yolları hər il minlərlə turist cəlb edir. Kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Bu, nəqliyyat baxımından əlverişli olmaqla yanaşı, həm də insanlara təbiətin gözəlliklərini daha yaxından görmək imkanı yaradır.
Şuşadan Xankəndiyə uzanan kanat layihəsi həm turizm baxımından, həm də regionun inkişafı üçün əhəmiyyətli olacaq. Bu, yeni iş yerlərinin açılmasına, bölgənin turizm potensialının artmasına və Qarabağın təbii gözəlliklərinin daha çox tanınmasına səbəb olacaq. Kanat yolu həm də Şuşanı və Xankəndini daha əlçatan edəcək, bu iki şəhər arasında rahat və unikal bir nəqliyyat vasitəsi yaradacaq.
10-03-2025, 12:29
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
10-03-2025, 12:20
Trampdan heç bir məktub almamışıq - İran XİN


Trampdan heç bir məktub almamışıq - İran XİN

İran ABŞ prezidenti Donald Trampdan heç bir məktub almayıb.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında deyib.
O xatırladıb ki, beynəlxalq hüquq qaydalarına görə, güc tətbiq etmək hədəsi qadağandır.
İsmayıl Bekayi bildirib ki, ABŞ-ın xarici siyasətinin mahiyyəti zorakılığa əsaslanır.
“Müharibə və ya danışıqlar dilemması göstərir ki, dialoqda ciddilik yoxdur. Lakin İran heç vaxt danışıqlardan əl çəkməyib, lakin təzyiq altında aparılan danışıqlar mənasızdır”.
Bekayi daha sonra əlavə edib: “ABŞ-ın İran xalqına qarşı sanksiyalarının heç bir hüquqi əsası yoxdur və ABŞ bu sanksiyaların insan haqları ilə bağlı nəticələrinə görə məsuliyyət daşımalıdır. Region ölkələri öz milli maraqlarına əsaslanan qərarlar qəbul etməli və ABŞ-ın təzyiqinin onların İranla münasibətlərinə mənfi təsir göstərməsinə imkan verməməlidir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!