İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
13-03-2025, 17:38
85 əcnəbi Gürcüstandan deportasiya edilib - Azərbaycanlılar da var


85 əcnəbi Gürcüstandan deportasiya edilib - Azərbaycanlılar da var

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin fevral ayında ölkədə qanuni əsas olmadan məskunlaşan 85 əcnəbi çıxarılıb.
Deportasiya edilən əcnəbilər arasında İran, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, İordaniya, Nigeriya, Əlcəzair, Çin, Ermənistan, Nepal, Hindistan, İraq, Misir, Livan, Myanma, Litva, İsrail və Kamerun vətəndaşlarının olduğu bildirilir.
Bəzi əcnəbilər Gürcüstanı könüllü tərk edib, bəziləri isə Miqrasiya İdarəsi tərəfindən ölkədən zorla çıxarılıb. Bundan sonra onların hamısının ölkəyə girişi qadağan edilib.
Gürcüstandan deportasiya edilən qeyri-qanuni mühacirlərin sayı ildən-ilə artır. Ölkə Daxili İşlər Nazirliyinin statistik məlumatına görə, onların sayı 2024-cü ildə 430, 2023-cü ildə 190, 2022-ci ildə isə 165 nəfər olub.
13-03-2025, 17:23
Sülh mətninin son iki bəndini razılaşdırmışıq - Ermənistan da təsdiqlədi


Sülh mətninin son iki bəndini razılaşdırmışıq - Ermənistan da təsdiqlədi

Ermənistan sülh sazişində iki bəndin razılaşdırıldığını təsdiqləyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum Azərbaycanın sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatını təsdiqləyib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.
"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - o bildirib.
Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun: "Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupunun da ləğv olunması vacib amildir".
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsi preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə razılaşdırılmışdı.
Razılaşdırılmayan iki maddə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı imtina və üçüncü dövlətlərin qoşunlarının sərhəddən çıxarılması ilə bağlı idi.
Azərbaycan dəfələrlə erməni tərəfinin daha iki şərti də həyata keçirməli olduğuni xatırladıb
Birincisi, Ermənistan Konstitusiyasını dəyişməlidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.
İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda onun qalmağına daha ehtiyac yoxdur.
13-03-2025, 17:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı


Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

Ağdam ərazisində sümüklər tapılıb.
Tapılan sümüklərin insana aid olduğu ehtimalı edilir.
Sümüklər tapılan ərazidə hüquq mühafizə orqanları araşdırma aparır.
13-03-2025, 17:06
Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar göndərdi


Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar göndərdi

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.
Məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən əsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həmin şəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü çərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətə çatdırılır.
Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq, qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq və onların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətini bilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.
Məktublarda daha sonra mühakimə olunanların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlər faktlarla diqqətə çatdırılır. Bu şəxslərin Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədənlər arasında olduqları vurğulanır. Lakin bu günədək bu müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanda bir nəfərin belə məsuliyyətə cəlb olunmadığı, əksinə, Ermənistanın bu cinayətkarları qəhrəman kimi tərənnüm etməkdə davam etdiyi ifadə edilir. Məktublarda deyilir ki, aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyət daşıdığını sübut edən mühüm faktlar aşkar olunub.
Məktublarda, həmçinin bildirilir ki, bəzi siyasətçilərin, parlament üzvlərinin və media nümayəndələrinin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil tutmaq hüququ tam təmin edilir, onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxil olmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə aparılır.
Yekunda vurğulanır ki, Azərbaycanın ərazisində müharibə cinayətkarlarının ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildə etnik təmizləməni, işğalı və təcavüzü dəstəkləyirlər. Ədalət olmadan sülh mümkün deyil və ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar ola bilər.
Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" da əlavə edilib.
13-03-2025, 16:59
Prezident BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib


Prezident BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.
13-03-2025, 16:47
Taksilərə daha bir qadağa


Taksilərə daha bir qadağa

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir.
Bu, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na etdiyi dəyişiklikdə əksini tapıb.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilməlidir.
13-03-2025, 16:42
"Soyqırımı" prioritetlərimiz arasında deyil - Paşinyan


"Soyqırımı" prioritetlərimiz arasında deyil - Paşinyan

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib.
O qeyd edib ki, qondarma "soyqırımı"nın beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".
13-03-2025, 16:37
Rusiya müvəqqəti atəşkəsə razılaşmır - Putinin köməkçisi açıqladı


Rusiya müvəqqəti atəşkəsə razılaşmır - Putinin köməkçisi açıqladı

Rusiya hakimiyyəti müvəqqəti atəşkəsdə deyil, Ukrayna ilə münaqişənin uzunmüddətli nizamlanmasında maraqlıdır.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya-1” telekanalının efirində bildirib.
“Hesab edirik ki, münaqişə uzunmüddətli sülh yolu ilə nizamlanmadır – bu bizim məqsədimizdir, ölkəmizin qanuni maraqlarını, məlum narahatlıqlarımızı nəzərə alan sülh yolu ilə nizamlanmaya çalışırıq. Mənə elə gəlir ki, bu vəziyyətdə dinc hərəkətləri imitasiya edən addımlar heç kimə lazım deyil”, - Uşakov bildirib.
Uşaqkov qeyd edib ki, o, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsla söhbət zamanı Rusiyanın mövqeyini təqdim edib.
“Mən təbii ki, müvəqqəti atəşkəslə bağlı əldə olunmuş razılaşmaları şərh etdim və mövqeyimizi bildirdim ki, bu, Ukrayna hərbçiləri üçün müvəqqəti möhlətdən başqa bir şey deyil”, - Rusiya prezidentinin köməkçisi deyib.
Uşakov əlavə edib ki, martın 13-də Vladimir Putin Ukraynada müvəqqəti atəşkəs rejiminin tətbiqi təklifi ilə bağlı daha ​​konkret və mənalı qiymətlər verə bilər.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff bu gün Moskvaya gəlib.
Onun prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir.
13-03-2025, 16:33
Sürücülərin hazırlanması ilə bağlı əsasnamə dəyişdi


Sürücülərin hazırlanması ilə bağlı əsasnamə dəyişdi

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 14 iyul 2023-cü il tarixli qanunun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib, bəzi qərarlarını ləğv edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə əlavələr edilib.
Əlavələrə görə, xüsusi hazırlığın təşkili və keçirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə həmin Nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təmin edir. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.
Hazırlığı AYNA, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri müqavilə bağlamaqla təşkil edir və həyata keçirir. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanılmış müqavilə əsasında Dövlət İmtahan Mərkəzinin apardığı qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 il müddətində etibarlı olan, formasını Nazirlər Kabinetinin təsdiq etdiyi sənəd verilir. Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini Nazirlər Kabineti müəyyən edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!