Ballıcaya köç edən ailələrə mənzillərin açarı təqdim edilib-
FOTOBu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı rayonunun Ballıca kəndinə 98 nəfərdən ibarət 24 ailənin növbəti köçü baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.Bununla da bugünədək
Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 136 ailə, 660 nəfər köçürülüb.