Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
Dünən, 14:13
34 mindən çox abituriyent imtahan verdi - YENİLƏNİB


34 mindən çox abituriyent imtahan verdi - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
DİM-dən bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahan binası, 2 537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3 177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
İmtahanda 34 229 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.
İyulun 14-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

***

08:50

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, bu gün, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər coğrafiya fənni üzrə imtahan verəcəklər.
Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.
Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24059, IV ixtisas qrupu üzrə 5634, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 4536 nəfər olmaqla, ümumilikdə 34229 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Dünən, 13:55
İsrail ilk rabitə peykini kosmosa buraxdı


İsrail ilk rabitə peykini kosmosa buraxdı

İsrailin "Dror-1" rabitə peyki iyulun 13-də ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan buraxılıb.
Peyk İlon Maskın "SpaceX" şirkəti tərəfindən “Falcon 9” raket daşıyıcısı vasitəsilə buraxılıb.
Kanalın məlumatına görə, layihənin dəyəri təxminən 200 milyon dollardır.
"Aviasiya sənayesi" ("Taasia avirit") konserni tarixdə ilk dəfə olaraq İsrailin kommersiya peyk şirkətlərindən xidmətlər almaq əvəzinə öz milli rabitə peykinə sahib olacağını açıqlayıb. "Dror-1"in ilk növbədə müdafiə sisteminin ehtiyacları üçün təxminən 15 il ərzində peyk rabitə ehtiyaclarını təmin edəcəyi gözlənilir. Məsələn, İrana qarşı hərbi kampaniya zamanı İsrail Ordusu ölkə ərazisindən təxminən 2 000 km məsafədə pilotlu və pilotsuz uçuş aparatlarından istifadə edib. Rabitə şəbəkələrinin (qırıcılar və yanacaqdoldurma məntəqələri) və yüksək dəqiqlikli silahların istismarı da daxil olmaqla bütün rabitə peyk əlaqəsi tələb edir.
Peykin çəkisi 4,5 tondur və qanadları 18 metrdir. O, 36 min km yüksəklikdə sabit nöqtədə yerləşdiriləcək ki, bu da birbaşa əlaqə yaratmağa imkan verəcək.
Dünən, 13:40
Texasda daşqınlar - Ölənlərin sayı 129 nəfərə çatdı


Texasda daşqınlar - Ölənlərin sayı 129 nəfərə çatdı

ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb.
Bu barədə CBS yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Texasda qəfil baş verən daşqınlar azı 129 nəfərin həyatına son qoyub", - məlumatda deyilir.
Qeyd olunur ki, itkin düşmüş 170-dən çox şəxsin axtarışları davam edir.
Daha əvvəl “NBC News” Texasın qubernatoru Qreq Abbotta istinadən təbii fəlakət nəticəsində 120 nəfərin öldüyünü bildirmişdi.
Dünən, 13:13
Prezident olmaq çox təhlükəlidir - Tramp


Prezident olmaq çox təhlükəlidir - Tramp

ABŞ Prezidenti Donald Tramp prezident fəaliyyəti ilə bağlı zarafat edib.
Ağ Ev rəhbərinin sözlərini “Fox News” yayıb.
O bildirib ki, seçkiyə qatılmağın nə qədər təhlükəli olduğunu bilsəydi, namizədliyini irəli sürmək barədə iki dəfə düşünərdi, lakin heç kim ona bu barədə xəbərdarlıq etməyib.
“Prezident olmaq çox təhlükəli işdir”, - o qeyd edib.
Trampın fikrincə, prezidentin işi yarış maşını sürücüsü olmaqdan və ya öküz idarə etməkdən daha təhlükəlidir.
Dünən, 13:02
Bakıda tarix yazılır: Suriya və İsrail rəsmiləri görüşdü


[size]Bakıda tarix yazılır: Suriya və İsrail rəsmiləri görüşdü

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara Azərbaycana səfəri çərçivəsində İsrail rəsmiləri ilə görüşüb.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Prezident əl-Şaraya yaxın mənbə iki və ya üç belə görüşün planlaşdırıldığını bildirib.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və Suriya hökumətinin İsraillə münasibətlərdə təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əhməd əd-Dalatinin də bu görüşlərdə iştirakı gözlənilir.
İsrail nümayəndə heyətinə Baş nazir Benyamin Netanyahunun xüsusi nümayəndəsi, həmçinin təhlükəsizlik və hərbi rəsmilər daxildir.
Müzakirə olunacaq mövzular arasında İsrail və Suriya arasında təhlükəsizlik razılaşması, İran təhlükəsi, Hizbullah və Fələstin terrorçularının silahları, Livandakı Fələstin düşərgələri var.
Bundan başqa, Dəməşqdə diplomatik statusu olmayan İsrail koordinasiya ofisinin açılması imkanları da müzakirə oluna bilər.
Dünən, 12:44
Pezeşkian 12 günlük müharibədə yaralanıb


Pezeşkian 12 günlük müharibədə yaralanıb

İran prezidenti Məsud Pezeşkian 12 günlük müharibə zamanı İsrailin endirdiyi zərbə nəticəsində yaralanıb.
Bu barədə İranın dövlət xəbər agentliyi "Fars" məlumat yayıb.
Bildirilib ki, İran prezidenti Məsud Pezeşkian iyunun 16-da İsrailin Ali Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi binaya endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.
Görüşdə Pezeşkiandan başqa, parlamentin spikeri Məhəmməd-Bağer Qalibaf, məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Məlumata görə, İsrail binaya ən azı 6 bomba atıb və beləliklə, təxliyə yollarını bağlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!