Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
Dünən, 19:14
Suallar çox, cavablar çox sərrast!


Suallar çox, cavablar çox sərrast!

Bura Şuşadır — həm dağlar zirvəsindəki inci şəhər, həm də düşüncənin zirvəsi. Və o zirvədən dünyanın müxtəlif dillərində suallar eşidilir:
—Rusiya ilə münasibətlər necə olacaq?
—Ukrayna haqqında nə düşünürsünüz?
—Suriyadakı olaylar harada qədər sürər?
—Zəngəzur dəhlizi açılacaqmı?.. Suallar çoxvektorludur, cavablar bir dövlət başçısından gəlir.
Azərbaycan Prezidentinin intellekti, siyasi iradəsi, cəsarəti və informasiyası mürəkkəb sualları aydınlığa qovuşdurur.

Bu, sadəcə 3-cü Qlobal Şuşa Media Forumu deyil — bu, XXI yüzil informasiya dönəminin ən ciddi suallarının, Şuşa adlı cavab məntəqəsində məntiq bulmasıdır.
Prezident İlham Əliyev bu Forumda da media təmsilçilərinin suallarına sanki tarixin və gələcəyin vicdanına səslənərək cavab verirdi. Rusiyanın uçaq hadisəsinə cavab verməməsi ilə bağlı sual yenə səsləndi. - Cavab: Biz hələ təmkinlə gözləyirik… amma cavab gəlmir. - Açıq və prinsipial mövqe, təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın informasiyadakı siyasi mənzərəsinin xəbərçisidir. Müzəffər Ali Baş Komandan yenə haqqı söylədi, yenə haqqa səslədi.
Zəngəzurla bağlı Forumda səslənən suallar və onlara verilən cavablar beynəlxalq diqqət və təqdirə layiq məqamlar idi.
Bəli, Zəngəzur – İpək yolunun dəmir özəyidir. Bəli, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bölgə üçün açar olacaq:
“…bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. …Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq”. - Bu, Prezident Əliyevin 3-cü Qlobal Şuşa Forumunda jurnalistlərin suallarına verdiyi cavabdandır. Sözünə davam edən dövlət başçısı başqa bir önəmli tarixi məqamı və o məqamdan irəli gələn perspektivi belə açıqladı:
“Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. …Yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”.
Azərbaycan Prezidenti yalnız Zəngəzur dəhlizi və davamını deyil, Zəngəzura və ümumən Azərbaycanadək gələn - Xəzəraşırı yol infrastrukturlarından da söz açdı:
“Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. …Təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.
Bu cavablardan çıxan ilkin sonuclar nədir?
Birincisi, biz artıq sadəcə fiziki yola deyil, diplomatiya yoluna vurğu etmiş oluruq. Bu dəhliz daşımaçılıqdan çox, gələcəyin modeli kimi qarşımıza çıxır. Bir vaxtlar misilsiz yollardan kəsilən uluslar indi Gündoğardan Günbatara, Türküstandan (Orta Asiyadan) Aralıq dənizinə qədər yetəcək güclü nəfəsin yolunu açmaq istəyi vardır.
Azərbaycan burada nə qapıçı, nə tamaşaçı, nə də xahişçi deyil – məhz yol yiyəsidir.

Bu anlamda, Qlobal Şuşa – dəyərlər tribunasına dönüb deyə bilərik.
Media nümayəndələrinin Şuşaya və bu il həm də Xankəndinə toplaşması – təkcə jurnalist marağı deyil, əlbəttə. Əlbəttə, bu, informasiya dünyasının könüllü surətdə azadlıq və ədalət rəmzinə çevrilmiş şəhərə salam-sayğısıdır. Burada təqdim edilən platforma
— sözün məsuliyyəti,
— informasiyanın əxlaqı və
— süni intellekt dönəmində insan yaddaşının qorunması kimi əsaslı dəyərlər ətrafında qurulub.

Prezident İlham Əliyevin cavabları həm dövlət siyasətinin, həm də şəxsiyyətin mətinliyini, siyasi iradənin yüksək dərəcəsini göstərdi. O, dünya gündəmini yalnız şərh etmədi – necə deyərlər, onu formalaşdırmağı haqq edən formullar verdi.
Bütün dünyada informasiya savaşı gedir. Bəziləri üçün bu, texnoloji yarışdır. Azərbaycan üçünsə – varoluş savaşı kimidir. Biz işğalçı dövlətin özünü məğlub etsək də, dünya erməniliyi informasiya savaşını sürdürür. İşğal dönəmindəki qədər təsirli olmasa da, dünya erməniliyinin anti-Azərbaycan eyləmləri davam edir.
Bəli, dezinformasiyaya qarşı savaş - özü də, “ən yaxşı müdafiə - hücumdur” taktikası artıq sadəcə jurnalist peşəkarlığı sayılmaz – bu, bir növ, milli təhlükəsizlik komponenti sayıla bilər.
Azərbaycan mediyası – artıq oyunlara urayan və “sonradan cavab” modunda yox, oyunun qaydalarını dəyişdirən bir gücə çevrilərək irəli gedir.
Belə olunca, vətəndaş cəmiyyəti institutları ilə dövlətin, ulusun çıxarları qlobal planda səsləşirsə, uğur uğur gətirməli, Suriya, Rusiya, Ukrayna… ünvanlı suallara Şuşada, Xankəndidə cavab axtarılması təəccüblü deyil. Qarabağda yazılan suallar, verilən cavablar bölgənin yeni gerçəklikləri fonunda ağgünlərdən xəbər vermə potensialına sahibdir.
Dünyanın açıq yaraları, öz yaralarını saran Şuşadan daha aydın və anlamlı görünür. Azərbaycan öz prinsipial mövqeyini burada da nümayiş etdirir: müstəmləkəçilik, terror və ikili standartlara qarşıyıq. Amma bu bəyanatlar sadəcə siyasi korrektlik anlamı daşımır – konkret hadisələrlə sübut olunmuş mövqelərdir: Qarabağın işğaldan qurtuluşu, antiterror əməliyyatının həssas dəqiqliyi, diplomatiyanın əməli qüvvəyə çevrilməsi və s. – örnəyi kimi.
Şuşa Forumunu anatomik yoruma çalışsaq, belə bir metafor yerinə düşər:
bu Forumun vücudunda düşüncə, qanadlarında vicdan, nəfəsində milli ruh vardı. Şuşada, Xankəndidə deyilən söz sözdən üstündür. İllərlə işğal, yalan, şər-böhtan, dedi-qodu yuvasına çevrilən Qarabağ, erməni zülmündən qurtarınca, öz əslinə, mahiyyətinə, barış-dialoq dünyasına dönür və həqiqət ünvanı olur.
Prezident İlham Əliyevin oradakı mərdanə duruşu mədəniyyətin, tarix qarşısında dürüst cavabları olan bir dövlətin obrazı idi.
Necə deyərlər, Şuşada deyilən, Bakıda təsdiqlənər, Ankarada güclənər, Türküstanda yayılar və tərəqqipərvər insanlığın gücünə güc qatar.
Azərbaycanın informasiya siyasəti indi öz sınırlarını aşıb, Türk dünyasının strateji vizyonuna çevrilir. Şuşa Qlobal Media Forumu bunun hansısa bir qatı olmaqdan çıxıb – Zirvəyə çevrilib.
Zirvədə isə yalnız səmimi, dürüst və cəsarətli olanlar qala bilir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI
Dünən, 19:12
Daha 400 ailə Xocalıya qovuşacaq - RƏSMİ


Daha 400 ailə Xocalıya qovuşacaq - RƏSMİ

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib.
Bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq.
Dünən, 19:07
Dənizdə batan məktəblilərin FOTOLARI


Dənizdə batan məktəblilərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Abşeronun Novxanı kəndində dənizdə 2 məktəbli - Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batıb.
Batan şəxslərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sosial şəbəkədə dənizdə batan 16 yaşlı yeniyetmələrin fotoları yayılıb. Həmin fotoları təqdim edirik:


Dünən, 18:10
Putin Kremldə Laricani ilə görüşdü


Putin Kremldə Laricani ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin bazar günü Kremldə İranın ali liderinin baş müşaviri Əli Laricanini qəbul edib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İran nümayəndəsi öz rəhbərlərinin göstərişi ilə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında gərginləşən vəziyyəti dəyərləndirib. Rusiya tərəfi də regionda vəziyyətin sabitləşdirilməsinə və İranın nüvə proqramı ilə bağlı məsələlərin siyasi həllinə yönəlmiş məlum mövqelərini ifadə edib”, - Peskov bildirib.
Dünən, 17:41
Netanyahu xəstələndi - Evdən işləyəcək


Netanyahu xəstələndi - Evdən işləyəcək

İsrail baş naziri Binyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib.
Müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.
Məlumata görə, narahatlığın səbəbi "xarab olmuş qidanın qəbulu" olub.
"Əlavə yoxlamalardan sonra baş nazirin vəziyyəti yaxşı qiymətləndirilib. Hazırda o, xəstəliklə əlaqədar yaranan susuzluq nəticəsində itirilmiş mayenin bərpası üçün venadaxili müalicə alır", - məlumatda qeyd olunur.
Dəftərxanadan bildirilib ki, həkimlərin göstərişlərinə uyğun olaraq Netanyahu növbəti üç günü evində keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.
Dünən, 17:26
Şuşa Media Forumunun iştirakçıları Ağdamda


Şuşa Media Forumunun iştirakçıları Ağdamda

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər.
Qonaqlar Ağdamdakı İmarət Kompleksi, Ağdam Sənaye Parkı, Ağdam Dəmir yolu və Avtovağzal Kompleksi ilə tanış olublar.
Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
Dünən, 16:57
Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda


Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.
Bu barədə TASS agentliyi öz mənbələrinə istinadən xəbər verib.
"Bəli, İstanbul məqbul məkandır", - mənbə bildirib.
Dünən, 16:40
Daha bi marşrutun avtobusları yenilənir


Daha bi marşrutun avtobusları yenilənir

26 nömrəli marşrutun avtobusları yenilənir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, Binəqədi rayonunun Həmzə Babaşov küçəsi ilə Nərimanov rayonunun Vladimir Mayakovski küçəsini birləşdirən marşruta 2025-ci il Çin istehsalı olan 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.
Məlumata görə, yaxın aylarda marşrutdakı digər avtobuslar da yenilənəcək.
Dünən, 16:27
İran HHM sistemini yenidən qurdu


İran HHM sistemini yenidən qurdu

İran 12 günlük müharibə zamanı İsrailin Hərbi Hava Qüvvələri və ölkə daxilində yaradılmış gizli bazadan buraxılan pilotsuz uçuş aparatları vasitəsi ilə sıradan çıxardığı hava hücumundan müdafiə (HHM) sistemini yenidən qurduğunu bəyan edib.
Bunu İran Ordusunun Əməliyyat İdarəsinin rəis müavini kontr-admiral Mahmud Musəvi bildirib.
Mahmud Musəvi deyib ki, İsraillə müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə qurğuları əvəzlənib və hazırda ölkənin hava məkanı nəzarət altındadır.
Dünən, 16:01
Azərbaycanın MDB-nin iclasında iştirak etməmə səbəbi  - Hikmət Hacıyev AÇIQLADI


Azərbaycanın MDB-nin iclasında iştirak etməmə səbəbi - Hikmət Hacıyev AÇIQLADI

Azərbaycan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndirilmir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev qeyd edib ki, tədbir MDB ölkələrinin iştirakı ilə keçirilib: "Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır. Azərbaycan nümayəndə heyətinin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər. İclasda iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!