Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək .....                        Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ .....                        Rusiya Azərbaycandan sonra Türkiyənin şirkətini də hədəfə aldı .....                        Netanyahu “erməni soyqırımı” ilə Ərdoğandan qisas alır .....                        Klub prezidenti kafedə başından güllələndi .....                        Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı .....                        Lukaşenko: Diktatorluq etmək iztəməzdim, amma... .....                        Azərbaycanın seçdiyi yol birlik və həmrəylik yoludur .....                        “Qarabağ”ın qələbəsi 11 klubumuza 1.5 milyon qazandıracaq .....                       
30-07-2025, 17:44
ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında


ABŞ-nin müvəqqəti işlər vəkili Şəhidlər xiyabanında -

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.
“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, - məlumatda qeyd olunub.

30-07-2025, 17:37
Spiker Cenevrədə müzakirələrə sədrlik etdi - FOTO


Spiker Cenevrədə müzakirələrə sədrlik etdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib. Müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış ediblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sonra müzakirələr Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.
Qeyd edilib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən, 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin, Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.




30-07-2025, 16:57
Maliyyə Nazirliyi 162 milyonluq əsassız ödəniş aşkarladı


Maliyyə Nazirliyi 162 milyonluq əsassız ödəniş aşkarladı

2025-ci ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.
Bu barədə Nazirlikdən bildirilib.
Nəticədə, ümumilikdə 162,01 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. İlkin maliyyə nəzarəti çərçivəsində isə 10,22 milyon manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.
Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85,24 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.
Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən 2025-ci ilin birinci yarımilliyində Xidmət tərəfindən 24 təşkilatda yoxlamalar aparılıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76,77 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.
Yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib.
30-07-2025, 16:49
MOSSAD İran generalını Tehranda güllələyərək öldürübmüş - DETALLAR


İran generalını Tehranda güllələyərək öldürübmüş - DETALLAR

İsrailin hücumu zamanı ölən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmani haqqında yeni məlumatlar ortaya çıxıb.
Generalın qızı onun İsrailin hava zərbələri nəticəsində həlak olması barədə İran hakimiyyətinin rəsmi açıqlamasını təkzib edib.
O, atasının Tehranın mərkəzində MOSSAD agentləri ilə atəşmada qətlə yetirildiyini bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl Şadmaninin iyunun 17-sə hava zərbəsində həlak olduğunu bildirib. Ancaq qızının sözlərinə görə, Şadmani Tehranda küçənin ortasında MOSSAD agentləri tərəfindən mühasirəyə alınıb və mühafizəçiləri ilə birlikdə ağır silahlı qarşıdurmaya girib. Nəticədə, Əli Şadmani hadisə yerində həyatını itirib.
"Atamı küçənin ortasında vuraraq qətlə yetirdilər. İsrailin agentləri paytaxtın göbəyində hücum etdi. Rəsmi açıqlamalar həqiqəti əks etdirmir", - deyə generalın qızı bildirib.
Qeyd edək ki, Əli Şadmani bu vəzifəyə 13 iyun tarixində İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olmuş Qulaməli Rəşidin yerinə təyin edilmişdi. Şadmani İran Silahlı Qüvvələrinin ən mühüm komanda mərkəzlərindən biri olan “Hatemül-Ənbiya” qərargahına rəhbərlik edirdi. Bu qərargah hərbi planlaşdırma və müharibə vəziyyətində birgə əməliyyatların koordinasiyasına məsuldur.
İran hökuməti hələ də ilkin versiyaya sadiq qalsa da, ictimaiyyət arasında yaranan suallar və Şadmani ailəsinin açıqlamaları hadisənin miqyasını və İran daxilindəki təhlükəsizlik boşluğunu bir daha üzə çıxarıb.
30-07-2025, 16:47
Doğma yurdlarına dönmüş uşaqlara və ailələrə sosial- psixoloji dəstək göstərilib


Doğma yurdlarına dönmüş uşaqlara və ailələrə sosial- psixoloji dəstək göstərilib


“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş” layihəsi uğurla başa çatmışdır.
Layihənin əsas məqsədi Böyük Qayıdış proqramı nəticəsində doğma yurdlarına dönmüş ailələrə, uşaqlara sosial, psixoloji dəstək göstərməkdən ibarətdir.

Layihə çərçivəsində başlanması ilə bağlı məlumatlandlrma işlərinin həyata keçirilməsi, layihə komandasının formalaşması, dövlət orqanları və maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkil olunması işi həyata keçirilmişdir. Layihənin icra planına uyğun olaraq 18 iyul və 21 iyul 2025- ci il tarixlərində Cəbrayıl şəhərində və Füzuli şəhərində doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş, sosiallaşma, yeni mühitə uyğunlaşmaya dair qrup görüşlərı, psixoloji məşğələlər, konsultasiyalar keçirilmişdir. Görüşlərdə uşaqlar, onların valideynləri iştirak etmiş və interaktiv müzakirələr aparılacaqdır. Görüşlərdə doğma yurdlarına dönmüş ailələrin, sosial psixoloji adaptasiya, yeni şəraitə uyğunlaşma məsələsi uşaqların asudə vaxtlarının təşkili prosedurları ilə bağlı məlumat verilmiş və onların müxtəlif təlim və seminarlara cəlb edilməsi, öz istəklərinə uyğun bacarıqlarının inkişaf etdirilməsi ilə məşğul olmaları müəyyənləşdirilmişdir.

22 iyul 2025- ci il tarixində isə görüşlərdə fəallıq edən, əldə etdiyi bacarıqları öz həmyaşıdları arasında bölüşə biləcək yeniyetmə və gənclərin iştirakı ilə “Doğma yurdlarına dönmüş ailələr və uşaqların sosial- psixoloji inkişafı və emosional dəstək” mövzusunda Yay Məktəbi təşkil olunmuşdur. Cəbrayıl şəhərində təşkil olunmuş 1 günlük Yay Məktəbi üzrə tədbirdə 20 uşaq, yeniyetmə və gənc iştirak etmişdir. Təlimçi-psixoloq Vüsalə Əmiraslanlı tərəfindən doğma yurdlarına dönmüş uşaq və gənclərə sosial-psixoloji vəziyyəti( qiymətləndirmə), psixololoji sağlamlığın qorunması, sağlam psixoloji mühit- sağlam mənəvi inkişaf, sosial və emosional bacarıqlarını inkişaf etdirilməsi, sosial inteqrasiya, yeni şəraitə uyğunlaşma dönəmi olan uşaqlar və yeniyetmələrin adaptasiyası, ailə - icma əlaqələri mövzusunda təqdimatlar edilib, müzakirələr aparılmışdır.



30-07-2025, 16:26
MİQ imtahanında 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib


MİQ imtahanında 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib

Son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, MİQ-də namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
29-07-2025, 21:40
Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir


Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir

“Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.
Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu gün Sünikdə keçirilən müşavirədə deyib.
“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları (Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi – red) nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək”.
Sülh yollarının kəsişməsini beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını bildirən Xaçaturyan qeyd edib ki, bu, hər kəs üçün çox cəlbedicidir:
“Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”.
29-07-2025, 21:24
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb


Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin sədri, bu konfransın parlament sədrlərinin təsirli və uğurlu dialoq platformasına çevrildiyini və parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib. Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb:
“Əvvəlki konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər”. Sahibə Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması bu problemlərin daha da pisləşməsinə səbəb olur:
“Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər daha da artıb, tərəqqi isə daha da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq”.
Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir.
Spiker Sahibə Qafarova vurğulayıb ki, hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir: “Beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq mümkündür”.
Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu Konfransda fəal iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununla belə, daha çox işlərin görülməli olduğunu bildirib. O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas iştirakçılarından birinə çevrilməlidirlər. Çünki istənilən uğursuzluq, ilk növbədə xalqlarımıza təsir göstərir:
“Onların seçilmiş nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin yenilənməsində birbaşa iştirak etməlidirlər. Bu, sistemi daha demokratik və həssas edəcək. Bu prosesdə atıla biləcək praktiki addımlardan biri vətəndaşlarımızın ehtiyac və maraqlarını daha yaxşı şəkildə əks etdirəcək islahatlarla bağlı parlamentlərarası dialoqun başladılması ola bilər”.
Spiker Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır: “Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlı anlaşmanın yaradılması dayanır. Biz müxtəlifliyi ayırıcı xətt kimi deyil, bizi daha da yaxınlaşdıran faktor kimi qəbul etməliyik. Mədəniyyətlər arasında dialoqun təşviq olunması ümumi məqsədlərimizin həyata keçirilməsində güclü rol oynayır”.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdir ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin etmişdir. Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.
29-07-2025, 20:22
Salyana deportasiya” layihəsi çərçivəsində növbəti veriliş yayımlandı


“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində növbəti veriliş yayımlandı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən SES TV-də növbəti veriliş yayımlanıb.
Verlişin aparıcısı tanınmış hüquqşünas, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov, qonağı isə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi İlham İsmayılov olub. Veriliş zamanı deportasiya olunmuş qərbi azərbaycanlıların acı taleyindən, tarixi yurd yerlərinə qayıdış arzularından və bu istiqamətdə görülən işlərdən bəhs olunub. İlham İsmayılov qeyd edib:
“Bizim ilk tanışlığımız Mollalının araşdırması ilə bağlı olmuşdu. Mən ata-baba yurdum haqqında ilk dəfə Qərbi Azərbaycan İcmasının toplantısında eşitdim. Sevindirici haldır ki, Prezidentimizin rəhbərliyi altında Qərbi Azərbaycana qayıdış Konsepsiyası bu gün dövlət səviyyəsində prioritet istiqamət kimi qəbul olunub. Bir çox QHT-lər də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu istiqamətdə fəaliyyət göstərir. Bu, yalnız Qərbi Azərbaycan əsilli insanların deyil, ümummilli məsələdir.”
Verilişdə həmçinin qeyd olunub ki, deportasiya olunanların əksəriyyəti artıq həyatda olmasa da, onların övladları və nəvələri ata-baba torpaqlarına qayıdış ümidini yaşadırlar.
29-07-2025, 20:16
Ərdoğan Tokayevlə görüşdü


Ərdoğan Tokayevlə görüşdü

Ankaradakı Prezident Kompleksində Türkiyə və Qazaxıstan arasında yüksəksəviyyəli danışıqlar aparılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Türkiyə dövlət başçısının “Beştəpə” iqamətgahının divarları önündə qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib, nümayəndə heyətinin üzvləri dövlət başçılarına təqdim olunub.
Daha sonra məhdud və geniş tərkibdə danışıqlar başlayıb. Danışıqların gündəliyinə ikitərəfli əlaqələrlə yanaşı, Türk dünyasına inteqrasiya məsələləri, Ukrayna və Yaxın Şərqdəki vəziyyət daxildir.
Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edəcəklər. İclasın yekunlarına görə bir sıra sənədlərin imzalanması gözlənilir.
Türkiyə və Qazaxıstan prezidentlərinin birgə mətbuat konfransı da planlaşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!