Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək .....                        Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ .....                        Rusiya Azərbaycandan sonra Türkiyənin şirkətini də hədəfə aldı .....                        Netanyahu “erməni soyqırımı” ilə Ərdoğandan qisas alır .....                        Klub prezidenti kafedə başından güllələndi .....                        Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı .....                        Lukaşenko: Diktatorluq etmək iztəməzdim, amma... .....                        Azərbaycanın seçdiyi yol birlik və həmrəylik yoludur .....                        “Qarabağ”ın qələbəsi 11 klubumuza 1.5 milyon qazandıracaq .....                       
27-07-2025, 16:23
Sahibə Qafarova Cenevrəyə getdi


Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
27-07-2025, 15:50
Əməkdar məşqçi vəfat etdi


Əməkdar məşqçi vəfat etdi

Azərbaycan Respublikasının "Əməkdar məşqçisi", ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.
O, 65 yaşında dünyasını dəyişib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
27-07-2025, 15:36
Kamboca və Tailand arasında atışma yenidən başladı


Kamboca və Tailand arasında atışma yenidən başladı

Hər iki ölkənin ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs danışıqlarına razı olmasına baxmayaraq, dördüncü gündür ki, Kamboca və Tailand mübahisəli sərhədləri boyu zərbələr endirirlər.
Zərbələr Trampın davam edən döyüşlərin iki Cənubi Asiya ölkəsi ilə Vaşinqton arasında ticarət razılaşmalarına xələl gətirəcəyi ilə hədələməsindən bir neçə saat sonra yenidən başlayıb.
Tailand və Kamboca rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Çinin döyüşləri dayandırmaq çağırışına baxmayaraq davam edən toqquşmalar cümə axşamı günündən bəri ən azı 32 nəfərin ölümünə və 200 mindən çox insanın didərgin düşməsinə səbəb olub.
Bu arada hər iki tərəf son sərhəd toqquşmasının başlamasında bir-birini günahlandırıb. Belə ki, Tailand hakimiyyəti hərbi əməliyyatları dayandırmağa hazır olmadıqlarını bildirib və Kambocanı Surin əyalətində, sərhəddə və bir sıra digər ərazilərdə mülki əraziləri ağır artilleriya atəşinə tutmaqda ittiham edib.
27-07-2025, 15:21
Polis çimərliklərdə tədbirləri davam etdirir - VİDEO


Polis çimərliklərdə tədbirləri davam etdirir - VİDEO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.
Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur.
Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.
Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

27-07-2025, 15:00
Arif Babayevin vəziyyəti ağır olaraq qalır


Arif Babayevin vəziyyəti ağır olaraq qalır

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.
Bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.
27-07-2025, 14:46
Yunanıstanda meşə yanğınları davam edir


Yunanıstanda meşə yanğınları davam edir

Yüksək temperaturun hökm sürdüyü Yunanıstanda baş verən meşə yanğınlarının böyük hissəsi nəzarət altına alınıb. Lakin Çuha adası və Mora yarımadasında yerləşən Messiniya bölgəsindəki yanğınlar hələ də davam edir.
Yunanıstan Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Vasilis Vatrakoyannis mətbuat konfransında meşə yanğınlarının son vəziyyəti barədə məlumat verib.
Vatrakoyannis bildirib ki, gecə boyu yanğınlarla mübarizə fasiləsiz davam etdirilib.
Onun sözlərinə görə, Mora yarımadasındakı Lakoniya bölgəsində, Eqriboz adasında və Krit adasının Xanya bölgəsində başlayan yanğınlar əsasən nəzarət altına alınıb, lakin bəzi sahələrdə yanğınlar qarşı havadan və qurudan müdaxilə davam edir.
27-07-2025, 14:28
Rusiyada “görünməz” dron


Rusiyada “görünməz” dron

Rusiyada “İlya Muromets” adlı ağır tipli pilotsuz uçuş aparatının (PUA) hazırlanması üzərində iş aparıldığı bildirilib. Kopter tipli bu dronun cəbhə xəttindən ağır yaralanmış Rusiya ordusunun nümayəndələrinin təxliyəsi üçün nəzərdə tutulduğu açıqlanıb.
“Defense Express” nəşrinin yazdığına görə, bu barədə Rusiyanın “Spektr” konstruktor bürosu məlumat verib və qeyd edib ki, dron stels texnologiyaları tətbiq olunmaqla hazırlanacaq — yəni xüsusi polimer örtükdən istifadə olunacaq.
Bürodan bildirilib ki, təxliyə üçün nəzərdə tutulan bu dron xüsusi olaraq hazırlanıb.
Lakin ekspertlərin fikrincə, bu bəyanatlarda müəyyən anlaşılmazlıq yaradan məqam var.
Belə ki, “İlya Muromets” dronunun daşıma qabiliyyəti cəmi 100 kiloqram səviyyəsində göstərilib.
“Müharibə iştirakçısının çəkisini, eləcə də dronun daşımalı olduğu təxliyə konteynerlərinin çəkisini nəzərə alsaq (hansı ki, bu konteynerlər yüngül olmayacaq), bu platformanın real tətbiq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Əvvəlcədən müəyyən edilməlidir ki, dron yaralı şəxsi daşıya biləcək, ya yox,” – məqalədə qeyd olunub.
Bundan əlavə, analitiklər bildirirlər ki, bu cür missiya üçün ayrıca dron hazırlamağın məqsədi aydın deyil, çünki kifayət qədər daşıma qabiliyyəti olan istənilən mövcud kopteri belə tapşırıqlara uyğunlaşdırmaq mümkündür.
27-07-2025, 13:31
Tayland-Kamboca sərhədində gərginlik - Qarşılıqlı hücumlar


Tayland-Kamboca sərhədində gərginlik - Qarşılıqlı hücumlar

ABŞ prezidenti Donald Trampın tərəflərin atəşkəs üçün danışıqları qəbul etdiyini açıqlamasına baxmayaraq, Kamboca və Tayland sərhəd xəttində qarşılıqlı hücumlarını davam etdirib.
Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Kamboca və Tayland sərhədində 32 nəfərin həyatını itirdiyi və 200 mindən çox insanın yerindən olduğu toqquşmaların sona çatması üçün beynəlxalq təzyiqlər davam edir.
Hər iki tərəf Trampın atəşkəs çağırışına müsbət cavab verməsinə baxmayaraq, sərhəddəki gərginlik gecə boyunca qarşılıqlı hücumlarla davam edib.
Kamboca baş naziri Hun Manet keçirdiyi mətbuat konfransında Trampın atəşkəs çağırışını tam dəstəklədiyini və Taylandla danışıqları qəbul etdiyini bildirib.
Lakin Hun Manetin açıqlamasından bir neçə saat sonra Kamboca Müdafiə Nazirliyinin sözçüsü Maly Socheata Taylandın təcavüzkar hərəkətlərini davam etdirdiyini deyib.
Maly Socheata toqquşmalar nəticəsində 80 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.
Tayland Xarici İşlər Nazirliyinin açıqlamasında atəşkəsin dəstəkləndiyi bildirilsə də, Kambocanın Surin əyalətində mülki vətəndaşları hədəfə aldığı iddia olunub.
Kambocadan “səmimi niyyət” gözlədiyini bildirən Tayland, sərhəd xəttində hücumlarını davam etdirib.
27-07-2025, 13:17
Məbəddə izdiham - 8 nəfər öldü


Məbəddə izdiham - 8 nəfər öldü

Hindistanın şimalındakı Uttarakhand əyalətinin Haridvar şəhərində məbəddə basabas nəticəsində 8 nəfər ölüb, 34 nəfər yaralanıb.
Minlərlə zəvvar dar pilləkənlə təpənin başında yerləşən Mansa Devi məbədinə doğru gedib. İlkin məlumatlara görə, elektrik kabelinin düşməsi ilə zəvvarlar arasında çaxnaşma başlayıb.
İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar və izdiham başlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
27-07-2025, 12:59
Anası ilə birlikdə baltalanan qadın öldü


Anası ilə birlikdə baltalanan qadın öldü

İyunun 6-da anası ilə birlikdə baltalanan 25 yaşlı Aliyə Namazova bu gün vəfat edib.
İki aydan artıqdır Bakı şəhərindəki xəstəxanalardan birində müalicə olunan qadın ölüb.
Hadisədə şübhəli bilinən ruhi xəstə olan 31 yaşlı Kainat Namazovun anası 55 yaşlı Sevinc Həsənova və bacısı Aliyə Namazovaya balta ilə xəsarət yetirdiyi, daha sonra yaşadıqları evi yandırdığı bildirilir.
Qeyd edək ki, hadisə zamanı S.Həsənova dünyasını dəyişmişdi.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!