İran Rusiyaya torpaq verdi .....                        Mirzoyan onunla sülhdən danışdı .....                        “Neftçi” xal itirdi .....                        Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan .....                        Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan .....                        Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay .....                        Qarabağ sonsuza qədər Azərbaycandır! .....                        Gəncədə 22 marşrut fəaliyyətə başlayır .....                        Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                       
3-09-2025, 18:04
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI


Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
DİM-dən verilən xəbərə görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
3-09-2025, 17:37
Azərbaycanlı şəhid ailələri Yaşar Gülərin dəvəti ilə Ankarada


Azərbaycanlı şəhid ailələri Yaşar Gülərin dəvəti ilə Ankarada

Azərbaycanlı şəhid ailələri Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə Ankarada səfərdə olublar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, nazirin dəvəti ilə Azərbaycandan gələn bir qrup şəhid ailəsi və yaxınları Ankarada İdarəetmə Xidmətləri Baş İdarəsi tərəfindən qəbul olunub.



3-09-2025, 17:32
Gədəbəydə dağlıq ərazidə yanğın


Gədəbəydə dağlıq ərazidə yanğın

Gədəbəy rayonunda dağlıq ərazidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Dördlər kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Relyefin mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 5 ha sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
3-09-2025, 17:21
Beyinin qocalmasını dayandıracaq maddə aşkarlandı


Beyinin qocalmasını dayandıracaq maddə aşkarlandı

Yeni elmi araşdırma göstərib ki, beyində müəyyən bir proteini deaktiv etmək yaddaş itkisini geri qaytara və Altsheymer kimi xəstəliklərin qarşısını ala bilər.
Mütəxəssislər yaşlanmanın xüsusilə öyrənmə və yaddaşa cavabdeh olan hipokampusa mənfi təsir göstərdiyini bildirirlər. Qeyd edirlər ki, bu səbəbdən Parkinson və Altsheymer kimi neyrodegenerativ xəstəliklərin əsas risk faktoru məhz yaşdır.
“Nature Aging” jurnalında dərc olunan tədqiqatda FTL1 adlı zülalın beyindəki bu geriləmədə mühüm rol oynadığı təsbit edilib. Təcrübələr zamanı yaşlı siçanlarda FTL1 səviyyəsinin yüksək, sinir hüceyrələri arasında əlaqələrin isə zəif olduğu, bunun da onların idrak qabiliyyətlərini azaltdığı müşahidə olunub. Gənc siçanlarda FTL1 süni şəkildə artırıldıqda, onların beyin fəaliyyəti və davranışları qocalmış siçanlara bənzəməyə başlayıb. Əksinə, yaşlı siçanların hipokampusunda FTL1 azaldıldıqda, onların yaddaşı və idrak qabiliyyəti bərpa olunub.
Tədqiqatçılar qeyd ediblər ki, bu protein beynin yaşlanma faktorlarından biridir və onun azaldılması sinir hüceyrələri arasında daha çox əlaqə yaratmaqla yaddaşın yaxşılaşmasına səbəb ola bilər. Alimlər əlavə ediblər ki, FTL1 hipokampus hüceyrələrində maddələr mübadiləsini də ləngidir. Lakin bu hüceyrələr Nikotinamid Adenin Dinukleotid (NADH) adlı fermentlə müalicə olunduqda, metabolizmin zəifləməsinin qarşısı alınıb.
3-09-2025, 17:04
Dövlətə xəyanət edən Bəhruz Səmədov 15 il həbs edildi


Dövlətə xəyanət edən Bəhruz Səmədov 15 il həbs edildi

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
DTX tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
3-09-2025, 16:56
Tramp Rusiya və Çinlə bağlı Pentaqona tapşırıq verib


Tramp Rusiya və Çinlə bağlı Pentaqona tapşırıq verib

ABŞ Prezidenti Donald Tramp Pentaqona Rusiya və Çin arasında artan yaxınlaşmanın qarşısını almağa hazırlaşmağı tapşırıb.
Bunu ABŞ müdafiə naziri Pit Heqset "Fox News" telekanalına müsahibəsində bildirib.
"Təəssüf ki, əvvəlki administrasiyanın zəifliyi Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırdı. Bu, Amerika rəhbərliyinin və gücünün çatışmazlığından qaynaqlanan dəhşətli hadisə idi. Buna görə də prezident Tramp Müdafiə Nazirliyinə əmr etdi ki, ordumuzu yenidən qurmağa, gücümüzü bərpa etməyə və çəkindirmə qüvvələrini bərpa etməyə hazır olaq", - Heqset deyib.
Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ münaqişə axtarmır, lakin buna hazır olmaq “amerikalıları təhlükəsiz edir”. O, ABŞ-ın “kosmosda, səmada, dənizdə, su altında” hərbi imkanlarını qoruyub saxlayacağını qeyd edib.
Heqset bildirib ki, hərbi çəkindirmə ilə yanaşı, diplomatiyadan da istifadə olunacaq.
3-09-2025, 16:46
Əfqanıstanda ölənlərin sayı 1500-ə çatır


Əfqanıstanda ölənlərin sayı 1500-ə çatır

Əfqanıstanın şərqində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1457 nəfərə çatıb, yaralıların sayı isə ən azı 3394 nəfərdir.
Bu barədə hökumətin rəsmi nümayəndəsinin müavini Həmdulla Fitrət "X"də paylaşım edib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6782 ev dağılıb:
"Axtarış-xilasetmə işləri davam edir, dağıntılar altından çıxarılan insanlar hava yolu ilə ən yaxın xəstəxanalara çatdırılır. Bütün dövlət qurumları yerli əhali ilə əməkdaşlıq edərək, zərərçəkənlərə yardım göstərmək üçün əlindən gələn səylərini əsirgəmir".
Xatırladaq ki, bundan əvvəl Əfqanıstan rəsmiləri 1411 itki və 3124 yaralı olduğunu bildirmişdilər.
3-09-2025, 16:41
Müharibə və sülh arasında seçim - Çin liderindən mesaj


Müharibə və sülh arasında seçim - Çin liderindən mesaj

Çin lideri Si Cinpin Pekində keçirilən hərbi paradda çıxışı zamanı dünya ictimaiyyətinə mesaj göndərib. Onun sözlərinə görə, bəşəriyyət bu gün “sülh və müharibə, dialoq və qarşıdurma, qarşılıqlı faydalı əməkdaşlıq və ya cəmi sıfıra bərabər olan oyun” arasında seçim etməlidir.
Si Cinpin İkinci Dünya müharibəsində Çin xalqının rolunu yüksək qiymətləndirərək bildirib: “Çin böyük milli qurbanlar verməklə insan sivilizasiyasının xilas olunmasına və dünyada sülhün qorunmasına mühüm töhfə verib”.
Çin lideri vurğulayıb ki, yalnız bərabərlik, harmoniya və qarşılıqlı dəstək şəraitində ölkələr ümumi təhlükəsizliyi təmin edə, müharibələrin əsas səbəblərini aradan qaldıra və tarixi faciələrin təkrarlanmasının qarşısını ala bilərlər.
3-09-2025, 16:35
Sааkaşviliyə qarşı yeni ittiham: Ömürlük həbs gözlənilir


]Sааkaşviliyə qarşı yeni ittiham: Ömürlük həbs gözlənilir

Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası sabiq prezident Mixeil Saakaşvilini 2008-ci ildə baş vermiş beşgünlük Rusiya–Gürcüstan müharibəsinə görə ittiham edib.
“Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanmış 460 səhifəlik hesabatda Saakaşvilinin 2004-cü ildən etibarən Abxaziya və Cənubi Osetiya istiqamətində gərginliyi artırdığı, 2008-ci il avqustun 8-də isə Tsinvalinin Gürcüstan ordusu tərəfindən atəşə tutulmasının müharibəni alovlandırdığı iddia olunub.
Parlament sədri Şalva Papuaşvili bildirib ki, Saakaşviliyə qarşı “dövlətə xəyanət” maddəsi ilə yeni - altıncı cinayət işi açıla bilər. Bu isə ona ömürlük həbs cəzası ilə nəticələnə bilər.
Hesabatın parlamentdə açıqlanmasından sonra yüzlərlə müxalifətçi Tbilisinin Rustaveli prospektində aksiya keçirib. Polis yolun bağlanmasına imkan verməyib, nəticədə 23 nəfər saxlanılıb. Onlara inzibati qaydada 2 aya qədər həbs və ya 5 min lari (təxminən 1850 dollar) cərimə tətbiq oluna bilər.
3-09-2025, 16:30
Qızılın qiyməti tarixi rekordunu yenilədi


Qızılın qiyməti tarixi rekordunu yenilədi

Dünyada qızılın qiyməti yenidən tarixi maksimumunu yeniləyib.
Nyu-York Əmtəə Birjasında qızılın dekabr fyuçersləri bir unsiyaya görə 3600 dollar 25 sentə çatıb. Beləcə, qızılın qiymətləri yeni rekord səviyyəyə çatıb.
Analitiklərin bildirdiyinə görə, dolların zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini aşağı salacağı ilə bağlı artan gözləntilər qiymətli metallara marağı artırıb.
Qeyd edək ki, Amerikanın maliyyə tənzimləyicisinin həlledici iclasının 16-17 sentyabr tarixlərində keçiriləcəyi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!