İran Rusiyaya torpaq verdi .....                        Mirzoyan onunla sülhdən danışdı .....                        “Neftçi” xal itirdi .....                        Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan .....                        Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan .....                        Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay .....                        Qarabağ sonsuza qədər Azərbaycandır! .....                        Gəncədə 22 marşrut fəaliyyətə başlayır .....                        Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO .....                       
3-09-2025, 14:01
Qəsdən yanğın törədən şəxs TUTULDU


Qəsdən yanğın törədən şəxs TUTULDU

1 sentyabr 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunun Nəvahi kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
FHN-in yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı əkin sahəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayonunun Nəvahi kənd sakini 1951-ci il təvəllüdlü Mahir Rəhim oğlu Qaniyev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
3-09-2025, 13:48
Bakıda 26 min manatlıq dələduzluq - 3 nəfər tutuldu


Bakıda 26 min manatlıq dələduzluq - 3 nəfər tutuldu

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirlib ki, dələduzluq nəticəsində zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.
Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.
Faktlarla bağlı araşdırmalar aparılır.
3-09-2025, 13:03
Qaxda yabğın - VİDEO


Qaxda yanğın - VİDEO

Qazax şəhərində fərdi yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə şəhərin Ələddin Qədirov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının həyətyanı sahədə baş verdiyi və genişlənərək evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış plastik su boruları yanıb, yüksək temperaturdan yaxınlıqdakı ümumi sahəsi 150 kv.m olan birmərtəbli dördotaqlı evin 1 otağının 2 ədəd plastik pəncərə çərçivəsi qismən deformasiya edib.
Ev yanğından mühafizə edilib.

3-09-2025, 13:01
“Klublararası yoldaşlıq görüşü”


”Viləş İdman Klubu”nun yaranmasının 3-cü ildönümü münasibəti ilə “Klublararası yoldaşlıq görüşü” keçirildi-FOTOLAR

31 avqust 2025-ci il tarixində “Viləş İdman Klubu”nun yaranmasının 3-cü ildönümü münasibəti ilə “Klublararası yoldaşlıq görüşü” həmin klubun idman zalında keçirildi.
Tədbirdə media nümayəndələrindən biri olan “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü, yazar, araşdırmaçı jurnalist Aybəniz Abdulova, qonaqlardan “Essella” şirkətinin rəhbəri Səkinə Əliyeva, həkim Mətanət Sadıqova, rəqqasə Elvina Həsənova, psixoloq Lamiyə Bağırova, "Viləş idman klubu’nun fəxri üzvü Şəbnəm Cəfərzadə, Elvin Ağahacıyev, Elvin İsmayılov, İntiqam Həsənov, Elşad Abdullayev, Qurban Tapdıqov, Qafar Quliyev və komandalardan isə "Viləş İdman klubu" nun direktoru Şamil Əbilov, Bayram Əliyev, Xəyal Nəbiyev, Nokaut idman klubundan Elşən, Seymur, Revanş idman klubundan Mirağa, Frifayting idman klubundan Sahib və həmçinin iş adamı Seymur müəllim olmaqla hakimlərdən isə Zamir Məmmədov, Ramiz Nadirov iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlanıldı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Tədbiri giriş sözü ilə açan “Viləş İdman Klubu”nun direktoru Şamil Əbilov bildirdi ki, bu gün ölkəmizin Prezidenti İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Daha sonra yarışa start verildi. Dörd klubdan əlli nəfər idmançı yarışdı. Onların içərisində şəhid ailəsinin üzvü olan Hüseyn Sadıqov qalib gələrək birinci yerə layiq görüldü, diplom və medalla təltif edildi.
Tədbirin sonunda “Viləş İdman Klubu” adından yaranmasının 3-cü ildönümü münasibəti ilə yarışda nəticələri olan idmançılara diplomlar, media nümayəndəsinə və qonaqlara isə təşəkkürnamələr təqdim olundu.
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü,
yazar, araşdırmaçı jurnalist









3-09-2025, 12:33
Uşaqlara quru çörək və su verilən bağçanın müdiri işdən çıxarıldı


Uşaqlara quru çörək və su verilən bağçanın müdiri işdən çıxarıldı

Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə İdarədən məlumat verilib.
Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bildiririk ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.
Qeyd edək ki, ötən mətbuatda bağçada uşaqlara quru çörək və su verildiyi barədə xəbərlər yayılıb.
3-09-2025, 12:07
Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik


Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.
Dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:
“Bu şərt Ermənistan tərəfindən qəbul olunub. Sadəcə olaraq, Ermənistan bəzi məsələlərdə, xüsusilə yurisdiksiya məsələlərində təkid edir. Ermənistan yurisdiksiyasının icrası deyəndə hansı məqamları nəzərdə tutur, bu məqamlara aydınlıq gətirmək lazımdır. Amma Azərbaycan tərəfinin tələbi birmənalıdır və prinsipialdır. Ermənistanın sərhəd və gömrük məsələlərindən məsul dövlət orqanları ilə təmas olmadan vətəndaşlarımızın, yüklərimizin və nəqliyyat vasitələrinin manesiz və təhlükəsiz şəkildə gediş-gəlişi təmin edilməlidir".



Deputat vurğulayıb ki, nəqliyyat vasitəsi dedikdə, burada şəxsi nəqliyyat vasitələri ilə, yük avtomobili arasında heç bir fərq qoyulmur:
“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq".
Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.

3-09-2025, 09:44
Kəndlər niyə boşalır?

Ziyalı narahatlığı

Kəndlər niyə boşalır?

Sosial rifah tənəzzül keçirdikcə, əhali yaşadığı ocaqdan gen düşmək məcburiyyətində qalır. Bu səbəbdən, ucqar, hətta şəraiti olmayan yaxın kəndlərdən əhali şəhərə, yaxud əli keçən yerə köç edir, bir tikə çörək üzündən dədə-baba yurdundan ayrı düşür...
Sual olunur: Kəndlərin sürətlə boşalmasına səbəb nədir? Hansı hallar əhalinin kənddən üz döndərməsinə zəmin yaradır? Bu suala cavab tapmaq üçün aşağıda bir neçə vacib nüansa diqqət çəkmək istəyirəm.
Bu gün "Facebook" səhifəsində "Azərbaycanda bu kəndlər sürətlə boşalır" başlıqlı məqalə oxudum. Burada söhbət əsasən Lerik rayonundan, onun boşalan kəndlərindən gedir. Əlbəttə, kəskin sosial məsələdir, biz sadəcə, bu halı bir məqalə kimi oxumuruq, həm də buna içdən acıyırıq. Təəssüflər olsun ki, bu ciddi məsələ çox hallarda əlaqədar təşkilatları zərrə qədər narahat etmir...
Kəndlərimizin sürətlə boşalması bir yazıçı kimi məni çox narahat edir. Bu, əlbəttə, çoxlarında ciddi narahatlıq doğurur. Çünki oxuduğum məqalədə bəhs olunan məsələ - kəndlərin sürətlə boşalması təkcə Lerik rayonunda deyil, Azərbaycanın bir sıra rayonlarında da baş verir. Məsələn, Tovuz rayonunun dağ kəndlərində, Quba, Şamaxı, Ağsu və başqa rayonlarda da bu hallar var. Məsələ budur: əhali kəndləri tərk edir, rayonu da belə deyək, təkcə elə rayon camaatı təmsil edir. Bu isə əsl demoqrafik faciədir...
Bu günlərdə Gədəbəy rayonunun Hacılar ərazi dairəsində idim. Sovetlər dönəmində bu ərazidə dörd yüzdən çox ev var idi. Hal-hazırda isə bu ərazidə 70- 80 evdə yaşayış var. O evlərdə yaşayanlar da yaşlı nəslin nümayəndələridir. Ayağı yol tutan bu və ya digər səbəbdən Bakıya, Gəncəyə köçüb.
Maraqlıdır, boşalan kəndlərin əksərində müasir tipli məktəb, hamar asfalt örtüklü yol, qaz xətti, bir sözlə kommunikasiya xətlərinin olmasına baxmayaraq, əhali kütləvi şəkildə kəndləri boşaldır, dədə-baba yurdlarını tərk edib gedir. Statistik məlumatlar da göstərir ki, kəndlərdən köç edənlərin böyük əksəriyyəti Bakının Sabunçu, Binəqədi, Xəzər və digər rayonlarının ərazilərində buruqların arasında ərazi alır, orada ev tikib yaşayır. Bu isə ikiqat ağırlaşdırıcı hal yaradır, çünki büllur bulaqları, saf havası olan kəndlərin əhalisi neft buruqlarının arasında zəhər udur, səhhəti üçün bir sıra xəstəliklər qazanır.

Digər tərəfdən, bəs aidiyyəti şəxslər hansı səbəbdən onlara neft ərazilərində ev tikmək üçün şərait yaradır? Belə başa düşək ki, onlara əhalinin sağlamlığı lazım deyil, onlardan aldıqları pul əsadır. Qısası, kənddən gələnlərə kimlərsə pullarını alıb, ev tikmək üçün şərait yaradırlar, sonra da aidiyyəti orqan həmin şəxsləri məhkəməyə verir, qarşılarında ərazini boşaltmaq tələbi qoyurlar.
Əlaqədar təşkilatlardan xahiş edirəm, sürətlə boşalan kəndlərdə əhali üçün maraq doğuran hallar yaratsınlar. Məsələn, Gədəbyin kəndləri nə üçün boşalmalıdır? Bu prosesin qarşısını almaq olmazmı? Belə deyim, kəndlərdə iş yerləri açılsın, camaat işlə təmin olunsun, kənddə xeyirli bir iş görmək istəyən şəxsdən məmurlar rüşvət tələb etməsin və s. Əgər belə olmasa, kəndlərimiz boşalıb xarabalıqlara çevriləcək.
Bəs kəndlərin xaraba qalması kimə və ya kimlərə sərf edir? Bu demoqrafik vəziyyəti kökündən həll etmək olmur? Tutaq ki, seçki keçirilir, kəndlərdə əhali yox, hərə bir tərəfdə didərgin, bəs kim səs verəcək? Şəhərdən kəndə gedib səs vermək də əlavə sosial çıxardır...
Yaxud, əgər kəndçi həyətində mal-qara saxlamaq üçün tövlə tikə bilmirsə, bundan ötrü ondan rüşvət tələb olunursa, o, nə etməlidir? Zənnimcə, yerli rayon təşkilatı, yüksək çinli məmurlar kəndliyə şərait yaratmalı, köməklik etməlidirlər ki, kəndlilər ata-baba yurdlarını tərk etməsinlər.
Həmçinin, məmurlar kəndlinin örüş sahələrini başqa rayonlardan olan fermerlərə satır, pul qazanırlar. Kəndli isə qalır çarəsiz. Əgər onun ərazisi satılırsa, o, harada və necə əkinçiliklə, ya heyvandarlıqla məşğul olsun?
Cənab prezident, Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında dəfələrlə deyib ki, məmurlar kəndlilərə şərait yaratmalı, köməklik etməlidirlər. Təəssüf ki, bu, heç də belə deyil və biz hələ bu barədə xoş fikir ifadə edə bilmirik.
Səmimi deyirəm, əgər hər hansı, özü də çox ciddi tədbirlər görülməsə yaxın iki-üç ildə demək olar ki, kəndlərin böyük əksəriyyəti boşalacaq, əhali müxtəlif səbəblərdən kəndlərdən qaçacaq.
Axı, Bakı nə boydadır ki? Hamının Bakıya toplanması vəziyyəti kritik həddə çatdırmırmı? Buna görədir ki, şəhərdə hər gün tıxac problemi yaşanır və s.
Bəhs olunan məsələ çox vacib, həm də çox ciddi məsələdir. Mən bütün rayonların cavabdeh şəxslərindən xahiş edirəm ki, kəndlərin sürətlə boşalmasının qarşısını almaq üçün səfərbər olsunlar...

Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist. AYB və AJB-nin üzvü.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!