Bulvarda dənizdən meyit tapıldı .....                        Londonda iğtişaşlar - Saxlanılanlar var .....                        Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır .....                        Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi .....                        Putinin ölümsüzlüyü mümkündürmü? .....                        Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                        ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar .....                        Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO .....                       
4-09-2025, 16:24
Zelenski Trampın xüsusi elçisilə görüşdü - Prezident zəng edəcək


Zelenski Trampın xüsusi elçisilə görüşdü - Prezident zəng edəcək

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb.
Bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov Ukrayna mətbuatına açıqlamasında bildirib.
Zelenskinin mətbuat katibi bildirib ki, siyasətçilərin görüşü artıq başa çatıb.
Bunun ardınca Donald Trampla birgə zəng planlaşdırılır, söhbət bu gün axşam baş tutacaq.
4-09-2025, 16:20
Prezident səfiri geri çağırdı


Prezident səfiri geri çağırdı

Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, H.Hüseynov Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.



4-09-2025, 16:08
Dünyanın ən böyük 100 silah şirkəti - 5-i Türkiyənindir


Dünyanın ən böyük 100 silah şirkəti - 5-i Türkiyənindir

Türkiyənin müdafiə şirkətləri 2024-cü ilin sonuna qədər gəlirlərini və qlobal silah bazarında payını artırıb.
Bu barədə avqustun 4-də Türkiyənin “Star” qəzeti yazıb.
Nəşr diqqəti dünyanın aparıcı ölkələrinin hərbi-sənaye kompleksindəki vəziyyəti əks etdirən nüfuzlu “Defence News Top 100” reytinqinin göstəricilərinə yönəldib.
Reytinqə eyni anda Türkiyənin beş şirkəti daxil edilib ki, onların ümumi mənfəəti il ərzində 28,02% artaraq 10 milyard 723 milyon dollara çatıb.
Türkiyə şirkətləri arasında lider 3 milyard 541 milyon dollar gəlirlə reytinqdə 14-cü yeri tutan ASELSAN olub. TUSAŞ 15-ci, “Roketsan” 24-cü, ASFAT 26-cı, “Makine ve Kimya Endüstrisi” 27-ci yerdə qərarlaşıb.
Eyni zamanda, ASFAT bir il ərzində öz gəlirini iki dəfədən çox artırıb (1,27 milyard dollara qədər). Bu, Avropa şirkətləri arasında ən yüksək göstərici olub.
4-09-2025, 15:43
Mərkəzi Bank və Çin Xalq Bankı arasında Memorandum imzalandı


Mərkəzi Bank və Çin Xalq Bankı arasında Memorandum imzalandı

Azərbaycan Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.
4-09-2025, 15:23
Allahşükür Paşazadə Ümumdünya Şurasına üzv seçildi


Allahşükür Paşazadə Ümumdünya Şurasına üzv seçildi

Dünya miqyasında yüksək nüfuza malik “Dinlər Sülh Naminə” Təşkilatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəni təşkilatın həmsədri və Ümumdünya Şurasına üzv seçib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Şeyxülislam Allahşükür Paşazadənin KAICIID Dinlərarası və Mədəniyyətlərarası Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasına, Müsəlman Ağsaqqallar Şurasına üzv seçilməsindən sonra “Dinlər Sülh Naminə” Təşkilatının həmsədri vəzifəsinə gətirilməsi şübhəsiz ki, Azərbaycanın sivilizasiyalar və dinlərarası dialoqun mərkəzi kimi dünya miqyasında qəbul edilməsinin və ölkəmizə göstərilən beynəlxalq etimadın daha bir bariz nümunəsidir.
Qeyd edək ki, “Dinlər Sülh Naminə” Təşkilatı dünyanın ən böyük beynəlxalq dinlərarası sülhməramlı qurumudur. 1970-ci ildə yaradılmış bu təşkilatda qəbul olunmuş qaydaya görə, quruma dünyanın müxtəlif ölkələrini, müxtəlif dinləri təmsil edən ən nüfuzlu din xadimləri rəhbərlik edirlər. Təşkilat 6 regional və müxtəlif ölkələrdə fəaliyyət göstərən 100-ə yaxın yerli dinlərarası şuraları ehtiva edir. Onlardan hər biri həmsədr statusuna malikdir. A.Paşazadə təşkilatın Ümumdünya Şurasının 2025-ci il iyulun 29-da İstanbulda keçirilən növbəti konfransında həmsədr məqamına seçilib və bu barədə qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinə müraciət məktubu ünvanlayıb.
“Dinlər Sülh Naminə” təşkilatı BMT-nin İqtisadi və Sosial Şurası - ECOSOC-da, UNESCO-da, UNICEF-də məsləhətçi statusuna malikdir, BMT-nin Sivilizasiyalar Alyansı, KAICIID təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Təşkilatın icraçı orqanı olan Beynəlxalq Katiblik Nyu-Yorkda yerləşir. Hazırda təşkilatın Baş katibi keniyaəsilli Frensis Kuriadır. O, həmçinin Afrika Dini Liderlər Şurasının Baş katibi, Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın Beynəlxalq rəhbər qrupunun sədri, Nobel mükafatı laureatıdır.
Qeyd edək ki, “Dinlər Sülh Naminə” Təşkilatının həmsədri şeyxülislam Allahşükür Paşazadəyə şamil edilən səlahiyyətlərlə müqayisədə bütün ermənilərin Katolikos-patriarxı II Qaregin yalnız ictimai əsaslarla Təşkilatın fəxri prezidenti statusunu daşıyır və rəsmən səs hüququna malik deyil.
“Dinlər Sülh Naminə” Təşkilatının hər 5-7 ildən bir Ümumdünya Assambleyası toplanır. Sonuncu tədbirdə dünyanın 125 ölkəsindən 900-ə yaxın dini lider, dini icmaların və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Təşkilatın növbəti 11-ci Ümumdünya Assambleyasının 2025-ci ilin sonunda Almaniyanın Lindau şəhərində keçirilməsi planlaşdırılır.
Böyük Zəfərdən sonra erməni lobbisi və erməni kilsəsinin ölkəmiz əleyhinə apardığı revanşist təbliğatın gücləndiyi zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Qarabağda aparılan fövqəladə quruculuq işlərinin, milyonlarla köçkünə yeni həyat bəxş edən Böyük Qayıdışın müstəsna mahiyyətini açıqlamaq, mədəni-mənəvi irsimizin bərpasına yönələn misilsiz fəaliyyətlərdən bəhs etmək üçün “Dinlər Sülh Naminə” təşkilatının xitabət kürsüsü xüsusi əhəmiyyət kəsb edir. Həmçinin “Dinlər Sülh Naminə” Təşkilatı Azərbaycanın multikulturalizm sahəsində örnək modeli və Bəhreyndə keçirilən İslamdaxili dialoq konfransında məzhəblərarası anlaşmanın Azərbaycan modeli kimi dünyaya təşviq edilən unikal təcrübəmizin geniş təbliği üçün daha bir sanballı beynəlxalq platforma olacaq.
4-09-2025, 15:17
Zəlzələdə ölənlərin sayı 2000-ni keçdi


Zəlzələdə ölənlərin sayı 2000-ni keçdi

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2200 nəfəri ötüb.
Bu barədə Taliban hökuməti məlumat yayıb.
Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.
4-09-2025, 15:10
Türk dünyasının liderləri gələn ay Azərbaycana gəlir - TARİX+SİYAHI


Türk dünyasının liderləri gələn ay Azərbaycana gəlir - TARİX+SİYAHI

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək.
TDT-nin rəsmi vebsaytında bildirilib ki, 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.
Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.Görüşün gündəliyi hələlik məlum deyil.
Qeyd edək ki, Zirvə Toplantısında üzv və müşahidəçi ölkələrin liderlərinin iştirak edəcəyi qeyd olunur.

Toplantıya aşağıdakı liderlərin qatılacağı gözlənilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

Macarıstanın Baş naziri Viktor Orban

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov (Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da dəvət edilib)

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev

Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
4-09-2025, 15:04
Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi


Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi[/size]

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.
İlk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.
60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.
4-09-2025, 15:00
Sərhədçilərimiz iki narkokuryeri saxladı


Sərhədçilərimiz iki narkokuryeri saxladı

Xəzər dənizində sərhəd pozucuları saxlanılıb, 11,85 kq narkotik aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıblar.
Məlumatda deyilir:
"Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.
Belə ki, sentyabrın 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədi ilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb.
Üzmə vasitəsində baş vermiş yanğın səbəbilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilmiş xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib, “Yamaha-200” markalı “Layner” tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülüb, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.
Faktla bağlı Dövlət Sərhəd Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
4-09-2025, 14:39
Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA


Saatlıq əməkhaqqı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bir müddət əvvəl yayılan xəbərlərə görə, Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Bunlardan ən mühümü saatlıq əməkhaqqı sisteminin tətbiqidir.
Məcəllədə, həmçinin məsafədən işin hüquqi tənzimlənməsi, eyni dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərlə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi mühüm məsələlər də öz əksini tapacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
verilən məlumata görə, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi və s. ilə bağlı qanunverciliyə dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub və hazırda baxılmaqdadır.
Əlavə olaraq qeyd edilib ki, bu layihələrlə bağlı yeniliklər olduqda məlumat veriləcək .
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!