Bulvarda dənizdən meyit tapıldı .....                        Londonda iğtişaşlar - Saxlanılanlar var .....                        Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır .....                        Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi .....                        Putinin ölümsüzlüyü mümkündürmü? .....                        Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                        ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar .....                        Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO .....                       
4-09-2025, 14:15
Rusiya-Ermənistan ticarəti yarıbayarı azalıb - Overçuk


Rusiya-Ermənistan ticarəti yarıbayarı azalıb - Overçuk

Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət bu il artıq əhəmiyyətli dərəcədə azalıb.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O qeyd edib ki, ticarətdə azalma 2025-ci ilin sonuna qədər 6 milyard dolları ötəcək ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.
"Rusiya ilə Ermənistan arasında ticarətə gəlincə, biz gözləyirik ki, ilin sonuna qədər keçən illə müqayisədə bu, iki dəfə azalacaq. Yəni, əgər keçən il 12,4 milyard idisə, bu il yəqin ki, 6 milyard civarında, bəlkə də bir az daha çox olacaq", - o deyib.
4-09-2025, 13:53
İcra başçısının birinci müavini vəzifəsindən AZAD EDİLDİ


İcra başçısının birinci müavini vəzifəsindən AZAD EDİLDİ

Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.
Bu barədə müvafiq əmr imzalanıb.
Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.
A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ali təhsil alıb. Baytar həkimidir. Məlumatı daha əvvəl "banker.az" yayıb.
4-09-2025, 13:47
Babayandan Xocalı soyqırımı etirafı


Babayandan Xocalı soyqırımı etirafı

Sentyabrın 4-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayanın ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Onun ibtidai istintaqa ifadəsinin bir hissəsi 1992-ci il fevral ayında baş vermiş Xocalı soyqırımı və ondan sonrakı hadisələrlə bağlı olub.
M.Babayan ibtidai istintaqa ifadəsində qeyd edib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.
Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan yüksək dağlıq ərazidə yerləşən artileriya və reaktiv yaylım atəş sistemlərinin yerləşdiyi mövqelərdən top, minatan və digər təyinatlı mərmilərlə aramsız atəşə tutulub. Təxminən 30-40 dəqiqə davam edən aramsız artileriya, minaatan və “BM-21-QRAD” sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olubar. Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaratanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığından keçən Qarqar çayını keçərək yaxınlıqdakı dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar. Qaçan şəxslər əvvəlcədən şəhərin ətrafında postlar quraraq qaçan əhaliyə atəş açıb öldürmək üçün orada gözləyən digər erməni silahlı qüvvələri tərəfindən güllələnib. Xocalı şəhərində evlər talanıb, yandırılıb, qadınlar zorlanıb, insanlar çoxsaylı işgəncələrə məruz qalıb, tank və döyüş maşınları insanların üzərindən keçərək onları əzmişdir. M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı da çox az sayda insan oradan çıxaraq xilas ola bilib.
Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
4-09-2025, 13:06
Qadın hədə ilə pul tələb etdi TUTULDU


Qadın hədə ilə pul tələb etdi TUTULDU

Bakının Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub. Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
4-09-2025, 12:59
Prezident Yusif Səmədoğlu ilə bağlı sərəncam imzaladı


Prezident Yusif Səmədoğlu ilə bağlı sərəncam imzaladı

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinin qeyd ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.
"Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir", - Sərəncamda vurğulanıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
4-09-2025, 12:51
Məktəblərdə kağız jurnallar ləğv edilir


Məktəblərdə kağız jurnallar ləğv edilir

“Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i, müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı tapşırıq verilib.
Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq. Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.
O həmçinin qeyd edib ki, hazırda valideynlərin qeydiyyat göstəricisi 62–65% civarındadır. Bu göstəricinin yüksəldilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb.
4-09-2025, 12:46
Hüseyn Həsənovun Rusiyadakı biznesi ləğv edildi


Hüseyn Həsənovun Rusiyadakı biznesi ləğv edildi

Bloger Hüseyn Həsənovun Rusiyadakı aktiv biznesi ləğv edilib.
Federal Vergi Xidməti onunla əlaqəli sonuncu Rusiya şirkəti olan Banda Foods MMC-nin ləğvini başa çatdırıb.
Məlumatda bildirilir ki, 2023-cü ildə yaradılan biznes tez bir zamanda maliyyə çətinliyi ilə üzləşib.
"Uğursuzluq tərəfdaşlarla münaqişələrə səbəb oldu. Məhsulların qablaşdırılması və çatdırılması ilə məşğul olan şirkətlər artıq göstərilmiş xidmətlərin haqqını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Həsənov öhdəliklərini yerinə yetirməyib və Rusiyanı tərk edib", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, kreditorların toplamağa çalışdıqları borcun məbləği təxminən 800 min rubl təşkil edir.
4-09-2025, 12:38
Sabah Bakıya yağış yağacaq


Sabah Bakıya yağış yağacaq

Azərbaycanda sentyabrın 5-də havanın yağışlı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!