Rayonlara leysan yağır .....                        Bakının məşhur küçəsində YENİLİK .....                        Şahin Mustafayev Ermənistana getdi - Nələr müzakirə edildi? .....                        Parisdə Zəngəzur dəhlizi müzakirə edildi .....                        Britaniya Baş nazirinin müavini istefa verdi .....                        Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər bu tarixdə TAMAMLANACAQ .....                        Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ .....                        Bu ilin sonuncu Ay tutulması olacaq .....                        General Simonyan öldü .....                       
Bu gün, 19:33
Rayonlara leysan yağır


Rayonlara leysan yağır

Bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 5-i saat 19:00-a olan məlumata əsasən, həmçinin yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.
Bu gün, 19:14
Bakının məşhur küçəsində YENİLİK


Bakının məşhur küçəsində YENİLİK

Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Koroğlu Rəhimov küçəsində uzun müddətdir mövcud olan problemli nöqtələr nəqliyyat axınına mənfi təsir göstərir. Belə ki, Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin "Gənclik" metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir.
Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir.
Parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur.
Görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə imkanları yaxşılaşacaq.
Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.
Qeyd edək ki, bu həll Bakının "rəqəmsal əkiz"i vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə hazırlanıb.
Sürücülərin rahatlığına hesablanan bu layihəni diqqətinizə çatdırırıq. Videoçarxda tətbiq olunacaq yeniliklərlə tanış ola bilərsiniz.
Bu gün, 19:05
Şahin Mustafayev Ermənistana getdi - Nələr müzakirə edildi?


Şahin Mustafayev Ermənistana getdi - Nələr müzakirə edildi?

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub
Bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu gün, 18:57
Parisdə Zəngəzur dəhlizi müzakirə edildi


Parisdə Zəngəzur dəhlizi müzakirə edildi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisdə Fransa Prezidenti Emmanuel Makronun kontinental Avropa və Türkiyə məsələləri üzrə müşaviri Bertran Buşvalterlə görüşüb.
Görüş zamanı tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri müzakirə ediblər və bu çərçivədə TRIPP-in (Zəngəzur dəhlizi) əhəmiyyətini vurğulayıblar.
Tərəflər strateji Ermənistan-Fransa əməkdaşlığının gündəliyini də müzakirə edib və qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirib, iki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndiriblər.
Bu gün, 18:20
Britaniya Baş nazirinin müavini istefa verdi


Britaniya Baş nazirinin müavini istefa verdi

Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərindəki mənzilin alınması zamanı herb rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.
45 yaşlı Reyner Baş nazir Kir Starmerin komandasından ayrılan səkkizinci və ən yüksəkvəzifəli kabinet üzvü olub.
“Vergiqoyma məsələləri üzrə mütəxəssisə əlavə məsləhət üçün müraciət etməmək qərarıma görə çox təəssüflənirəm... Bu səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, - deyə Reyner Starmerə yazdığı məktubda bildirib.
“The Guardian” qəzetinin məlumatlarına görə, o, təxminən 40 min funt-sterlinq az ödəyib.
Starmer cavab olaraq onun hökumətdəki vaxtının bu şəkildə bitməsindən təəssüfləndiyini, lakin düzgün qərar verdiyini bildirib.
Ancela Reyner 2024-cü il iyulun 5-də Baş nazirin müavini təyin edilib.
Kabinetin səkkiz naziri itirilib, onlardan beşi hüquqpozuntularına görə istefa verib. “Starmer hakimiyyətdə olduğu ilk dövrdə bütün Baş nazirlər arasında ən çox nazir istefasını (hökumətdəki dəyişikliklər daxil deyil) yaşayıb”, - deyə “Reuters” yazır.
Bu gün, 18:09
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər bu tarixdə TAMAMLANACAQ


Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər bu tarixdə TAMAMLANACAQ

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında tamamlanacaq.
Bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov bildirib.
Onun sözlərinə görə, avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir və bu yol birinci texniki dərəcəyə uyğun layihələndirilib: "Hərəkət hissəsinin eni 14-21 metr arasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan 45,6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolun üzərində 28 ədəd körpü tikilib. Bunların 16-ı su keçidlərinin üzərində inşa olunub, qalanı isə yol ötürücüdür. Yolun üzərində 8 ədəd qovşaq və ümumi uzunluğu 12 kilometrdən bir qədər artıq olan 3 ədəd tunel inşa edilib. Hazırda avtomobil yolunda işlərin fiziki tərəqqisi 95 % təşkil edir".
Bu gün, 18:07
Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ


Astarada 8-i uşaq olmaqla 15 nəfər ZƏHƏRLƏNDİ

Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
05.09.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qurumdan bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
Bu gün, 17:59
Bu ilin sonuncu Ay tutulması olacaq


Bu ilin sonuncu Ay tutulması olacaq

Sentyabrın 7-də cari ilin ikinci və son Ay tutulması olacaq.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır.
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan “Qanlı Ay”ı saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.
Qeyd edilib ki, sentyabrın 21-i isə 2025-ci ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır və Azərbaycandan müşahidə olunmayacaq.
Ay və Günəş tutulmalarının müşahidə olunmasının səbəbi Yerlə Ayın orbitlərinin müstəvilərinin demək olar ki, eyni bir müstəvidə yerləşməsi və Ayla Günəşin disklərinin səmada ölçülərinin eyni olmasıdır. Onlar bir düz xətt üzrə düzülərkən tutulmalar müşahidə olunur. Tutulmanın tam və ya qismən olması isə göy cisimlərinin konfiqurasiyası və müşahidəçinin mövqeyindən asılı olur. Çünki tutulmalar Ay və Yerin orbitlərin kəsişmə nöqtələri (düyün nöqtələri) və ətrafında müşahidə olunur. Kəsişmə nöqtəsindən uzaqlaşdıqca Ay və Günəşin disklərinin örtülməsi faizi də azalır. Yerdəki müşahidəçi isə kölgənin mərkəzində yerləşərsə tam, kölgənin kənarlarına doğru qismən, yarımkölgədə isə yarımkölgəli tutulmanı izləmiş olur.
Bu gün, 17:36
General Simonyan öldü


General Simonyan öldü

Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının sabiq komandiri, general-mayor Artur Simonyan ölüb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Simonyan Qarabağ müharibəsinin birinci mərhələsində fəal iştirak edib.
O, 2017-ci ilin oktyabrına qədər Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının komandiri olub.
Bu gün, 17:28
Horadiz-Ağbənd dəmir yolu ilə yüklərin daşınmasına başlanıldı


Horadiz-Ağbənd dəmir yolu ilə yüklərin daşınmasına başlanıldı

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına start verilib.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları! QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov bildirib.
Onun sözlərinə görə, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 kilomterdir (yan yollarla birlikdə 140,6 kilometr): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb".
C. Əlövsətov vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir".
O əlavə edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib:
"3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suvaq işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67 % təşkil edir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!