Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                        İsrailə hücum edildi .....                        İran diplomatı Misirdə oğurlandı .....                        Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi .....                        Amerikada dini geri qaytarmalıyıq .....                        Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi .....                        Rusiya ermənilərinin başçısı seçildi .....                        Almaniya əhalisi hakimiyyətdən narazıdır .....                       
Bu gün, 21:45
Dəhşətli qəzada son anda xilas olan həkim imiş


Dəhşətli qəzada son anda xilas olan həkim imiş

Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub.
Yayılan görüntülərdə qəza zamanı əks yolda hərəkət edən iki avtomobilin son anda faciədən yayındığı görülür.
Həmin avtomobillərdən biri tanınmış pediatr Günay Rəsulovaya məxsus olub.
O, baş verənlərlə bağlı sosial şəbəkədə bunları yazıb:
"Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".
Bu gün, 21:40
Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi


Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi

Fransa Milli Məclisi baş nazir Fransua Bayruya etimadsızlıq göstərib.
Bu barədə BFM TV məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, 364 deputat etimadsızlığın lehinə, 194 nəfər isə Bayrunun vəzifədə qalmasına səs verib. Milli Məclisin sədri Yael Bron-Pive bildirib ki, baş nazir prezidentə istefa ərizəsini təqdim etməlidir.
Bayru səsvermədən əvvəl çıxış edərək sərt iqtisadiyyat tədbirlərini büdcə kəsirini azaltmaq üçün zəruri addım kimi əsaslandırıb. “Bu, prezidentin razılığı ilə istədiyim bir sınaq idi”, - deyə o, deputatlara müraciət edib. Lakin onun çıxışı zamanı bir sıra müxalifət üzvləri etiraz səsləri ilə iclası pozublar.
Baş nazirin təqdim etdiyi 2026-cı il büdcə planında vergilərin artırılması və 44 milyard avroluq xərclərin ixtisarı nəzərdə tutulurdu. Təkliflər arasında pensiya və sosial ödənişlərin azaldılması, varlılardan “həmrəylik ödənişi”nin alınması, həmçinin iki istirahət gününün (Pasxadan sonrakı bazar ertəsinin və 8 may Qələbə Gününün) ləğvi də var idi.
Fransua Bayru bu vəzifəni təxminən 9 ay icra edib.
Bu gün, 20:17
İsrailə hücum edildi


İsrailə hücum edildi

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri (husilər) İsrailin Ben-Qurion və Ramon hava limanlarına zərbələr endirib.
Zərbələr PUA-lar vasitəsilə həyata keçirilib.


Bu gün, 19:57
İran diplomatı Misirdə oğurlandı


İran diplomatı Misirdə oğurlandı

İran Xarici İşlər Nazirliyi keçmiş mədəniyyət attaşesi Əmir Musəvinin Misirdə oğurlandığını təsdiqləyib.
Bununla bağlı İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.
Bəqai keçmiş mədəniyyət attaşesi Əmir Musəvinin İraq pasportu ilə ölkəyə daxil olduqdan sonra Misirdə oğurlandığını qeyd edib:
“Biz bu səhər Misirdə Əmir Musəvinin yoxa çıxması xəbərini eşitdik. O, hazırda diplomat deyil. O, əvvəllər mədəniyyət attaşesi vəzifəsində çalışıb. Bizdə olan məlumata görə, Musəvi Misirə İraq pasportu ilə daxil olub. Biz bu məsələni diplomatik kanallar vasitəsilə davam etdirəcəyik".
Bu gün, 19:46
Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi


Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi

Milliyətcə erməni David Aloyan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin yeni müavini təyin edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm Umerovdur.
Bu gün, 19:42
Amerikada dini geri qaytarmalıyıq


Amerikada dini geri qaytarmalıyıq

“Amerikada dini geri qaytarmalıyıq”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.
O bildirib ki, Amerika iman üzərində qurulub və iman zəiflədikcə ölkə də zəifləyir.
“Biz Tanrıya məxsus millətik və həmişə də olacaq. Biz Amerikada dini əvvəlkindən daha güclü şəkildə qaytarmalıyıq”, - deyə Tramp əlavə edib.
ABŞ Prezidenti ailəsinə məxsus İncili İncil Muzeyinə bağışladığını qeyd edib.
Bu gün, 18:50
Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi


Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Ersin Dinçeri qəbul edib.
Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını, digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq sahəsində də inkişafını xüsusi vurğulayaraq bu əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində yeni hərbi attaşeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor E.Dinçer isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından qürur duyduğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə əzmlə çalışacağını bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Gaffar Görenin də iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bu gün, 18:09
Rusiya ermənilərinin başçısı seçildi


Rusiya ermənilərinin başçısı seçildi

Dövlət Kreml Sarayında Rusiya Ermənilər İttifaqının səkkizinci qurultayı keçirilib.
Təşkilatın mətbuat xidmətinin məlumatına görə, Ara Abramyan yenidən Rusiya Erməniləri İttifaqının sədri seçilib.
Qeyd olunur ki, qurultayda Rusiyanın bütün bölgələrindən olan nümayəndə heyətləri iştirak edib.
Bu gün, 18:00
Almaniya əhalisi hakimiyyətdən narazıdır


Almaniya əhalisi hakimiyyətdən narazıdır

Almanların 60%-dən çoxu kansler Fridrix Mertsin rəhbərliyi altında CDU/CSU və SPD blokundan ibarət hökumətin işindən narazıdır.
Bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Məlumata görə, respondentlərin 62%-i hakim koalisiyanın fəaliyyətindən razı qalmadığını bildirib. Respondentlərin yalnız 27%-i kabinetin işindən razı qaldığını qeyd edib. Bu o deməkdir ki, hökumətə dəstək səviyyəsi bir neçə həftədir ki, kritik səviyyədə qalıb.
Qəzet qeyd edir ki, iyun ayından bəri koalisiyaya etibar etməyənlərin payı demək olar ki, 20 faiz bəndi (pp) artıb, məmnunluq isə 10 faiz bəndi azalıb.
Nəşrin məlumatına görə, eyni zamanda, almanların 59%-i kanslerin özünün hərəkətlərindən narazıdır. Yalnız 29% onun işindən razıdır.
Hər iki suala cavab verməyənlərin sayı paralel olaraq təxminən 20-dən 10%-dən bir qədər çox azalıb. Görünür, bir çox qərarsız insanlar hökumətin əleyhinə səs veriblər.
Narazılığın bu qədər yüksək səviyyədə qalması onu göstərir ki, Almaniya hökuməti hələ də əhalinin etimadını qaytarmaq yolunu tapmayıb. Sorğu sentyabrın 4-dən 5-dək aparılıb və 1003 nəfər iştirak edib.
Bu gün, 17:40
Obama 3-cü dəfə bu mükafatın sahibi oldu


Obama 3-cü dəfə bu mükafatın sahibi oldu

ABŞ-nin keçmiş prezidenti Barak Obama üçüncü dəfə "Emmi" mükafatına layiq görülüb.
Məlumata görə, 64 yaşlı siyasətçi Kreativ İncəsənət üzrə 76-cı mükafatların təqdimetmə mərasimində "Görkəmli nağılçı" nominasiyasında qalib olub.
Mükafat Obamanın "Netflix"də "Bizim okeanlarımız" sənədli serialındakı işinə görə verilib. Keçmiş prezident Los-Ancelesdə keçirilən mərasimdə şəxsən iştirak etməsə də, heykəlciyi onun adından aparıcı Cordan Klepper qəbul edib.
"Bizim okeanlar" layihəsi izləyicilərə dünya okeanlarının dərinliklərinə dalmağa imkan verib. Obama Sakit okeandakı donqar balinaların həyatı və onların miqrasiya proseslərindən, morjların Şimal Buzlu okeanında iqlim dəyişikliklərinə adaptasiyasından (uyğunlaşmasından) ətraflı şəkildə danışıb.
Qeyd edək ki, daha əvvəl Barak Obama iki dəfə "Emmi" mükafatının qalibi olub - 2022-ci ildə "Bizim möhtəşəm milli parklarımız" serialı və 2023-cü ildə "İş: Bütün gün nə ilə məşğul oluruq?" layihəsinə görə.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!