Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
Bu gün, 14:53
30 ildən sonra…


30 ildən sonra…

1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirməyimizin 30 illiyi şərəfinə Bakıdakı Zabitlər bağında görüş keçirtdik. Yardımlıdan Ağababayev Tomarxan, Lerikdən Quliyev Əfqan, Neftçaladan Nəcəfova Ruhəngiz, Qubadan Gülqədəm Cəmaləddin qızı, Saatlıdan Əliyeva Vəfa, Sədaqət, Salyandan Dadaşova Vüsalə, Qobustan qəsəbəsindən Surxayova Mətanət, Göyçaydan Elza Bürcalı qızı, Zəngilan şəhərindən olan, Bakıda məskunlaşan Rəcəbova Sona, Qazax şəhərindən olub Bakıda yaşayan Şəmşiyev Eldar, Bakının Şüvəlan qəsəbəsindən Sevinc Paşa qızı, əslən Bakı şəhərindən olan Babakişiyeva Səyyarə və mən müxtəlif məkanlardan yolların damarını qırıb ölkəmizin Başkəndi sayılan Bakı şəhərində bir-birimizin görüşünə gəlmişdik. Tələbə yoldaşımız Mətanət Surxayovanın dediyi kimi, gəncliyim(iz)dən mənə (bizə) yadigar qalan əziz dostlarım(ız)la görüşdə hamımız 30 il əvvəlki gənclik dövrümüzə qayıtdıq, tələbəlik illərimizin şirin, həzin xatirələrini dilə gətirməklə və bir-birimizin simasında gənclik dövrümüzün nişanələrini sezməklə yenidən cavanlaşdıq - “tələbələşdik”. İnsan həyatının müəyyən mərhələləri - uşaqlıq və məktəb illəri, əsgərlik dövrü, tələbəlik həyatı, mehriban iş kollektivi ilə çalışdığımız illər və s. - olur ki, bunlar insanın ömür boyu yaddaşında naxış salıb yaşayır. Qeyd etdiyim kimi, tələbə yoldaşlarımız da bir-birimizin nəzərində gənclik illərimizi canlı şahidlər kimi özündə yaşadan və həm də o illəri bizə yaşatdıran əvəzolunmaz dostlarımız - sirdaşlarımızdırlar. Bu mənada görüş zamanı tələbəlik həyatından unudulmaz fraqmentləri yada salıb, xatirələrimizi bölüşərkən, bir daha xəyalən həmin anlara qayıdıb gəncliyimizi təzədən yaşadıq.
“İnsanın hər yerdə bir evi olmalıdır” düsturu ilə düşünən ata-babalarımız tələbə dostlarımızın timsalında bizlərə məhz bu cür səmimi, istiqanlı, bir-birlərini anlaya bilən munis insanların könül aləmlərində özümüzə ev tikməyi məsləhət görmüşdülər. Hər birimiz ayrı-ayrı məkandan - ünvandan bir-birimizin həvəsinə üz tutub Bakı şəhərinə gəlmişdik. Görüşdük, əhvallaşdıq. Xatirələrimizi dilə gətirdik, gəncləşdik. Kövrəldik də, şənləndik də, hələ desəm, uşaq kimi əyləndik də – yəni bir anlıq uşaqlaşıb dünyanın qayğı-kədərini üstümüzdən atdıq da. Axı ruhən – xəyalən 30 il əvvəlki çağlarımıza qayıtmışdıq bir-birimizin simasında, baxışında…
Hər görüşün bir ayrılıq vədəsi də yetişir. Ayrılanda sözləşdik ki, indən belə görüş yerimiz təkcə Başkəndimiz – Bakı şəhəri olmasın, həm də bölgələrdə görüşək. Allah şər iş göstərməsin, bir-birlərimizin xeyir işlərində iştirak edək – görüşək. Axı yuxarıda qeyd etdim ki, babalarımızın “hər yerdə bir ev tikmək” nəsihəti hər mahalda, hər diyarda bir dost evi tikmək anlamına gəlir. Bir məkanda görüşdük, ayrılanda isə müxtəlif ünvanlara yollandıq. Ancaq hər birimiz ürəyimizdə bu görüşün istiliyini də öz evimizə gətirdik. Xəyalən qonağı olduğumuz bu evlərin qapıları bir gün də gerçəkdən üzümüzə açılar. Dost evində öz evimiz kimi şənlənib görüşərik. Qonaqpərvər xalqımızın düşüncəsidir ki,
Əzizinəm, dər dağıl,
Başda qoymaz dərd ağıl.
Səni ki mehman açmaz,
Xanə, yurd ol, dər, dağıl!

Öz evimiz kimi ürəklə döydüyümüz dost qapılarını həmişə şadlıqlara açaq, xoş günlərdə görüşək bir daha, əzizlərim!

Şakir Albalıyev
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!