Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
22-09-2025, 19:30
Ceyhun Bayramov Kallasla bir arada


Ceyhun Bayramov Kallasla bir arada

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Bu barədə Ceyhun Bayramov "X" hesabında bildirib.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Müzakirələr zamanı tərəflər Azərbaycan və Aİ arasında münasibətlərin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb və onun gələcək inkişaf imkanlarını nəzərdən keçiriblər.
Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sahələrdə birgə səylərin artırılması yer alıb.
Tərəflər həmçinin regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini müzakirə ediblər.
22-09-2025, 19:17
Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edib


Azərbaycan regiona 144 milyard dollar xarici sərmayə cəlb edib

Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Rəqabətqabiliyyətlilik və Dayanıqlılıq: Mərkəzi Asiya və Cənubi Qafqazın Yaşıl Keçiddə Rolu” adlı panel sessiyada çıxış edib.
Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin güclənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaza sülh və sabitlik gətirən, Zəngəzur dəhlizinin reallaşması ilə Orta Dəhlizin əhəmiyyətini artıran və Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı gücləndirən uzaqgörən siyasətinin mühüm rolu qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib.
“Bakı-Tbilisi-Ceyhan kəməri indiyə kimi Azərbaycandan 540 milyon ton, Mərkəzi Asiyadan isə 53 milyon ton nefti dünya bazarlarına nəql edib. Hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəaliyyətlə yeni dinamika qazanıb. Bu istiqamətdə ötən il COP zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən İcra Proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır”, - deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” digər interkonnektorlarla birlikdə enerji və ekoloji təhlükəsizliklə yanaşı, rəqəmsal və nəqliyyat bağlantılarını da gücləndirərək Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji əhəmiyyətini daha da artıracaq.
22-09-2025, 18:18
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO


III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO

Sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulayıb, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.
Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.
Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam edib, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.
Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatıb.


22-09-2025, 18:07
Gürcüstanda inqilab olmayacaq


Gürcüstanda inqilab olmayacaq

Ukrayna xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən inqilablardan sonra iki müharibədən sağ çıxıb. Biz Gürcüstanda bunun baş verməsinə imkan verməyəcəyik.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, xarici agentlərin Gürcüstanda inqilab həyata keçirmələrinə imkan verilməyəcək. Bunun üçün Gürcüstan hökumətinin bütün resursları var.
"Siz xarici kəşfiyyat xidmətlərinin “Maydanı” necə maliyyələşdirdiyini, sonra da bütün bunların Ukrayna üçün necə nəticələndiyini xatırlayırsınız. Bu gün xarici xidmət orqanlarının inqilab ssenarisindən sonra Ukrayna dövləti dağılıb. Amma biz Ukrayna ssenarisinin Gürcüstanda həyata keçirilməsinə icazə verə bilmərik. Ona görə də bizim bu cür maliyyələşdirmə və kənar müdaxilə ilə bağlı bütün faktları açıqlamağımız çox vacibdir”, - deyə Baş nazir bildirib.
22-09-2025, 18:01
Türkiyədən ABŞ-a böyük JEST


Türkiyədən ABŞ-a böyük JEST

Türkiyə hökuməti ABŞ-dan idxal edilən bəzi məhsullar üçün 2018-ci ildən qüvvədə olan əlavə rüsumları ləğv edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzeti olan «Resmi Gazete”də dərc olunub.
Qərar Amerika istehsalı olan spirtli içkilər, avtomobillər, kosmetika və yarpaqlı tütün məhsullarına da şamil edilir.
Türkiyənin Ticarət Nazirliyi ABŞ mallarına tətbiq edilən əlavə rüsumların ləğvi qərarının Türkiyə-ABŞ danışıqlarının müsbət nəticəsi olduğunu bildirib.
Ankara 2018-ci ildə ABŞ hökumətinin Türkiyənin polad və alüminiumuna tarifləri artırmasına cavab olaraq qarşı tərəfdən malların idxalına əlavə rüsumlar tətbiq etmək qərarına gəlmişdi.
Türkiyə hökuməti daha əvvəl ABŞ ilə ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq öhdəliyini vurğulamışdı.
22-09-2025, 17:40
Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama verildi


Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.
Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.
Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.
"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.
22-09-2025, 17:30
TƏBİB məktəbdə bıçaqlanan şagirdin son durumunu AÇIQLADI


TƏBİB məktəbdə bıçaqlanan şagirdin son durumunu AÇIQLADI

22.09.2025-ci il saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub.
"Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir",- deyə əlavə edilib.
Qeyd edək ki, Xaçmazda tələbələr arasında yaranan mübahisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Ş. kesilmiş-deşilmiş yaralar alıb. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tələbəyə qayçı ilə xəsarət yetirildiyi bildirilir. Hadisəni törədən E.M. polis tərəfindən saxlanılıb.
22-09-2025, 17:28
Astarada torpaq sürüşməsi - Toyuq-cücə torpaq altında qaldı


Astarada torpaq sürüşməsi - Toyuq-cücə torpaq altında qaldı

Astarada torpaq sürüşməsi nəticəsində sitrus ağacları və ev quşları torpaq altında qalıb.
Cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Leysan xarakterli yağış, Astara rayonunda isə bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşərək, ətrafdakı evlər üçün təhlükə yaradıb.
Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahədə sitrus meyvələri və toyuq-cücə torpaq altında qalıb.
Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, baş verən hadisə meşə massivində, meşə təsərrüfatına aid olan ərazidə qeydə alınıb. Onun sözlərinə görə, vətəndaşın müraciəti əsasında əraziyə baxış keçirilib və sürüşmə faktı barədə aidiyyəti qurumlara məlumat verilib.
Bələdiyyə sədri qeyd edib ki, sürüşmə nəticəsində Asif Fətəliyevə məxsus həyətdə yamac yarılıb və sel suları evin qarşısında toplanaraq mənzilə ziyan vurub. Hadisə zamanı yamacın qarşısında yerləşən istinad divarı yerini dəyişib. R. Dədəyev əlavə edib ki, həmin torpaq sahəsi meşə təsərrüfatına aiddir və evin mülkiyyət sənədlərinin olmadığı üzə çıxıb.
Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları, irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.
22-09-2025, 17:24
Qadın sirkə turşusundan zəhərlənərək öldü


Qadın sirkə turşusundan zəhərlənərək öldü

66 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb
Hadisə Naxçıvan şəhərində baş verib.
Şəhər sakini, 1959-cu il təvəllüdlü qadın sirkə turşusu içərək zəhərlənmədən ölüb.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
22-09-2025, 17:13
Əli Əsədov Laosun Baş prokuroru ilə görüşdü


Əli Əsədov Laosun Baş prokuroru ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanla görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə bu il Azərbaycanla Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.
İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib.
S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!