Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
24-09-2025, 17:11
Azərbaycan Afrika ölkələrinə dəstək göstərəcək


Azərbaycan Afrika ölkələrinə dəstək göstərəcək

BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə “Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər” mövzusundayüksək səviyyəli tədbir keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 100-dən artıq hökümət üzvləri və rəsmiləri, BMT qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcəyini elan edilib.
Bu məqsədlə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə COP29-un Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında Birgə İşçi Qruplar təsis edildi.
Tədbirin açılışında çıxış edən COP29-un Prezidenti Muxtar Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru Marko Ruskoni, BMT Baş Katibinin Afrika üzrə nümayəndəsi Parfayt Onyanga, Beynəlxalq Miqrasıya Təşkilatının icraçı direktorun müavini xanım Uqoçi Daniels qeyd etdilər ki, Azərbaycanın təşəbbüsü ilə təsis olunan Bakı Mərkəzi artıq qlobal iqlim diplomatiyasında yeni bir istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu və iqlim miqrasiyasının tənzimlənməsi məsələlərini vahid gündəmdə birləşdirərək, həssas regionlarda real nəticələr doğuracaq layihələrin icrası üçün unikal platformaya çevrilmişdir.
Daha sonra çıxış edən Çad, Qvineya-Bisau, Somali və Uqandanın ətraf mühit nazirləri ölkələrində təxirəsalınmaz layihələrin həyata keçirilməsi üçün Bakı Mərkəzinin qurduğu tərəfdaşlığı qeyd etdilər, Azərbaycana iqlim diplomatiyası sahəsində bölüşdüyü təcrübə üçün təşəkkürlərini bildirdilər.
Bakı Mərkəzinin növbəti planları haqqında çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirdi ki, Mərkəz qeyd olunan ölkələrdə layihələrin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır. Bu məqsədlə tədbirdə Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi Qruplarının yaradılmasına dair Memorandum təsdiqləndi.
Tədbirdə həmçinin daha bir neçə ölkə Bakı Mərkəzi tərəfdaşlığına qatılmaq niyyətlərini elan etdilər.
24-09-2025, 16:43
Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşdü


Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşdü

Sentyabrın 24-də ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Ana Brnabiç burada Xatirə kitabını imzalayıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç arasında geniş tərkibdə görüş olub.
Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib.
Spiker bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.
Milli Məclisin sədri münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir.
Milli Məclisin sədri parlamentlərarası əlaqələr kontekstində qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsirini qeyd edib. Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.
Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizdə şahidi olduğu inkişaf və qazanılan nailiyyətlərlə əlaqədar təbriklərini çatdırıb. O, qeyd edib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və biz bir-birimizi dəstəkləməkdən qürur duyuruq. O, ərazi bütövlüyü məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Ana Brnabiç Azərbaycanın öz milli maraqlarını və dəyərlərini qoruyan bir ölkə olduğunu və Serbiyanın bunu çox yüksək qiymətləndirdiyini vurğulayıb.
Milli Assambleya sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmini qeyd edib. O, enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olduğunu vurğulayaraq, bu istiqamətdə Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Ana Brnabiç parlamentin spikeri kimi iki ölkənin parlamentləri arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün çalışacağını qeyd edib.
Söhbətdə parlamentlər arasında qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olublar.










24-09-2025, 16:31
Mən Sizinlə həqiqətən fəxr edirəm - Trampdan İlham Əliyevə


Mən Sizinlə həqiqətən fəxr edirəm - Trampdan İlham Əliyevə

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dedi: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.

Prezident İlham Əliyev: Daha da çox.

Prezident Donald Tramp: Bundan da çox?

Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.

Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.
Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?

Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.

Prezident Donald Tramp: Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız.
Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta “Gələcəyi birlikdə qurmaq” adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq. Təşəkkür edirəm.
24-09-2025, 16:12
Qəzzada ölü sayı 65419-a çatdı: dağıntılar altında meyitlər var


Qəzzada ölü sayı 65419-a çatdı: dağıntılar altında meyitlər var

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına etdiyi hücumlar nəticəsində həlak olanların 65 min 419-a çatıb.
Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Son 24 saatda 37 nəfər ölüb, 175 nəfər yaralanıb.
Məlumata görə, Qəzza zolağındakı dağıntılar altında hələ də minlərlə ölü var.
24-09-2025, 15:38
Azər Niftiyev mətbuat katibi təyin edildi


Azər Niftiyev mətbuat katibi təyin edildi

Tanınmış jurnalist Azər Niftiyevə vəzifə verilib.
Bu barədə jurnalist öz sosial şəbəkə hesabında məlumat yayıb.
Belə ki, Azər Niftiyev Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri təyin edilib.
24-09-2025, 15:37
Azərbaycanla Pakistanın XİN başçıları görüşdülər


Azərbaycanla Pakistanın XİN başçıları görüşdülər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla tərəfdaşlığın BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüb.
Bu barədə Pakistan XİN başçısı "X"də yazıb.
Görüş çərçivəsində tərəflər Pakistan və Azərbaycan tərəfdaşlığını gücləndirməyə və dərinləşdirməyə sadiq qaldıqlarını bildiriblər.

24-09-2025, 15:15
Kəlbəcərdə hər il bal festivalı keçiriləcək


Kəlbəcərdə hər il bal festivalı keçiriləcək

"Dövlət başçısının tapşırığına əsasən, Kəlbəcərdə arıçılığı inkişaf etdiririk. Kənd təsərrüfatı nazirliyi ilə birgə bu yöndə addımlar atılır. Çox qürurlu haldır ki, Kəlbəcərərimizdə belə bir tədbir, bal festivalı keçirilir. Bu, ilk festivaldır. Tapşırığa əsasən, bu tədbirlər ənənə halını alacaq”.
Bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O, Kəlbəcərdə hər il bal festivalı keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
24-09-2025, 15:05
Serbiya spikeri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib


Serbiya spikeri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov digər rəsmi şəxslər müşayiət ediblər.



24-09-2025, 14:54
Onlara yeni vəzifə verildi


Onlara yeni vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
Bununla bağlı AQTA sədri Qoşqar Təhməzli müvafiq əmrlər imzalayıb.
Belə ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb. Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.
H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.
24-09-2025, 14:33
Şahin Şıxlinskinin həbs müddəti uzadıldı


Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddəti uzadılıb.
Onun barəsində 30 dekabr 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ötən ay Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!